Aleksandr Solonik

Aleksandr Viktoroviç Solonik (ing. Александр Викторович Солоник ; 16 oktyabr 1960, Kurqan31 yanvar 1997, Laqonisi[d], Attika prefekturası[d]) — rus killeri, hər iki əli ilə sərrast şəkildə atəş açmağı bacaran tətikçi. 1990-cı illərin əvvəllərində Orexovskaya bandası tərkibində onlarla cinayət törətmiş və digər kriminal hadisələrlə əlaqəsi olmuşdur. O, 1994-cu ildə həbs edilmiş, yalnız 1995-cı ilin iyulunda Moskva şəhərinin maksimum ciddi rejimdə mühafizə olunan Matrosskaya Tişina təcridxanasından qaçmağı bacarmışdır. 1997-ci ilin yanvarında Solonikə qarşı təşkil edilmiş sui-qəsddən sonra cansız bədəni Afina yaxınlığında tapılmışdır.

Aleksandr Solonik
Aleksandr Viktoroviç Solonik
Doğum tarixi 16 oktyabr 1960(1960-10-16)
Doğum yeri
Vəfat tarixi 31 yanvar 1997(1997-01-31) (36 yaşında)
Vəfat yeri
Vəfat səbəbi boğulma
Dəfn yeri
Vətəndaşlığı SSRİ SSRİ
Rusiya Rusiya
Yunanıstan Yunanıstan

Aleksandr Solonik 1960-cı ilin 16 oktyabrında Rusiyanın Kurqan şəhərində anadan olmuşdur. Uşaq yaşlarından döyüş sənətləri və oldu silahlara marağı olmuşdur. Sovet qüvvələrinin Almaniya hissəsində yerləşən tank alayında hərbi xidmət keçmişdir.

Bazarda atışma

[redaktə | mənbəni redaktə et]

Soloniki geniş kütlə əsasən 1994-cü il oktyabrın 6-da günün günorta çağı, yəni saat 15.10-da Moskvanın “Petrovski – Razumovski” metrostansiyası yaxınlığında yerləşən bazarda dörd milis əməkdaşını güllələdikdən sonra ələ keçəndə tanıyıb.

Bu vaxtadək Kurqanlı Rembo artıq Tümendə yerli avtoritetlər – Priçinin və Maşkini, Moskvada qanuni oğru Qlobusu, onun yaxın məsləkdaşı Bobonla cangüdəni Qoldini və “Qara Kardinal” ləqəbli avtoritet Otari Kvantrişvilini qətlə yetirmişdi.

Bazara nəzarət edən "Bumeranq" təşkilatının əməkdaşları Solonikin başçılıq etdiyi şübhəli dəstənin hücumu haqqında tələsik zəng vuraraq milis şöbəsinə xəbər verdilər. İki dəqiqə sonra operativniklər, mayor Vasili Sısuştanov, kapitan İqor Neçayev və leytenant Sergey Yermakov artıq “İmpuls”un qarşısında idilər. Qırmızı poqonluların ofisə girib sənədlərini təqdim etmək xahişinə Solonik və cangüdəni sakitcə başlarını tərpətməklə razılıqlarını bildirdilər, hətta nəzakətlə bir-birlərinə yol da göstərdilər. Milisləri çaşdıran da elə bu nəzakətli rəftar oldu. Ofisin qapısı örtülən kimi Solonik qolunda tutduğu plaşın altından atəş açmağa başladı. Bir andaca polislər yerə sərildilər. Neçayev başından aldığı yaradan yerindəcə keçindi. Güllələr Sısuştamovun bədənində üç dəlik açdı: kürəyi, yanbızı və biləyində. Yermakovun qarın nahiyəsi və çiynindən ağır güllə yarası almışdı. "Bumeranq"ın hər şeylə maraqlanan əməkdaşı da ağır yaralanaraq yerdə çapalayırdı. Yoxlamaya gələnlərdən biri də silah çıxarmağa macal tapmadı. Bir neçə saniyə sonra Solonik və cangüdəni bazardakı camaata qarışaraq hadisə yerindən uzaqlaşmağa çalışırdı. Qovhaqov başlandı. “Bumeranq”ın əməkdaşları qatillərin ardınca düşərək izləməyi davam etdirdilər.

"Bumeranq"ın əməkdaşı Andrey Demkin:

" Solonik qaça-qaça yenə tapançasını işə saldı. Ətraf qələbəlik olduğundan və hamı panika içində çığırışaraq qaçışdığından qatilə güllə atmaqla təsadüfi adamları öldürə bilərdik. Solonik üçünsə fərqi yox idi, yaralananlar dörd olmasın, on olsun... Qaçarkən “Rembo” bizim əməkdaşlardan ikisini ağır yaralamışdı. Deməliyəm ki, o, sərrast snayper idi, silahla peşəkarcasına rəftar edirdi. Qatil bazarı da, dəmiryolu xəttini də keçdi və artıq yaşayış kvartalında yox olmaq imkanı qazananda qarşısında iki milis əməkdaşı peyda oldu. Solonik soyuqqanlılıqla birincisinin başına güllə çaxdı, ikincini də qətlə yetirəcəkdi, əgər tapançanın mağazasında patron qalsaydı. İndi güllədən yara payı almaq növbəsi “Makedonski”yə çatmışdı. Solonik kürəyindən və böyrəyindən aldığı yaradan şoka huşunu itirmişdi. "

“Petrovsk” bazarındakı atışmada Solonik ağır yaralanmışdı. Həkimlər onun deşilmiş böyrəyini kəsdilər. Qara ciyərində də zədələnmələr vardı. Botkinsk xəstəxanasının reanimasiya şöbəsindən Petrovka-38-in təcridxanasına gətirilən Makedonski sonradan “Matrosskaya Tişina”da ayrıca kameraya yerləşdirildi. Onun buradakı həyatına “Tişina” zekləri həsəd aparırdılar. Solonikn istifadəsində rəngli televizor, soyuducu, mikrodalğalı soba, kompüter vardı. Hətta yeməyi onun üçün sifarişlə restorandan gətirirdilər.

Onun 1995-cı ilin 5 iyulunda Moskva şəhərinin maksimum ciddi rejimdə mühafizə olunan həbsxanasından qaçması Rusiyanın güc strukturlarına böyük bir zərbə vurmuşdur.[1]

1997-ci ilin 37 yanvarında Solonikin Afina yaxınlığında sui-qəst nəticəsində öldürüldüyü xəbəri yayılmışdır. Onun meyiti tapıldıqdan bir gün sonra Afina qəzetlərində qalmaqallı, sensasiyalı başlıqlar dərc olunmaqda idi. Ən azı səkkiz qətldə günahkar olduğu bildirilən, 1988-ci ildə məhkəmə zalından, 1990-cı ildə həbs düşərgəsindən, 1995-ci ildə isə Moskvanın ciddi rejimli "Matrosskaya Tişina" qapalı qazamatından qaçan, Rusiyanın bütün xüsusi orqanları və “İnterpol” tərəfindən axtarılan Makedoniyalı Saşanın həyatı belə sona çatmışdır. Buna baxmayraq rəsmilərin həmin cansız bədənin Solonikə aid olduğunu heç bir zaman təstiqləməmişdir.[2]

  1. "Arxivlənmiş surət". 2021-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-28.
  2. http://www.themoscowtimes.com/news/article/body-of-accused-cop-killer-reported-found-in-athens/312349.html