Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Tbilisi botanika bağı (gürc. თბილისის ბოტანიკური ბაღი; 1845 ilə qədər Çar bağı) Tbilisinin tarixi mərkəzində, Sololaki silsiləsindən cənubda yerləşir.
Tbilisi botanika bağı | |
---|---|
gürc. თბილისის ბოტანიკური ბაღი | |
Məlumatlar | |
Parkın tipi | Botanika bağı |
Ölkə | |
Yerləşməsi | |
Koordinatları | Tbilisi, Botanika küçəsi |
Sahəsi | 128 ha |
Yaradılıb | 1845, XVII əsr |
Saytı | nbgg.ge |
Xəritədə yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağ 1845 ildə, yaşı bir neçə əsr olan çar bağların yerində yaradılıb. Buranı ilk dəfə 1671 ildə fransız səyyah Jan Şarden öz yazılarında qeyd etmişdi. Narikala qalasının yanında yerləşən bağların təsviri fransız təbiətşunas Jozef Turneforun yazılarında əks olunmuşdur. Həmçinin bu botanika bağı Şahzadə Vaxuştinin 1735-ci ildə tərtib etdiyi xəritədə göstərilmişdir. 1896-1904-ci illərdə bağın ərazisi qərbə genişləndirilmişdir, XX əsrin ortalarında isə bağın ərazisinə köhnə müsəlman qəbiristanlığını bağladılar, hansında ki M.F.Axundov, M.Ş.Vazeh, Mehdiqulu xan Vəfa, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Məmməd Həsən Hacınski və s. kimi Azərbaycanın görkəmli tarixi şəxsləri dəfn olunub.
Ümumi sahəsi 128 hektardan çox olan Botanika bağında nadir və nəsli kəsilməkdə olan bitki növləri yetişir. Bağın diqqətəlayıq və turistləri ən çox cəlb edən güşələrindən biri də 42 metrlik şəlalədir.[2]
Bağın əsas girişi Botanika küçəsinin sonunda, Narıkala qalasının yerləşdiyi dağın ətəyindədi. 1909-1914-cü illərdə Sololaki silsiləsində tunel qazılmışdı və Lado Asatiani küçəsindən botanika bağına ikinci giriş açılmışdır. Tunel 2004 ilə qədər istifadə olunurdu, sonradan oranı bağlayıb, gecə klubuna çevirdilər.