Mirzə Kazım bəy (22 iyun 1802[1][2], Rəşt – 27 noyabr (9 dekabr) 1870, Sankt-Peterburq) — Azərbaycan əsilli rus şərqşünas, tarixçi, türkşünas və filoloq. Mladorossi hərəkatının banisi Aleksandr Kazımbəyin babası. Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü. Mirzə Kazım bəy İslam dininə aid əsər də yazmışdır.
Mirzə Kazım bəy | |
---|---|
Doğum tarixi | 22 iyun 1802[1][2] |
Doğum yeri |
|
Vəfat tarixi | 27 noyabr (9 dekabr) 1870 (68 yaşında) |
Vəfat yeri | |
İş yerləri |
|
Üzvlüyü | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Mirzə Kazım bəy 1802-ci ildə İranın Rəşt şəhərində ruhani ailəsində anadan olmuşdur. Bir çox mənbələr onun milli mənsubiyyətinə görə azərbaycanlı olduğunu göstərsə də,[3][4][5] bəzi mənbələrdə onun "tatar mənşəli"[6] olması fikrini irəli sürmüşdürlər[7][8].
Atası Məhəmməd Qasım Kazım bəy Dərbəndin şəhərinin tanınmış ruhani şəxslərindən olmuşdur. Babası Nazir Məhəmməd xan isə Dərbənd hakiminin baş xəzinədarı olmuşdur. Müqəddəs Məkkə şəhərindən Həcc ziyarətindən qayıdarkən, atası Məhəmməd Qasım Kazım bəy İranın Rəşt şəhərində yerli hakim Bağır xanın qızı Şərəfnisə xanım ilə evlənir. Mirzə Kazım bəy məhz bu şəhərdə anadan olur. Bir qədər sonra atası Dərbənd şəhərinə qazı təyin olunur və ailəsi ilə bu şəhərə köçür.
Mirzə Kazım bəy müqəddəs İslam dininin əsasları, Azərbaycan və fars dillərini kamil şəkildə öyrənmək ilə yanaşı, həm də rus, türk və ərəb dillərinə də mükəmməl şəkildə yiyələnir. Cəmi 17 yaşında isə "Ərəb dilinin qramatikası" adlı kitabını yazır.[9] Atası isə oğlunun ruhani olmasını, İrana və Ərəbistana dini təhsil arxasınca getməsini istəyir. Lakin 1820-ci ildə Məhəmməd Qasım Kazım bəy İran leyhinə casusluq fəaliyyətində ittiham olunaraq bütün rütbələrindən məhrum edilir və xanımı ilə birgə Həştərxan şəhərinə sürgün edilir.[9]
Hələ Dərbənd şəhərində yaşadığı dövrdə tez-tez şotland-dini missionerlər ilə görüşür və onlarla saatlarla davam edən müzakirələr aparır. Bu müzakirələr gənc Mirzə Kazım bəyi Xristianlıq dininin əsaslarına dair mütəmadi suallara aparırır və o xaçpərəstlik haqqında daha geniş məlumat əldə etmək məqsədilə yəhudi və ingilis dillərini öyrənməyə başlayır. Ciddi götür-qoydan sonra bu dini qəbul etmək qərarına gəlir. Bu hadisə onunla ailəsi arasında uçurum yaradır və valideyin-övlad münasibətlərinin pozulması ilə nəticələnir. Ömrünün sonunadək, Xristianlıq dininə sitayiş edir.
Mirzə Kazım bəy bir sıra tarixi mövzularda qələmə aldığı kitabların müəllifidir. Türk dilində yazdığı "Əssəb əs-Səyyar" (Yeddi planet) əsəri Krım xanlığının 1466–1737-ci illər aralığındakı tarixi haqqındadır. 1841-ci ildə qələmə aldığı "Uyğurlar" əsərində isə qədim uyğurların tarixi haqqında dəyərli elmi məlumatlar verir. O, həmçinin Məhəmməd Əvabinin "Dərbəndnamə" əsərini (XVII əsr Dağıstan tarixi haqqında əsər) ingilis dilinə tərcümə edir və 1856-cı ildə nəşr etdirir. Ən böyük tarixi əsəri isə 1865-ci ildə nəşr olunmuş "Bab və Babilər: 1848–1852-ci illər İranda Dini və Siyasi Təlatümlər" əsəridir. Digər əsərləri isə başlıca olaraq İslam tədqiqatları mövzusunda olmuşdur: "Qurani-Kərimdə ahənglik" (1859), "Müridizm və Şamil" (1859), "İslam tarixi" (1860).
Mirzə Kazım bəy dilçiliyə xristianlığa dair əsərlərin Şərq dillərinə tərcüməsi ilə başlamışdır. Sonradan fransız, alman və tatar dillərini də öyrənir. 1825-ci ildə təhsilini davam etdirmək üçün Böyük Britaniyanın paytaxtı London şəhərinə dəvət olunur. Lakin Rusiya hakim dairələri bu təklifin həyata keçməsinə imkan vermirlər. Bunun əvəzində Rusiya İmperiyasının xüsusi sərəncamı ilə Mirzə Kazım bəy Omska tatar dili müəllimi olaraq göndərilir. Lakin Kazanda xəstəliyə tutulması səbəbindən Omska gedişi təxirə salınır və o heç vaxt bu şəhərə getmir. Kazanda olarkən, Mirzə Kazım bəy Karl Fuks adlı tarixçidən Kazan universitetində ərəb və fars dillərindən dərs demək təklifini alır. 1828-ci ildə Britaniya Kral Şərqşünaslar Cəmiyyətinə üzv və Kazan universitetində yenicə yaranmış "Türk dilləri" fakültəsinə rəhbər təyin olunur . 1835-ci ildə isə Rusiya Elmlər Akademiyasına müxbir üzv seçilir. 1839-cu ildə "DEMİDOV" mükafatına layiq görüləcək "Türk-Tatar dillərinin qramatikası" adlı fundamental elmi monoqrafiyasını yazır. Qeyd etmək lazımdır ki, o dövrlər Rus imperiyasında əksər Türk dilləri "Tatar" və ya "Türk-Tatar" adlı vahid dilin ayrı-ayrı dialektləri kimi qəbul olunurdu. Bu əsərində Mirzə Kazım bəy Osmanlı, Azərbaycan və digər Türk dillərinin və ya o zaman deyildiyi kimi, dialektlərinin fonoloji, morfoloji və sintaksis təhlil və müqayisəsini aparır. Əsər 1846-cı ildə ikinci dəfə nəşr olunur və Qərbi Avropada Türk dilləri barəsində ən zəngin elmi mənbə kimi geniş marağa səbəb olur. 1921-ci ildə Jan Denin "Türk dilinin qramatikası" (Osmanlı dialekti) əsərinin nəşrinə qədərki dövrdə Avropa universitetlərində əsas istinad ədəbiyyatı olaraq istifadə olunmuşdur.
1849-cu ildə Mirzə Kazım bəy Sankt-Peterburq Universitetində yenicə açılmış "Şərq dilləri" fakültəsinə dekan təyin göndərilir. 1863-cü ildə isə burada "Şərq tarixi" kafedrasını təsis edir. O, şərq mədəniyyətinin öyrənilməsinə maraq göstərən tələbələrin təcrübə ilə əlaqədar olaraq ekskursiyaylara göndərilməsinin təşkilinə nail olur. 1854-cü ildə Türk dilinə dair yeni "Türk dillərinin öyrənilməsində kurs dərsliyi" və 6700 sözdən ibarət "Rus-Türk lüğəti" nəşr etdirir. Həmin il "Şərq dillərində törəmiş Rus söz və söz birləşmlərinin izahına dair" əsərini də yazmağa müvəffəq olur.
1868-ci ildə Rus elmi dairələrində Türküstanın etnoqrafiyası, linqvistikası, numizmatika və epiqrafiyasının öyrənilməsinə yönələn akademik hərəkata başlayır. Lakin dahi alimin ölümü ona ən böyük arzusu, mənsub olduğu və həmişə sadiq qaldığı Türk millətinin həyati əhəmiyyətli vahid elmi-mədəni dəyərlər layihəsini həyata keçirməsinə imkan vermir.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
Perhaps the only exception before Katanov was A. K. Kazembek, an Azeri who converted to Christianity and became a professor of Turkic languages at Kazan and then at St. Petersburg. Kazembek has been referred to as the first European Turkologist of Turkic origin
Not a few in the nineteenth century would have accepted this judgment, and might have echoed Mirza Kazem-Bek, the Russified Azerbaijani orientalist, in asking "What European state has such intimate and inherent ties with Asia and Asiatics as does Russia?
The Kazem-Beks came of distinguished Tatar origin, and had an estate at Novospasskoye near Mursikh