Aleksandr Bronyar (fransız dilində:Alexandre Brongniart, 5 fevral 1770–7 oktyabr 1847) — fransız kimyaçısı[1], farmasevt, mineraloq, mineralogiyaprofessoru, geoloq, zooloq, botanik və paleontoloq. Fransız botaniki, paleobotanikanın banilərindən biri olan Adolf Teodor Bronyarın (1801–1876) atası[2].
Aleksandr Bronyar 5 fevral 1770-ci ildə Paris şəhərində anadan olmuşdur.
O, 1788-ci ildə Société philomathique de Paris yaradılmasında iştirak etmişdir. Aleksandr Bronyar 1794-cü ildə dağ-mədən mühəndisi vəzifəsinə təyin edilmişdir. O, 1797-ci ildə təbiət elmləri üzrə professor oldu.
Aleksandr Bronyar 1800-cü ildə Sevrdə farfor fabrikinin direktoru təyin edildi, 1818-ci ildə isə böyük dağ-mədən mühəndisi vəzifəsində fəaliyyətini davam etdirmişdi[3].
Aleksandr Bronyar aşağıdakı əsərlərin müəllifidir.
Brongniart Alexandre, Cuvier Georges, Brongniart Adolphe. — Description géologique des environs de Paris. Paris, Amsterdam: G. Dufour, E. d’Ocagne, 1822, 428 p., nouv. éd.
Brochant de Villiers André-Jean-François-Marie, Brongniart Alexandre, Jussieu Antoine-Laurent (de). — Dictionnaire des sciences naturelles. Strasbourg, Paris: F. G. Levrault, Le Normant, 1816–1830, 73 vol.
Brongniart Alexandre. Introduction à la minéralogie vol. 61, 1824.
Brongniart Alexandre, Desmarets Anselme-Gaëtan. — Histoire naturelle des crustacés fossiles. Paris: F. — G. Levrault, 1822.
Brongniart Alexandre, Malagutti François. — Mémoires sur les kaolins ou argiles à porcelaines. Paris: Gide, 1841.
Brongniart Alexandre, Riocreux Désiré. — Description méthodique du Musée céramique de la Manufacture royale de porcelaine de Sèvres. Paris: A. Leleux, 1845, 2 vol. et atlas (456, 8 p., LXXX pl.)