Zəkəriyyə Paliaşvili

Zaxari Paliaşvili (gürc. ზაქარია ფალიაშვილი; 4 (16) avqust 1871[1], Kutaisi[2]6 oktyabr 1933[2][1][…], Tiflis[2]) — gürcü əsilli bəstəkar. Gürcüstan Filarmoniya Birliyinin qurucusu, Tiflis Dövlət Konservatoriyasının rəhbəri.

Zaxari Paliaşvili
gürc. ზაქარია პეტრეს ძე ფალიაშვილი
Ümumi məlumatlar
Doğum adı ზაქარია ფალიაშვილი
Doğum tarixi 4 (16) avqust 1871[1]
Doğum yeri
Vəfat tarixi 6 oktyabr 1933(1933-10-06)[2][1][…] (62 yaşında)
Vəfat yeri
Dəfn yeri
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, musiqi pedaqoqu
Janr opera
Təhsili
Elmi adı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zaxari Paliaşvili 16 avqust 1871-ci ildə Kutaisi şəhərində anadan olmuşdur. Atasının adı Pitr İvanes dze Paliaşvili, anasının adı isə Mariya Pavles asuli Mesarkişilidir. O, on səkkiz uşaqlı ailənin[3] üçüncü uşağı olmuşdur.

Tiflisdəki Gürcü Katolik Kilsəsində işləməyə başlaması ilə Covanni Palestrina, Orlanda de Lassus, İohann Sebastyan Bax,Georq Fridrix Hendel, Volfqanq Amadey Motsart kimi sənətkarların fəaliyyəti ilə tanış olmuş və musiqi biliklərini genişləndirmək üçün fürsət qazanmışdır.[4]

1886-cı ildə onun təşəbbüsü və tanınmış ictimai xadim Lado Aqniaşvilinin də dəstəyi ilə Gürcüstan Etnoqrafiya xorunun ilk tamaşası baş tutdu.[5] Zaxari Paliaşvili 1891-ci ildə F.F. Parizekin "valtorn" məktəbinə daxil olmuşdur. Perizekin 1897-ci ildə məktəbdən çıxmasından sonra A.İ. Moskonun rəhbərliyi altında təhsilini davam etdirdi. 1895-ci ildə "valtorn" məktəbini bitirdi. Həmin il rus bəstəkar və müəllim Nikolay Klenovskinin rəhbərlik etdiyi musiqi nəzəriyyəsi dərslərinə qatıldı. O, həmçinin İppolitov İvanov və musiqi tənqidçisi Vasili Korqanov ilə də birlikdə fəaliyyət göstərməyə başladı.[6] 1899-cu ildə musiqi nəzəriyyəsi məktəbindən məzun oldu.

1900-cü illərdə Zaxari Paliaşvili musiqi təhsilini Moskva şəhərində, Moskva Konservatoriyasında davam etdirmişdir. Konsevatoriyadakı təhsili Paliaşvilinin özünü bəstəkar kimi yetişdirməyinə təkan verdi.[7]

Zaxari Paliaşvili 1903-cü ildə Gürcüstana geri döndü və Tiflis Orta Məktəbində müəllim kimi fəaliyyət göstərdi. Məktəbdə qurduğu xor və orkestr dəstəsi sürətli irəliləyişlər əldə etdi və tezliklə konsertlər verməyə başladı. 1904-cü ildə Paliaşvili nəzəri musiqi dərslərinin tədrisinə rəhbərlik etmək üçün Tiflis Musiqi Məktəbi dəvət edildi və bu dəvəti qəbul etdi. 1906-cı ildə onun tərəfindən gürcülər üçün vətənpərvər musiqilərdən biri olan "Samshoblo" bəstələndi.

1908-ci ildə Filarmoniya Cəmiyyəti tərəfindən musiqi məktəbi yaradıldı və Zaxari Paliaşvili həmin məktəbə direktor təyin edildi. Məktəb maddi sıxıntılar çəkdiyi üçün Paliaşvili 3 il əməkhaqqı almadı. 1917-ci ildə Tiflis Musiqi Məktəbi Tiflis Konservatoriyasına çevrildi. Həmin ildə Zaxari Paliaşvili konservatoriyanın rəhbəri oldu.

1919-cu ildə professor elmi dərəcəsi aldı. Həmin ildə "Abesalom da Etery" adlı ilk operasının açılış gecəsi baş tutdu. İkinci operası "Daisi"nin açılış gecəsi isə 19 dekabr 1923-cü ildə keçirildi. Üçüncü operası "Latavra"nı isə beş il sonra yazmışdır (açılış gecəsi 16 mart 1928-ci ildə baş tutmuşdur).

Zaxari Paliaşvili böyrəküstü vəzilərinin sarkomundan əziyyət çəkirdi. 1930-cu illərdə əməliyyat olunsa da, heçbir nəticə əldə olunmadı. O, 1933-cü ilin 6 oktyabrında vəfat etdi.[8]

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 5 6 Палиашвили Захарий Петрович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  3. moshkow.cherepovets.ru. "Популярный справочник. Творческие портреты композиторов. М.: Музыка, 1990". 10 oktyabr 2008. 25 may 2009 tarixində arxivləşdirilib.
  4. Dzigua, pp. 14–15
  5. Dzigua, p. 16
  6. Dzigua, p. 21
  7. Dzigua, p. 23
  8. Палиашвили Захарий Петрович — статья из Большой советской энциклопедии.
  • Dzigua, V. (14 oktyabr 1971) Zakaria Paliaşvili – 100th Anniversary, Kutaisi