Dikanka yaxınlığında xutor axşamları (rus. Вечера на хуторе близ Диканьки) — rejissor Aleksandr Rounun 1961-cı ildə çəkdiyi sovet tammetrajlı və rəngli bədii filmi. Filmin SSRİ-də premyerası 8 yanvar 1962-ci ildə olub.
Dikanka yaxınlığında xutor axşamları | |
---|---|
rus. Вечера на хуторе близ Диканьки | |
Janr | nağıl filmi |
Rejissor | Aleksandr Rou |
Əsərin müəllifi | Nikolay Qoqol |
Ssenari müəllifi | Aleksandr Rou |
Baş rollarda |
Aleksandr Xvılya Lüdmila Mıznikova Georgi Millyar |
Operator | Dmitri Surenski |
Bəstəkar | Arkadi Filippenko |
İstehsalçı | Maksim Qorki adına kinostudiya |
İlk baxış tarixi | 1961, 8 yanvar 1962 |
Müddət | 66 dəqiqə |
Ölkə | SSRİ |
Dil | rus dili |
İl | 1961 |
Rəng | rəngli |
IMDb | ID0057637 |
Film görkəmli rus yazıçısı Nikolay Qoqolun "Miladqabağı gecə" (rus. Ночь перед Рождеством) povestinin "Dikanka yaxınlığında xutor axşamları" motivlərinin əsasında "kinonağıllar ustası" adlandırılan rejissor Aleksandr Rou tərəfindən ekranlaşdırılıb.