Uşba (gürc. უშბა, qaraç.-balk. юч баш, Ужба) — Böyük Qafqazın Gürcüstan ərazisində olan zirvələrdən biri. Uşba dağı Gürcüstanın Sameqrelo-Yuxarı Svaneti ərazisində (tarixi Svaneti vilayəti) yerləşir. Zirvə Rusiyanın Kabrda-Balkariya Respublikasından 1,5 km cənubdadır. Baxmayaraq ki, Uşba dünyanın ən yüksək on zirvəsinə daxil deyil, ancaq Uşba öz forması ilə Qafqazın Matterhornu adlanır. Çox dik yamacına və çətin iqlim şəraitinə görə Uşba bir çox alpinistlərin fikrinə görə Qafqazın ən çətin zirvələrindən biri hesab edilir. Şimal tərəfdə böyük olmayan tam dik divar mövcuddur. Bu ərazi "Uşba güzgüsü" adlanır. Tanınmış alpinist Mixail Xerqiani zirvəni bu ərazidən fəth etmiş. Rusiyalı turistlər Viktoriya Buruşeva və Andrey Sidirov 2013-cü ilin sentyabrında Uşbada itkin düşmüşlər.[2] Rus rok qrupu " Мельница " özünün dördüncü albomunda "Uşba" mahnısını yazmış. Mahnı gürcü alpinistinə həsr olunur. Hansı ki, Uşbada həlak olmuş.[3]
Uşba | |
---|---|
qaraç.-balk. Юч баш, gürc. უშბა | |
Ümumi məlumatlar | |
Dağ sistemi | Baş Qafqaz |
Dağ silsiləsi | Baş Qafqaz silsiləsi |
Mütləq hündürlüyü | 4700[1] |
Nisbi hündürlüyü | 1217 m |
Yerləşməsi | |
43°07′35″ şm. e. 42°39′16″ ş. u.HGYO | |
Ölkə | Gürcüstan |
Region | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Uşba — svan dilində yş — bədbaxtlıq, bəla; ba— dağ deməkdir. "Bəla gətirən dağ". Qaraçay-balkar dilində uç —üç ; baş — zirvə, yuxarı, baş mənasını verir. "Üç başlı dağ".
Uşbanın cənub zirvəsi nisbətən yüksəkdir. Şimal zirvəsinin hündürlüyü 4690 metrdir. Şimal zirvəni 1888-ci ildə ilk dəfə John Garford və Ulrich Almer fəth etmiş. Cənub zirvə isə 1903-cü ildə B. Rickmer-Rickmersanın rəhbərlik etdiyi alman-isveçrə ekspedisiyası tərəfindən fəth edilmiş.[4]
Hündürlüyü çox mənbələrdə 4690 metr göstərilir. Bəzi topoqrafiq xəritələrdə isə (К-38–26)[5] Uşbanın zirvəsi 4700 metr göstərilmiş. İki başlı zirvə qranit mənşəli süxurlardan təşkil olunmuş. Zirvədən Qul və Uşbin buzlağı qidalanır. Cənub-şərq zirvəsindən 10 km məsafədə Mestia rayon mərkəzi yerləşir. Uşba dağı şimali-qərb Gürcüstan əyaləti olan — Svanetinin Şxeldin dərəsinin ən son nöqtəsində yerləşir.
Müasir dövrdə Uşbaya bir çox marşrut mövcuddur. Çətinliyinə görə bunlar 4A -dan 6A -ya kimi bölünür.