Aleksandr Andreyeviç (Andriasoviç) Ovanesyan (12 (24) aprel 1895, Bakı – 15 may 1949, Bakı) — sovet teatr aktyoru, Azərbaycan SSR xalq artisti (1940).
Aleksandr Ovanesyan | |
---|---|
| |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Bakı quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | (54 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
Rusiya imperiyası→ SSRİ |
Fəaliyyəti | teatr aktyoru |
Fəaliyyət illəri | 1913–1949 |
Mükafatları |
Aleksandr Ovanesyan 12 aprel (24 aprel) 1895-ci ildə anadan olmuşdur. Səhnə fəaliyyətinə 1913-cü ildə Bakıda başlamış, 1914–1921-ci illərdə Ovanes Abelyanın və Armen Armenyanın[rus.] truppasında çıxış etmişdir. 1923–1949-cu illərdə Bakıdakı erməni teatrının aparıcı aktyorlarından olmuşdur. Aktyorun yaradıcılığı üçün dramatik temperament, yumor səciyyəvi olmuşdur.[1]
Aleksandr Ovanesyan 15 may 1949-cu ildə vəfat etdib.[1]
Rol | Tamaşa | Müəllif |
---|---|---|
Otello | Otello | Uilyam Şekspir |
Şahnəzər | Yaşar | Cəfər Cabbarlı |
Barxudar | Namus | Aleksandr Şirvanzadə |
Elizbarov | Şərəf üçün | Aleksandr Şirvanzadə |
Pepo | Pepo | Qabriel Sundukyan |
Sevada | Gevorq Marzpetuni | Muratsan |