Aleksandr Vladimiroviç Simonov (rus. Александр Владимирович Симонов; 15 iyun 1972, Klin, Moskva vilayəti) — Rusiya kinooperatoru, quruluşçu operator.
Aleksandr Simonov | |
---|---|
Doğum tarixi | 15 iyun 1972 (52 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | kinematoqraf |
Təhsili | |
IMDb | ID1677985 |
Aleksandr Simonov 15 iyun 1972-ci ildə Moskva vilayətinin Klin şəhərində anadan olmuşdur. 1989-1991-ci illərdə məktəbi bitirdikdən sonra Odessa kinostudiyasında çəkiliş texnikası üzrə mexanik, operator assistenti, ikinci operator kimi işləmişdir. 1996-cı ildə Leonid Kalaşnikovun emalatxanasında ÜDKİ-nin operatorluq fakültəsini bitirmişdir. Quruluşçu operator kimi peşəkar fəaliyyətə 1997-ci ildə diplom işi olan "Əsgər və səfeh qız" qısametrajlı filmi ilə başlamışdır. O, bu filmə görə Münhen Beynəlxalq Film Festivalının münsiflər heyətinin xüsusi mükafatını qazanmışdır. 2004-cü ildə "Mən səni sevirəm" filmini çəkərək böyük kinoda debütə imza atmışdır. Ona xüsusi şöhrət gətirən film isə 2006-cı ildə lentə alınmış "Bumer. İkinci film" dramı olub.
2007-ci ildən rejissor Aleksey Balabanovla fəal əməkdaşlığa başlamışdır. "Yük 200", "Morfi", "Ocaqçı", "Mən də istəyirəm" filmləri üzərində bərabər çalışıblar. Pavel Lunginlə çalışaraq "Dirijor" dramının çəkilişlərində iştirak etmişdir. Andrey Konçalovskinin "Poçtalyon Aleksey Tryapisının bəyaz gecələri", "Cənnət" və "Günah" filmlərinin operatoru olmuşdur.
2014-cü ilin martında "Kinoİttifaq"ın Ukraynaya dəstək nümayiş etdirən "Biz sizinləyik!" (rus. "Мы с Вами!") məktubunu imzalamışdır[1].