Aleksandra Lavrentyevna Suvirova (23 aprel (6 may) 1900, Moskva – 1962, Bakı) — Azərbaycan-sovet teatr aktrisası, Azərbaycan SSR xalq artisti (1941).
Aleksandra Suvirova | |
---|---|
rus. Александра Лаврентьевна Сувирова | |
Doğum tarixi | |
Doğum yeri | Moskva, Moskva quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Fəaliyyəti | teatr aktrisası |
Fəaliyyət illəri | 1918–1959 |
Teatr | Azərbaycan Dövlət Rus Dram Teatrı |
Mükafatları |
Aleksandra Suvirova 23 aprel (6 may) 1900-cü ildə Moskvada anadan olmuşdur.[1] Səhnə fəaliyyətinə 1918-ci ildən Bakıdakı özfəaliyyət dərnəklərində başlamış, 1927–1959-cu illərdə Azərbaycan Dövlət Rus Dram Teatrında işləmişdir. Aktrisanın yaradıcılığı üçün yüksək temperament, səmimiyyət səciyyəvi olmuşdur.[2]
Aleksandra Suvirova 1962-ci ildə Bakıda vəfat etmişdir.[3]
Rol | Tamaşa | Müəllif |
---|---|---|
Dezdemona | Otello | Uilyam Şekspir |
Cülyetta | Romeo və Cülyetta | Uilyam Şekspir |
Negina | İstedadlar və pərəstişkarlar | Aleksandr Ostrovski |
Polina | Gəlirli yer | Aleksandr Ostrovski |
Nina | Maskarad | Mixail Lermontov |
Sofya | Ağıldan bəla | Aleksandr Qriboyedov |
Tatyana | Meşşanlar | Maksim Qorki |
Anya | Albalı bağı | Anton Çexov |
Mehriban | Xanlar | Səməd Vurğun |
Gülnar | Vaqif | Səməd Vurğun |
Silviya | İki ağanın bir nökəri | Karlo Qoldoni |
Qoqa | Portfelli adam | Aleksey Fayko |
Olqa | Belə də olacaq | Konstantin Simonov |
Berejkova | 16 nömrəli kreslo | Dmitri Uqryumov |
Mariya Antonovna | Müfəttiş | Nikolay Qoqol |
Luiza | Məkr və məhəbbət | Fridrix Şiller |
Polejayeva | Narahat qocalıq | Leonid Raxmanov |