Aleksey Balabanov

Aleksey Balabanov (rus. Алексей Балабанов; doğ. 25 fevral 1959, Sverdlovsk — 18 may 2013, Sankt-Peterburq) — rusiyalı rejissor, ssenari müəllifiprodüser. "Eybəcərlər və insanlar haqqında" filmində rejissor işinə görə "Nika" mükafatının sahibi, "Qardaş" və "Müharibə" filmlərinə görə "Kinotavr" kinofestivalın ikiqat mükafatçısı.

Aleksey Balabanov
rus. Алексей Балабанов
Aleksey Balabanov "Ocaqçı" filminin çəkilişləri zamanı.
Aleksey Balabanov "Ocaqçı" filminin çəkilişləri zamanı.
Doğum adı Алексей Октябринович Балабанов
Doğum tarixi
Doğum yeri Sverdlovsk, RSFSR, SSRİ
Vəfat tarixi (54 yaşında)
Vəfat yeri Sankt-Peterburq, Rusiya
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
  • Smolensk qəbiristanlığı[d]
Vətəndaşlığı SSRİ SSRİ
Rusiya Rusiya
Fəaliyyəti rejissor
ssenari müəllifi
prodüser
Fəaliyyət illəri 19852013
Təhsili
  • Ali rejissor və ssenarist kursu[d]
Mükafatları "Nika" (1998)
IMDb ID0049326
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Sverdlovsk məktəb binasında Aleksey Balabanovun xatirə lövhəsi

25 fevral 1959-cu ildə Sverdlovskda anadan olub. Nikolay Dobrolyubov adına Nijni Novqorod Dövlət Dillər Universitetinin tərcümə fakültəsində təhsil alıb.

1981-83-cü illərdə Sovet Ordusunda zabit kimi hərbi xidmət keçib (hərbi-nəqliyyat aviasiyasında[1]). Bu illər ərzində AfrikaAsiya ölkələrinə səyahət edib. Sonradan bu təcrübə ona "200-cü yük" filmində kömək oldu. Əfqanıstan müharibəsi iştirakçısı olub. Hərbi qulluğunun bitməsinə az qalmış Hərbi Dəniz Donanmasına keçirilir və həmin illərdən dənizçi geyiminə xüsusi sevgisi yaranıb.

Sverdlovsk kinostudiyasında dörd il rejissor assistenti işləmişdir.[2] 1990-cı ildə Ali Ssenaristlər və Rejissorlar kursunun məzunu olmuşdur.

İlk filmini 26 yaşında 1985-ci ildə Uralda lentə aldı. Filmin ssenarisi bir gecəyə yazılmışdı. Az büdcəyə ərsəyə gələn filmin çəkilişləri restoranda aparılıb. Filmdə Nautilus Pompilius musiqi qrupunun mahnılarından istifadə olunub. Balabanov qrupun lideri olan Vyaçeslav Butusov ilə tanış idi. Debütündan sonra sənət kinosuna meyil edən rejissor, peşəkar aktyorlarla işləməkdən imtina etməyə başlayır.[1]

1990-cı ildə Balabanov Sankt-Peterburqa köçür. 1992-ci ildə dostu Sergey Selyanovla bərabər "STV" kino şirkətini yaradır.[3] Rejissorun əksər filmləri bu kompaniya vasitəsi ilə çəkilir.

İlk iki tammetrajlı filmində rejissor ədəbiyyata müraciət edir. "Xoşbəxt günlər" Semyuel Bekketin, "Qəsr" isə Frans Kafkanın əsərləri əsasında çəkilir.

Balabanovu məşhur edən film isə cavan muzdlu qatilin hekayəsindən bəhs edən 1997-ci ildə çəkilmiş "Qardaş" filmi olur. Film Rusiya kino tarixinin 90-cı illər üçün kultuna çevrilir.

1998-ci ildə Balabanov ssenarisini beş il qabaqcadan yazdığı, lakin maliyyə çatışmazlığı ucbatından reallaşdıra bilmədiyi "Eybəcərlər və insanlar haqqında" filmini təqdim edir. Film mübahisəli mövzusuna baxmayaraq (filmdə Rusiya imperiyasındakı pornoqrafiya istehsalçıları barəsində danışılır), "Ən yaxşı film" kateqoriyasında "Nika" mükafatına layiq görülür.

2000-ci ildə Balabanov “Qardaş” filminin sikveli olan “Qardaş 2” filmini çəkir. Bu dəfə hadisələr MoskvadaABŞ-da cərəyan edir. Film yenə hadisəyə çevrilir və sevilir.

2002-ci ildə rejissor ikinci rus-çeçen müharibəsindən bəhs edən və birmənalı qarşılanmayan "Müharibə" filmini təqdim edir. "Ağır" filmlərdən sonra Balabanov baxış bucağını dəyişmək üçün iki "yüngül" "Gözbağlıca" kriminal komediya filmini və "Mənə ağrılı deyil" melodramını çəkir.

Balabanovun sonuncu işi 2012-ci ildə çəkilmiş "Mən də istəyirəm" filmi olub. Rejissor bu filmdə insanın həyatdan getməsi problemini anlatmağa çalışıb. Balabanov filmin bəzi kadrlarında epizodik rolda çəkilib. Bu filmdən sonra o, müsahibələrində, tezliklə öləcəyinə işarə etməyə başlamış və bu filmin onun sonuncu filmi olacağını söyləmişdir.[4][5][6]

Aleksey Balabanov 2013-cü il mayın 18-də, saat 16 radələrində Sestroreçke şəhərindəki (Peterburqun Kurort rayonu) "Qum Təpələri" sanatoriyasında növbəti ssenarisi üzərində işləyərkən ürək tutmasından vəfat edib. Onun 54 yaşı var idi.[7][8] Ölü duası mayın 21-də Knyaz-Vladimirski kilsəsində keçirilib. Balabanov elə həmin gün Smolensk qəbiristanlığında dəfn olunub.[2]

Balabanov həvəskar və sənədli filmləri nəzərə almasaq, cəmi 14 bədii film çəkmişdir.[9]

Balabanov iki dəfə evli olub:

  • birinci arvadı İrina, oğlu Fyodor (ixtisasca iqtisadçıdır).
  • ikinci arvadı Nadejda Vasilyeva, "Lenfilm"in geyim rəssamıdır. Balabanov onunla "Qəsr" filminin çəkilişləri zamanı tanış olub. Oğlu Pyotr (1995-ci il təvəllüdlü).[10]
İl Azərbaycanca adı Orijinal adı Filmdə iştirakı Filmin növü
1987 Əvvəl başqa zamanlar idi rus. Раньше было другое время rejissor, ssenarist qısametrajlı bədii film
1988 Mənim dostum yoxdur, yaxud One step beyond rus. У меня нет друга, или One step beyond rejissor, ssenarist qısametrajlı bədii film
1989 Nastya və Yeqor rus. Настя и Егор rejissor, ssenarist qısametrajlı bədii film
1989 Rusiyada hava uçuşu haqqında rus. О воздушном летании в России rejissor sənədli film
1991 Xoşbəxt günlər rus. Счастливые дни rejissor, ssenarist tammetrajlı bədii film
1991 Sərhəd münaqişəsi rus. Пограничный конфликт ssenarist tammetrajlı bədii film
1994 Qəsr rus. Замок rejissor, ssenarist tammetrajlı bədii film
1994 Özgəyə xəbər rus. Откровения незнакомцу
fr. Confidences a un inconnu
prodüser tammetrajlı bədii film
1995 Trofim rus. Трофимъ rejissor, ssenarist, aktyor qısametrajlı bədii film
1995 Sergey Eyzenşteyn. Tərcümeyi-hal rus. Сергей Эйзенштейн. Автобиография prodüser sənədli film
1997 Qardaş rus. Брат rejissor, ssenarist tammetrajlı bədii film
1998 Eybəcərlər və insanlar haqqında rus. Про уродов и людей rejissor, ssenarist tammetrajlı bədii film
2000 Qardaş 2 rus. Брат 2 rejissor, ssenarist, aktyor tammetrajlı bədii film
2002 Müharibə rus. Война rejissor, ssenarist tammetrajlı bədii film
2002 Çay (tamamlanmamış) rus. Река rejissor, ssenarist, hekayəçi qısametrajlı bədii film
2005 Gözbağlıca rus. Жмурки rejissor, ssenarist tammetrajlı bədii film
2006 Mənə ağrılı deyil rus. Мне не больно rejissor tammetrajlı bədii film
2007 Yük 200 rus. Груз 200 rejissor, ssenarist tammetrajlı bədii film
2008 Morfi rus. Морфий rejissor tammetrajlı bədii film
2010 Ocaqçı rus. Кочегар rejissor, ssenarist tammetrajlı bədii film
2012 Mən də istəyirəm rus. Я тоже хочу rejissor, ssenarist, aktyor tammetrajlı bədii film
  1. 1 2 "«Сила — в правде»: Биография Алексея Балабанова". РБК. 2013-05-18. 2013-05-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-05-20.
  2. 1 2 "Прощание с кинорежиссером Алексеем Балабановым в Петербурге прошло тихо и скромно — Первый канал". 2013-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-25.
  3. "Алексей Балабанов: «Про уродов и людей»". Look At Me. 2011-03-24. 2013-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-18.
  4. Плахов, А. С. "Точность невозврата". Kommersant. 2013-05-20. 2013-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-26.
  5. "Алексей Балабанов был тяжело болен и ждал смерти". NTV. 2013-05-18. 2013-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-26.
  6. "Алексей Балабанов: «Я хочу в рай, чтобы встретиться со своим папой»". Вечерняя Москва. 2013-05-18. 2013-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-18.
  7. "В Сестрорецке умер Алексей Балабанов // NewSestroreck". 2014-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-30.
  8. "Умер Алексей Балабанов". Lenta.ru. 2013-05-18. 2022-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-18.
  9. ""Колокольня cчастья" режиссера Балабанова обрушилась под Вологдой". Ria.ru. 2017-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-30.
  10. Кувшинова и др., 2013. səh. 50
  1. Балабанов. Издательство Сеанс. Аркус, Л. Ю, Кувшинова, М. Ю, Шавловский, К. Б. 2013. 368. ISBN 978-5-905586-08-8.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]