Aleksandriya Villasenor (18 may 2005, Davis[d], Kaliforniya) — Nyu-Yorkdan olan amerikalı ətraf mühit fəalı. Gələcək üçün cümə hərəkatının və ətraf mühit fəalı Qreta Tunberqin davamçısı[1]. Villasenor US Youth Climate Strike həmtəsisçisi və Earth Uprising-in qurucusudur[2].
Aleksandriya Villasenor | |
---|---|
Doğum tarixi | 18 may 2005 (18 yaş) |
Doğum yeri |
|
Vətəndaşlığı | |
Fəaliyyəti | məktəbli, ətraf mühit fəalı, ətraf mühit fəalı[d] |
Villasenor Kaliforniyanın Davis şəhərində anadan olub[3][4]. Ailəsi 2018-ci ildə Şimali Kaliforniyadan Nyu-Yorka köçür[5]. Villasenorun həyatda məqsədi Birləşmiş Millətlər Təşkilatının strukturunda işləməkdir[6].
Villasenorun iqlim dəyişikliyinə qarşı mübarizəsi 2018-ci ilin noyabrında Kaliforniyada ailə tətili zamanı tətil düşərgəsində yanğından tüstü buluduna tutulduğu zaman başlayır. Aleksandriya astma xəstəsidir, ona görə də fiziki cəhətdən çox əziyyət çəkir. Bundan sonra o, ciddi yanğına səbəb olan iqlim dəyişikliyini və temperaturun yüksəlməsini araşdırmağa başlayır.
Aleksandriyanın anası Kristin Hoq iqlim dəyişikliyi və cəmiyyəti öyrənmək üçün Kolumbiya Universitetinin magistr proqramına daxil olub. O, bəzən anası ilə dərslərə qatılır, burada iqlim dəyişikliyinin arxasında duran elm haqqında öyrənirdi[7]. Qısa müddət sonra o, Amerikalı gənc iqlim fəallarından ibarət Zero Hour qrupunun Nyu-York bölməsinə qoşulur.
Villasenor 4 dekabr 2018-ci ildə Polşanın Katovitse şəhərində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransında etdiyi çıxışdan sonra onu ilhamlandıran Qreta Tunberq kimi iqlim dəyişikliyi ilə mübarizə aparır. 14 dekabr 2018-ci il tarixindən o, hər cümə günü məktəbdən yayınır və Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı Baş Qərargahı qarşısında iqlim təyişikliklərinin olmasına qarşı etiraz aksiyası keçirir[8]. O, Amerika gənclər təşkilatı Climate Strikedan ayrılır[9] və iqlim dəyişikliyi ilə bağlı maarifləndirici Earth Uprising qrupunu qurur[10].
2019-cu ilin may ayında Villasenor Tribeca Disruptive Innovation Awards-dan (TDIA) Disruptor mükafatını alır[11][12] və ictimai vəkillik təşkilatı The Common Good tərəfindən təqaüd aldı və həmçinin Earth Day Network[13] şəbəkəsindən Gənc İqlim Liderliyi mükafatına layiq görülür.
2019-cu ilin avqustunda Qreta Tunberq yelkənli qayıqla transatlantik səyahəti zamanı Nyu-Yorka gəlir[14]. Villasenor Sie Bastida və digər ətraf mühit fəalları Tunberqi qarşılayır. Bu vaxta qədər onlar artıq sosial şəbəkələrdə bir-biri ilə əlaqə qururlar.
23 sentyabr 2019-cu ildə Villasenor, Qreta Tunberq, Katarina Lorenzo və Karl Smit də daxil olmaqla 15 digər gənc fəalla birlikdə beş ölkəni Paris Sazişinə əsasən qəbul etdikləri zərərli emissiyaların azaldılması proqramının həyata keçirilməsi üzrə öhdəliklərə əməl etməsiklərindən dolayı (Fransa, Almaniya, Braziliya, Argentina və Türkiyə) BMT-yə hüquqi şikayət ərizəsi ilə müraciət edirlər.
2019-cu il oktyabrın ortalarında Danimarkanın Kopenhagen şəhərində keçirilən C40 Cities World Summitində iştirak edir.
2020-ci il yanvarın ortalarında o, gənclərin məruzəçisi kimi Dünya İqtisadi Forumunda olmuş və sonra 24 yanvar 2020-ci ildə Qreta Thunberq ilə birlikdə Davosda (İsveçrə) iqlim üçün məktəb tətilində iştirak etmişdir.
19 avqust 2020-ci ildə Aleksandriya iqlim dəyişikliyi ilə mübarizənin bir hissəsi kimi ABŞ Demokratik Milli Konvensiyasında çıxış edir.
1 dekabr 2020-ci ildə Seventeen jurnalı onu 2020-ci ilin səslərindən biri adlandırır.