Aleksandr Nakaşidze

Aleksandr Nakaşidze (tam adı:Aleksandr Davidoviç Nakaşidze, 183725 sentyabr 1905, Sankt-Peterburq) — gürcü əsilli knyaz, general. 1880–1897-ci illərdə Yelizavetpol (indiki Gəncə) quberniyasının qubernatoru olmuşdur.

Aleksandr Nakaşidze
Şəxsi məlumatlar
Doğum tarixi 1837
Vəfat tarixi 25 sentyabr 1905(1905-09-25)
Vəfat yeri
Dəfn yeri
  • Aleksandr Nevski Lavranın Nikolskoye qəbiristanlığı[d]
Hərbi fəaliyyəti
Mənsubiyyəti Rusiya imperiyası
Qoşun növü Rusiya İmperator Ordusu
Rütbəsi tam süvari generalı[d]
Döyüşlər
Təltifləri 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni 1-ci dərəcəli "Müqəddəs Vladimir" ordeni Ağ Qartal ordeni 2-ci dərəcəli "Müqəddəs Vladimir" ordeni 1-ci dərəcəli "Müqəddəs Anna" ordeni 1-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni 3-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni 3-cü dərəcəli "Müqəddəs Anna" ordeni 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni "İgidliyə görə" qızıl qılıncı

Həyatı və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1877-ci ildə Rusiya-Türkiyə müharibəsi zamanı Dağıstanda Rusiya əleyhinə üsyan qaldırılanda onun amansızcasına yatırılmasında Nakaşidzenin xüsusi rolu olmuşdur. Bu xidmətinə görə, 8 noyabr 1877-ci ildə ona general-mayor rütbəsi verilmiş, o Qərbi Dağıstanın hərbi rəisi təyin edilmişdir və 15 may 1878-ci ildə "İgidliyə görə" sözləri yazılmış qızıl xəncərlə təltif edilmişdir.

16 fevral 1880-ci il tarixindən 30 avqust 1897-ci il tarixinədək Yelizavetpol (indiki Gəncə) quberniyasının qubernatoru olmuşdur.

25 sentyabr 1905-ci ildə Sankt-Peterburqda vəfat etmişdir.

Əhməd bəy Cavanşirlə insident

[redaktə | mənbəni redaktə et]

Nakaşidze yerli adət-ənənələri inkar edərək Əhməd bəy Cavanşirin atını istəmiş, o isə cavabında atını onun arvadına dəyişə biləcəyini bildirmişdi. O dövrdə at da, arvad kimi kişinin namusu sayılırdı.

  • Həmidə xanım Cavanşir. Xatirələrim.II nəşr. Bakı, 2012
  • Волков С. В. Генералитет Российской империи. Энциклопедический словарь генералов и адмиралов от Петра I до Николая II. Том II. Л—Я. М., 2009
  • Гизетти А. Л. Сборник сведений о георгиевских кавалерах и боевых знаках отличий кавказских войск. Тифлис, 1901 на сайте Руниверс
  • Гогитидзе М. Грузинский генералитет (1699–1921). Киев, 2001
  • Исмаилов Э. Э. Золотое оружие с надписью "За храбрость". Списки кавалеров 1788–1913. М., 2007
  • Список генералам по старшинству. Составлен по 1 сентября 1896 года. СПб., 1896
  • Старчевский А. А. Памятник Восточной войны 1877–1878 гг. СПб., 1878