Ser Aleksandr Bannerman (ing. Sir Alexander Bannerman; 7 oktyabr 1788[1], Aberdin[3] – 30 dekabr 1864[2][1]) — Şotlandiya tüccarı, şərabsatanı, siyasətçisi, Böyük Britaniya müstəmləkə qubernatoru.
Aleksandr Bannerman | |
---|---|
ing. Alexander Bannerman | |
Doğum tarixi | 7 oktyabr 1788[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 30 dekabr 1864[2][1] (76 yaşında) |
Fəaliyyəti | siyasətçi |
gov.pe.ca/lg/gallery/11B… | |
Vikianbarda əlaqəli mediafayllar |
Aleksandr Bannerman 7 oktyabr 1788-ci il tarixində Böyük Britaniyaya daxil olan Şotlandiyanın Aberdin şəhərində anadan olmuşdur. "Sendi" (Sandy) olaraq tanınan Aleksandr Bannerman Tomas Bannermanın oğludur. Tomas Bannerman Şotlandiyanın Aberdin şəhərinin tanınmış biznesmeni idi. Onun uğurlu bir şərab biznesi, eləcə də ticarət və balina ovu sahələrində böyük gücü var idi. Bannerman şəhərin prorektor olaraq fəaliyyət göstərirdi və 1837-ci ildə o, Marişal Kollecinin dekanı seçilmişdir.[4]
Aleksandr Bannerman 1825-ci ildə Marqaret Qordon ilə evlənmişdir. Onun bioqrafı Qordonu "Karlaylın ilk eşqi" adlandırmışdır. Tanınmış Tomas Karlayl Marqaret Qordonun "zəkasına və idrakına cəlb olunmuşdu". Onun ailəsi Karlaylı Qordona uyğunsuz bir ər olaraq görürdü. Buna görə də Qordon axırda onun uzaq qohumu olan Bannerman ilə evlənmişdir. Marqaret Bannerman[a] Kanadanın Şahzadə Eduard Adasında yerləşən Şarlottaun şəhərində anadan olmuşdur. O, adanın ilk qubernatoru, yəni Ualter Pattersonun nəvəsi idi.[5]