Aleksandr Rou

Aleksandr Arturoviç Rou (rus. Александр Артурович Роу; 24 fevral (9 mart) 1906, Moskva28 dekabr 1973, Moskva) — rus sovet kinorejissoru, ssenaristaktyoru. RSFSR xalq artisti (1968). 1943-cü ildən Sov. İKP üzvü.

Aleksandr Rou
rus. Александр Артурович Роу
Doğum adı Aleksandr Arturoviç Rou
Doğum tarixi 24 fevral (9 mart) 1906
Doğum yeri
Vəfat tarixi 28 dekabr 1973(1973-12-28) (67 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Babuşinskoye qəbiristanlığı[d]
Vətəndaşlığı
Fəaliyyəti kinorejissor
Fəaliyyət illəri 1930 — 1973
Üzvlüyü
Mükafatları "RSFSR xalq artisti" fəxri adı RSFSR əməkdar incəsənət xadimi
"Oktyabr inqilabı" ordeni "Şərəf nişanı" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Moskvanın 800 illik xatirəsinə" medalı
IMDb ID0745498
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aleksandr Rou 1906-cı ildə Yuyevets şəhərində (indiki İvanovo vilayətində anadan olmuşdur. Onun atası miliyyətcə irland olan Artur Uilyam Rou mühəndis olmuşdur[1]. İlk kino fəaliyyətinə 1930-cu ildə Maksim Qorki adına kinostudiyada başlamışdır. Həmin illərdə Müqəddəs İorgen bayramı (1930), "Marionetka" (1934), "Cehizsiz qız" filmlərində rejissor köməkçisi kimi iştirak etmişdir. 1937-ci ildə "Soyuzdetfilm" kinostudiyasında rejissor fəaliyyətinə başlamış, 1938-ci ildə çəkdiyi "Durnabalığının əmri ilə" adlı nağıl-filmi ilk müstəqil rejissor işi olmuşdur. Daha sonra ard-ardınca "Gözəl Vasilisa" (1939), "Qozbel at" (1941), "Ölməz Kaşşey" (1945) və s. filmlər çəkmişdir[2]. 60-cı illərdə bir çox kinofestivallarda mükafatlar almışdır[3][4]. Aleksandr Rou 28 dekabr 1973-cü ildə Moskvada vəfat etmiş, Babuşkin qəbiristanlığında dəfn olunmuşdur.

Mükafat və adları

[redaktə | mənbəni redaktə et]
İl Filmin adı Şəkil Filmin orijinal adı Fəaliyyəti
1930 Müqəddəs İorgen bayramı
rus. Праздник святого Иоргена Rejissor köməkçisi
1933 Marionetlər
rus. Марионетки Rejissor assistenti
1936 Cehizsiz qız
rus. Бесприданница Rejissor assistenti
1936 Məhəbbətin qəribəliyi haqqında rus. О странностях любви Rejissor assistenti
1937 Tənha yelkən ağarır
rus. Белеет парус одинокий Rejissor assistenti
1937 Durnabalığının əmri ilə
rus. По щучьему веленью Rejissor
1939 Gözət Vasilisa
rus. Василиса Прекрасная Rejissor
1941 Qozbel at
rus. Конёк-Горбунок Rejissor
1941 Hərbi kinoməcmuə № 7 rus. Боевой киносборник № 7 Rejissor
1945 Ölməz Kaşşey
rus. Кащей Бессмертный Rejissor
1949 Sehrli təəssüratlar günü rus. День чудесных впечатлений Rejissor, ssenari müəllifi
1950 Krım (Sənədli film)' rus. Крым Rejissor
1952 May gecəsi
rus. Майская ночь Rejissor
1954 Dağ gölünün sirri
rus. Тайна горного озера Rejissor
1956 Qiymətli hədiyyə
rus. Драгоценный подарок Rejissor
1958 Çəkməli pişiyin yeni macəraları
rus. Новые похождения Кота в сапогах Rejissor
1959 Bacarıqlı Mariya
rus. Марья-искусница Rejissor
1960 Büllur başmaq
rus. Хрустальный башмачок Rejissor
1961 Dikanka yaxınlığında xutor axşamları
rus. Вечера на хуторе близ Диканьки Rejissor, ssenari müəllifi
1963 Əyri güzgülər krallığı
rus. Королевство кривых зеркал Rejissor
1964 Şaxta baba
rus. Морозко Rejissor
1968 Od, su və… mis borular
rus. Огонь, вода и… медные трубы Rejissor
1969 Uzunhörük, gözəl Varvara
rus. Варвара-краса, длинная коса Rejissor, ssenari müəllifi
1972 Qızıl buynuzlar
rus. Золотые рога Rejissor, ssenari müəllifi
1975 Finist — itigözlü şahin
rus. Финист — Ясный Сокол Ssenari müəllifi
  • Парамонова К. К. Александр Роу. — М.: Искусство, 1979. — 152 с. — (Мастера советского театра и кино).
  • Коновалова С. А. Александр Роу. — "Издательство "Иваново", 2012. — 336 с. — 500 экз.
  1. "Страна волшебника Роу". Телеканал Культура. 2006. 2018-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-03-04.
  2. "Александр Роу". Русское кино. 2021-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-04.
  3. Пьесы Н. Эрдмана в советской драматургии [ölü keçid].
  4. Призы XXVI Венецианского кинофестиваля Arxivləşdirilib 2009-01-22 at the Wayback Machine.