Aleksandr Qriqoriyeviç Tumanski (rus. Александр Григорьевич Туманский; 1861 – 1920, İstanbul) — Rusiyalı şərqşünas, tərcüməçi, general-mayor.
Aleksandr Tumanski | |
---|---|
Doğum tarixi | 1861 |
Vəfat tarixi | 1920 |
Vəfat yeri | |
Fəaliyyəti | şərqşünas, hərbi qulluqçu |
Aleksandr Qriqoriyeviç Tumanski məşhur tumanskilər soyundandır. O, 23 sentyabr 1861-ci ildə anadan olmuşdu. 1888–1891-ci illərdə Rusiya imperiyası ordusunun zabiti olmuşdu. Şərq dilləri kursunda Ərəb, Fars və Türk dillərini öyrənmişdi. Bunlardan başqa onbir dildə danışmağı bacarırdı.
Aleksandr Tumanski 1891–1895-ci illərdə Mərkəzi Asiyada xidmət etmişdi. 1894-cü ildə Qacarlar dövlətində rabitə əlaqələrini öyrənmişdi. 1900–1905-ci illərdə Osmanlı imperiyasının Van vilayətində baş konsul vəzifəsində çalışmışdı. 1908 və 1909-cu illərdə yenidən Məmləkəti-məhrusəyi-Qacariyyəyə baş çəkmişdi.
Aleksandr Tumanski 1911-ci ildə Tiflisdə Cənubi Qafqaz ordusunun baş qərargahı yanında zabitlər üçün Şərq dilləri üzrə kurs təşkil etmişdi.İ. Y. Kraçkovski qeyd edirdi ki, A. Q. Tumanski nadir şərqşünaslardan biridir.
Aleksandr Tumanski 1917-ci ildə general-mayor rütbəsində ordudan tərxis olundu. Oktyabr inqilabından sonra Rusiyanı tərk edib, İstanbulda yerləşdi.
Aleksandr Tumanski 1 dekabr 1920-ci ildə İstanbulda vəfat etdi.