Aleksandra Caparidze — gürcü sovet alpinisti, SSRİ-nin əməkdar idman ustası (1945). Məşhur alpinistlərin - Simon (1897-1929) və Aleksandr Caparidzenin (1899-1945) bacısı.[1]
Aleksandra Caparidze | |
---|---|
gürc. ალექსანდრა ჯაფარიძე | |
Doğum tarixi | 11 fevral 1895 |
Vəfat tarixi | 27 noyabr 1974 (79 yaşında) |
Dəfn yeri | |
Fəaliyyəti | atlet |
Aleksandra Caparidze 1895-ci ildə Gürcüstanın Çiatur bələdiyyəsinə daxil olan Xreiti kəndində anadan olub. Onların ailəsi Gürcüstan və İmeretinin knyaz ailəsinə mənsub idi. Valideynlərinin, Bicivə Lida Caparidzenin yeddi uşağı var idi, onların arasında Aleksandra dördüncü uşaq idi.[2]. Onun kiçik qardaşları Simon və Aleksandr da məşhur alpinistlər idi.[3][4]
Aleksandra, 1912-ci ildə məzun olduğu Kutaisi Müqəddəs Nina qadın Gimnaziyasında oxuyur. Bundan sonra Leçxuminin Lailaşi kəndində məktəb müəllimi olaraq çalışmış və 1913-cü ildə doğma kəndinə qayıtmışdı. Onun səyləri ilə Xreitidə demək olar ki, bütün fənlərin tədris olunduğu bir ibtidai məktəb açıldı.[5]
1923-cü ildə Aleksandra Caparidze Tbilisi Dövlət Universiteti nin professoru Georqi Nikoladze və Aleksandr Didebulidzenin rəhbərlik etdikləri qruplardan birinin tərkibində Kazbek dağının zirvəsinə (5034 m) qalxdı. 1929-cu ildə Tbilisi Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmişdir. 1921-1944-cü illərdə Tbilisi Geofizika Rəsədxanasında çalışmışdır.[6]
1930-cu ildə Aleksandra yuxarı Svanetidə Tetnuld dağının zirvəsinə (4869 m) qalxmaq cəhdində iştirak etdi. İyulun 11-də zirvəyə çıxan qrup arasında onun qardaşı Aleksandr, eləcə də Yaqor Kazalikaşvili, Vasasi Kalandarişvili, Adsil Avaliani və Qoci Zurebiani var idi. Sıx dumanda, dağın zirvəsi üçün götürdükləri yerə çatdılar (aneroid 4900 m yüksəklik göstərdi), sonra enməyə başladılar. Ertəsi gün Aleksandr bir daha zirvəyə qalxmağa qərar verərək zirvəni tək başına fəth edir. Bir müddət sonra Aleksandra da qardaşı Aleksandr, Yaqor Kazalikaşvili və Adsil Avaliani ilə birlikdə zirvəyə qalxdı.
Həmin ildə Tetnulda qalxandan sonra Aleksandra Cənubi Uşbaya çıxmağa cəhd göstərdi, lakin o, uğurla nəticələnmədi. Onlar 4000 m hündürlükdən geri çəkilməli oldular. O, 1934-cü ilin avqustunda, Aleksandr Caparidzenin rəhbərlik etdiyi qrupda, həmçinin Yaqor Kazalikaşvili və Qio Niqurianinin də olduğu A. Caparidzenin rəhbərliyi altında Cənubi Uşbanın zirvəsini fəth edə bildi. Bu, sovet alpinistlərindən ibarət komandanın bu zirvəyə ilk çıxışı idi.[6]
1944-cü ildə Leninin, "Şərəf nişanı" ordeni ilə təltif olunub.[7].
1945-ci ildə Aleksandr Caparidze SSRİ-nin əməkdar idman ustası adına layiq görülüb.
Aleksandra Caparidze, 27 noyabr 1974-cü ildə Tbilisidə vəfat edib. O zaman gürcü alpinist klubunun yerləşdiyi Kirov adına Tbilisi parkında, qardaşı Aleksandrın yanında dəfn edilib.