Aleksandr Marxevka

Aleksandr Marxevka (tam adı: Aleksandr Vitalyeviç Marxevka; 11 yanvar 1958, Bakı, Azərbaycan SSR, SSRİ20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.[1]

Aleksandr Marxevka
azərb. Aleksandr Vitalyeviç Marxevka
Doğum tarixi 11 yanvar 1958(1958-01-11)
Doğum yeri
Vəfat tarixi 20 yanvar 1990(1990-01-20) (32 yaşında)
Vəfat yeri
Vəfat səbəbi "20 Yanvar Şəhidi"
Dəfn yeri Şəhidlər Xiyabanı
Milliyyəti yəhudi

Həyatı[redaktə | mənbəni redaktə et]

1958-ci ildə Bakı şəhərində anadan olmuşdur. Milliyyətcə yəhudidir. 1974-cü ildə 1 nömrəli məktəbi[2], 1980-ci ildə isə Azərbaycan Dövlət Tibb Universitetini bitirmişdir[3]. Buzovna təcili yardım məntəqəsində həkim (kardioloq və reanimatoloq[4]) işləyirdi. Ailəli olmuş, Stanislav adlı bir oğlu yadigar qalmışdır.[5]

Qanlı Yanvar faciəsi[redaktə | mənbəni redaktə et]

Sürücü Babayev Almasın dediklərindən:[6]

"

10-cu təcili tibbi yardım məntəqəsinə çoxlu maşınlar istəyən çağırış edilir[1].

Önümdə sürücü Qabil Rəhimov, tibb bacısı və həkim[2] olan təcili tibbi maşını gedirdi; məndə isə yalnız həkim idi. Biz Şüvəlanı keçdikdən sonra Türkan şosesinə yaxınlıqda sola dönməli idik. Birdən maşınımıza atəş açmağa başladılar. Əvvəlcə mən başa düşmədim və tormozladım. Gördüm ki, yanacaqdoldurma məntəqəsinin yanında tank var və oradan atəş atıçlar. Atəş tankın qülləsindəki pulemyotdan işıqsaçan güllələrlə aparılırdı. Qırmızı iz qoyaraq, Qabilin birinci gedən maşınına atəş açırdı. Sonra isə, mən yenidən hərəkət etməyə başlayanda, mənə də güllə atmağa başladılar, həkim həlak oldu, güllə sağdakı yan şüşədən daxil oldu. Güllə bədənin yuxarı hissəsinə daxil oldu[3], həkim o an büküldü, "oy-oy" dedi[4] və bir daha danışmadı. Mən geri dönüb xəstəxanaya tərəf qayıtdım. Arxamca atəş açırdılar. Məntəqəyə gedən yolda maşın su ilə dolu çuxura düşdü, motor söndü, bir az sonra "Moskviç" yaxınlaşdı, həlak olmuş həkimi daşımağa kömək etdi, bizi xəstəxanaya çatdırdı. Həkimin adı Aleksandr Marxevka idi.

"

Şəhidlər xiyabanında dəfn edilmişdir.

Ünvan[redaktə | mənbəni redaktə et]

Bakı, 14-cü Aşırım küçəsi 11/15, mənzil 61.

Xatirəsi[redaktə | mənbəni redaktə et]

Binə qəsəbəsində adına küçə var.

Qeydlər[redaktə | mənbəni redaktə et]

  1. ^ Qulu Kəngərlinin kitabında çağırışın yanvarın 19-u saat 23:05-də Türkan şosesisə edildiyi qeyd edilmişdir.
  2. ^ Qulu Kəngərlinin kitabında həkimin Faiq Məmmədov olduğu qeyd edilmişdir.
  3. ^ Qulu Kəngərlinin kitabında güllənin döş qəfəsinə daxil olduğu qeyd edilmişdir.
  4. ^ Qulu Kəngərlinin kitabında həkimin qışqıraraq "of, of" deməsi qeyd edilmişdir.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ""20 Yanvar Şəhidi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 17 yanvar 2000-ci il tarixli 259 saylı Fərmanı". 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-17.
  2. "Галерея: Памяти Саши Мархевки". 2022-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-11.
  3. "Qara Yanvar şəhidləri" (PDF). 2015-07-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-07-17.
  4. "Bakı sakinləri 20 yanvarı xatırlayır: "Övladlarını cırıq-cırıq olmuş paltarlarından tanıyırdılar", "Onu süngü ilə vurmuşdular", "Tank sərnişin dolu bir maşının üstündən keçdi"..." 2022-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-20.
  5. "Şəhidlər" (PDF). 2022-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-10-05.
  6. "20 января 1990 года — скорбная дата азербайджанского народа". 2022-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-01-20.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]