Bryansk vilayəti (rus. Брянская область) — Rusiya Federasiyasının subyekti. Rusiyanın Avropa hissəsinin qərbində yerləşir. Mərkəzi federal dairəsinə daxildir. Sahəsi 34,9 min km².-dir. Əhalisi 1242,6 min nəfərdir (2014). 27 rayonu, 16 şəhəri, 25 şəhər tipli qəsəbəsi var. İnzibati mərkəzi Bryansk şəhəridir.
Bryansk vilayəti | |
---|---|
|
|
Ölkə | |
İnzibati mərkəz | Bryansk |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 5 iyul 1944 |
Sahəsi |
|
Saat qurşağı |
|
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | RU-BRY |
Avtomobil nömrəsi | 32 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Sənaye məhsullarının həcmi 32,45 mlrd. rubldur (2004). Sənaye istehsalının tərkibində maşınqayırma və metal emalı (29,4%) üstünlük təşkil edir; yeyinti sənayesinin payı 23,2%, elektro-energetika – 18,2%, tikinti materialları sənayesi – 10,2%, meşə, ağac emalı və sellüloz-kağız – 7,1%, dəyirman-ding və kombinə edilmiş yem sahəsi – 4%, şüşə və çini-saxsı – 3,3%, yüngül – 2,3%, kimya və neft-kimya – 1%. Bryansk vilayəti, demək olar ki, özünün istilik-enerji ehtiyatlarına (torfdan başqa) malik deyildir; elektrik enerjisi istehsalı üzrə kəsirli regionlar sırasına daxildir (istehlak edilən elektrik enerjisinin 90%-dən çoxu digər regionlardan daxil olur). Əsas elektrik enerjisi istehsalçısı – "Bryan skenerqo"dur (2 köhnəlmiş və azgüclü, ümumi gücü 62 MVt olan elektrik stansiyasından– Bryansk DRES və Klintsı İES-dən ibarətdir). Aparıcı sənaye sahələri olan maşınqayırma və metal emalında nəqliyyat, kənd təsərrüfatı və yol inşaatı texnikası, elektronika və radio texnika istehsalı fərqlənir.
Aparıcı müəssisələr: "Bryansk maşınqayırma zavodu" (manevr teplovozları, lokomotivlər, gəmi və lokomotivlər üçün dizellər və s.), "Bryansk avtomobil zavodu" (xüsusi təkərli şassilər, təkərli dartıcılar), "Raditsa maşın qayırma zavodu" (ekskavatorlar və s.), "Novozıbkov dəzgahqayırma zavodu" (odun cağın ilkin emalı üçün avadanlıq), "Bryanski Arsenal" (müxtəlif maşın və avadanlıqlar, ehtiyat hissələri, qovşaqlar və onlar üçün detallar və s.), "Klintsı avtokran zavodu". Kimya sənayesində fosfor gübrələrinin (Polpino fosforit yatağının bazasında), partlayıcı maddələrin istehsalı inkişaf etmişdir. Aparıcı müəssisələr: Bryansk fosforit (gübrə) zavodu və Bryansk kimya zavodu (Seltso ş.; partlayıcı maddələr, lak, linoleum).
Meşə, ağac emalı və sellüloz-kağız sənayesi vilayətin, demək olar ki, bütün rayonlarında yerləşmiş geniş ağac emalı şəbəkəsi ilə təmsil olunur. Aparıcı müəssisələr: "Belaya Beryozka" (Trubçevsk rayonunun Belaya Beryozka qəs.; oduncaq-lifli pilətələr, faner), "Dyatkovo-DOZ" (oduncaq-yonqar pilətələr, mebel), "Brasovo mebel fabrikiki" (Brasovo rayonunun Lokot qəs.), "Proletari" (Suraj şəhər.; texniki karton), "Bryansk kağız fabriki". Tikinti materialları sənayesi yerli qum, gil, təbaşir, mergel yataqlarına əsaslanır. Əsas məhsullar: sement, asbest-sement məmulatları, kərpic, şifer, dəmir-beton məmulatları və s. Ən iri sement istehsalçısı "Maltsovkski port land sement"dir. Şüşə sənayesində büllur və şüşədən yüksək bədii məmulatların ("Dyatovski xrustal" zavodu) istehsalı üstünlük təşkil edir. Yüngül sənaye müəssisələrində parça, yun, dəri-ayaqqabı, trikotaj və tikiş məmulatları istehsal olunur. Yeyinti sənayesinin ən iri müəssisələri: "Bryankonfi" qənnadı firması (Rusiyanın vafli və peçenye aparıcı istehsalçılarından biri), "Pişekombinat Bejitski" (Bryansk), "Bryanskspirtprom", "Saxar-Kristall" (şəkər istehsalı; Komariçi rayonu), "Sır Starodubski", Bryansk ət kombinatı və s. Tərəvəz konservləri, yarma və s. istehsal olunur. Rusiya Federasiyasında ən iri dənəvərləşdirilmiş kartof zavodu vilayətdə yerləşir (Poqar ştq.). Vilayətin başlıca sənaye mərkəzləri Bryansk, Klintsı, Dyatkovo şəhərləridir. İxracatda maşınqayırma, ərzaq məhsulları, oduncaq, ağac emalı sənayesinin məhsulları; idxalatda ərzaq, maşınqayırma məhsulları üstünlük təşkil edir.
Kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 14,5 mlrd. rubl təşkil edir (2004). Sahə üzrə dəqiq ixtisasaşma yoxdur. Dəyər göstəricilərinə görə bitkiçilik məhsulları üstünlük (57%) təşkil edir. K.t. yerləri 1767,2 min hadır (vilayətin sahəsinin 50%-indən çoxu), onun təqr. 62%-ini əkin yerləri tutur. Yem (əkin sahəsinin 48,5%-i), dənli (38,1%), texniki(1,2%; kətan, çətənə, şəkər çuğunduru, tütün, mayaotu, raps) bitkilər, kartof və tərəvəz (12%) becərilir. Dənli bitkilərin böyük hissəsi cənubdakı və mərkəzi rayonlarda yığılır. Şəkər çuğunduru Bryansk vilayətinin cənub-şərqində becərilir; regiondakı yeganə şəkər zavodu Lopandinoda yerləşir. İntensiv-ekstensiv tipli heyvandarlıq inkişaf etmişdir. Əsas sahələr: ətlik-südlük heyvandarlıq, donuzçuluq və quşçuluq.[2]
Atçılıq (Brasovo kəndində "Lokotskoy" dövlət damazlıq zavodu) və arıçılıq ənənəvi olaraq inkişaf etmişdir. Uneça şəhəri yaxınlığında dəvəquşu ferması var. Kənd təsərrüfatı yerlərinin böyük hissəsi (84,7%) kənd təsərrüfatı təşkilatlarının torpaqlarına aiddir, 7,1%-i vətəndaşların şəxsi istifadəsindədir, 1,4%-ini kəndli (fermer) təsərrüfatları tutur. Kənd təsərrüfatı təşkilatları istehsal olunan ta -xı lın 84,8%-ini və yumurtanın 67,5%-ini, əhali təsərrüfatları – kartofun 92,1%-ini, tərəvəzin 84,8%-ini, ətlik heyvan və quşun 72,9%-ini, südün 60,5%-ini təmin edir.[2]
Bryansk vilayəti inkişaf etmiş nəqliyyat şəbəkəsinə malikdir. Bryansk iri nəqliyyat qovşağıdır. Dəmir yollarının uzunluğu 1010 kilometrdir(2004). Vilayətin ərazisindən Moskva – Kiyev, Bryansk – Smolensk, Bryansk – Or -yol, Bryansk – Qomel magistralları keçir. Bərkörtüklü yolların uzunluğu 6495 km-dir.
Əsas magistrallar: Moskva – Kiyev, Bryansk – Qomel və Oryol – Bryansk –Smolensk – Vitebsk. "Bryansk" beynəlxalq aeroportu var. Bryansk vilayətinin ərazisindən "Drujba" (Nijnevartovsk – Samara –Uneça – Mozır – Brest, sonra Qərbi Avropa ölkələri, Uneça – Polotsk – Ventspils qolu) neft kəməri, Moskva – Bryansk– Kiyev – Daşava; Smolensk – Bryansk –Kursk – Belqorod – Şebalinka qaz kəmərləri keçir.[2]
Bryansk vilayəti Şərqi Avropa düzənliyinin mərkəzi hissəsində üç oroqrafik strukturun (cənubda və qərbdə Dneprboyu ovalığının, şimalda Smolensk-Moskva yüksəkliyinin və şərqdə Orta Rusiya yüksəkliyinin) qovuşduğu yerdədir. Səthi yarğan və qobularla sıx parçalanmış təpəli düzənlikdir (maks. hünd. 288 m). Vilayətin şəhər hissəsində karst yayılmışdır. Geoloji cəhətdən Bryansk vilayəti qədim Şərqi Avropa platformasında Rus plitəsinin mərkəzi hissəsində yerləşir. Əsas faydalı qazıntı yataqları (fosforitlər,mergellər, təbii tikinti materialları) Mezokay nozoy yaşlı çökmə süxurlar kom pleksi ilə əlaqədardır. Böyük torf ehtiyatı var. İqlimi mülayim kontinentaldır. Orta temperatur yanvarda –7,4-dən –9 °C-yə qədər, iyulda 18,1–19,1 °C-dir. İllik yağıntı 560–600 mm-dir. Vegetasiya dövrü 180–200 gündür. Çay şəbəkəsi sıxdır, əsasən, Dnepr hövzəsinə aiddir (yalnız ucqar şimal-şərqdə Oka hövzəsinin çaylarıdır). Ən böyük çayı Desna (vilayət daxilində uzunluğu 413 km) və onun qollarıdır (Bolva, Sudost, Nerusa,Navlya və s.). Qərbdə İput və Besed çayları (Soj çayının sol qolları) axır. Bryansk vilayəti ərazisinin çox hissəsi enliyarpaqlı meşələr zonasında, ucqar şimal şərq hissəsi qarışıq meşələr zonasında yerləşir. Bryansk vilayəti ərazisinin böyük bir hissəsinin torpaq örtüyündə, zandr düzənlikləri və Desna ilə Sudost çaylarının sol sahilindəki qumlu terraslar hüdudlarında çimli-podzollu torpaqlar üstünlük təşkil edir. Lössabənzər karbonatlı torpaqlarla örtül müş yaxşı drenlənmiş yüksək sahələrdə (Sudost boyu, Trubçevsk, Bryansk) məhsuldar boz meşə torpaqları inkişaf etmişdir; vilayərin ucqar cənub şərqindəki yüksək suayrıcılar da podzollaşmış qaratorpaqlar yayılmışdır. Yüksək subasarlarda subasma rejimi nisbətən qısa olan iri çay dərələrində allü vi al çimli torpaqlar, orta və aşağı subasarlarda allüvial çimli-qleyli torpaqlar formalaşmışdır. Meşələr ərazinin təqribən 32%-ni (enliyarpaqlı və xırdayarpaqlı meşələr 54%, iynəyarpaqlı meşələr 46%) tutur. Meşəəmələgətirən ağac cinsləri arasında şamağacı, tozağacı, ağcaqovaq yayılmışdır; bəzən küknara, palıda, qara qızılağaca, cökəyə rast gəlinir. Qiymətli yem bitkilərinin əkildiyi çaybasar və quru dərə çəmənləri geniş sahələr tutur; aşağılarda otlu bataqlıqlardır. Bryansk vilayəti meşələrində sığın, cüyür, qaban, qonur ayı, canavar, tülkü qalmışdır; sincab geniş yayılmışdır. Qunduz İput, Besed və digər çaylarda məskunlaşmışdır; İput çayı və onun qollarında samur yaşayır. Ov quşları çoxdur: Sibir xoruzu, tetra, çilingdimdik, Bonazi tetrası, bekas. Çaylarda çapaq, xanıbalığı, dabanbalıq, durnabalığı və s.-in olması adi haldır. Vilayətin ərazisində yaşayan nadir və nəsli kəsilmək təhlükəsi altında olan 31 növ heyvan RF-nin "Qırmızı kitabı"na daxil edilmişdir. Bryansk vilayətində ərazinin 6%-ni tutan 20 təbii ərazi, o cümlədən Bryansk meşəsi dövlət təbii qoruğu mühafizə edilir. Bryansk vilayətinin təbii landşaftları antropogen fəaliyyət nəticəsində xeyli dəyişilmişdir.[2]
Ərazinin böyük bir hissəsində atmosferin və səth sularının sənaye çirklənməsi, təsərrüfat fəaliyyəti ilə əlaqədar torpaqların çirklənməsi nəticəsində kəskin ekoloji vəziyyət, cənub-qərb hissəsində isə Çernobıl AES-indəki qəza ilə bağlı radioaktiv çirklənmə nəticəsində olduqca kəskin vəziyyət yaranmışdır. Stasionar mənbələrdən atmosferə atılan tullantılar 55 min t-dur; çirklənmiş axar suların həcmi 96,4 mln.m³-dir. Meşələrin təqr. 30%-i radionuklidlərlə çirklənmişdir (2003). Vilayət ərazisindəki kimyəvi silah anbarları ekologiya üçün potensial təhlükə mənbəyidir Təsərrüfat. Bryansk vilayəti Mərkəzi iqtisadi rayonuna daxildir. Ölkə iqtisadiyyatında manevr və enli təkər izli sənaye teplovozları (RF-də 61%, 2003), radiator və qızdırıcı konvektorlar (36,7%), avtomobil kranları (11,8%), sement (8,7%), yeyinti xammalından etil spirti (4%), həmçinin kətan (4,2%) və kartof (2,9%) istehsalı ilə fərqlənir. 1990-cı illərdə vilayətin təsərrüfatının əsas sahələrinin böhranı Çernobıl AES-indəki qəza (1986) nəticəsində daha da güclənmişdi. Ərazinin böyük hissəsində torpaqdan məhdud istifadə rejimi (vilayətin cənub-qərbindəki zərər çəkmiş k.t. rayonları) qüvvədədir və əhali köçürülmüşdür.[2]
Bryansk vilayətində 17 muzey var.[3] Əsas şəhərlərində bir çox memarlıq və arxeoloji abidələri mövcuddur.
Əhalisi 1242,6 min (2014).[2]
Ümumi regional məhsulda (%-lə,2003) sənayenin payı 18,2, kənd təsərrüfatının – 15,1, qeyri-bazar xidmətlərinin – 14,7, nəqliyyatın– 13,5, əmtəə və xidmətlərin satışı üzrə ticarət və kommersiya fəaliyyətinin –12,6, tikintinin – 6,3, digər sahələrin –12,4-dür. Mülkiyyət formasına görə müəssisələrin nisbəti (təşkilatların sayına görə, %-lə): özəl – 61, dövlət və bələdiyyə– 21, ictimai və dini təşkilatlar – 12. İqtisadi fəal əhali 660 min nəfərdir(2003), onlardan 92,7%-i iqtisadiyyatda məşğuldur. Məşğulluğun sahəvi strukturu (%-lə): sənaye – 20, ticarət və ictimai. iaşə – 20, k.t. – 15,5, təhsil – 8,9, səhiyyə – 7,1, nəql. – 6,3, mənzil-kommunal təsərrüfatı – 4,9, tikinti – 4,8. İşsizlik səviyyəsi Rusiya üzrə orta göstəricidən bir qədər aşağıdır – 7,3%. Adambaşına düşən pul gəlirləri ayda 5,03 min rubldur (2005, oktyabr; RF üzrə orta həddin 61,5%-i); əhalinin təqribən 28%-inin gəlirləri yaşayış minimumundan aşağıdır.[2]