Aleksi Mesxişvili

Aleksi Mesxişvili və ya Vladimir Sardionoviç, Lado Mesxişvili (gürc. ვლადიმერ [ლადო] სარდიონის ძე ალექსი-მესხიშვილი;16 (28) fevral 1857, Tiflis24 noyabr 1920, Tiflis) — Gürcü və rus teatr aktyoru və rejissoru, Gürcüstan SSR xalq artisti (1930, ölümündən sonra).[1]

Vladimir Sardionoviç Aleksi Mesxişvili
gürc. ვლადიმერ [ლადო] სარდიონის ძე ალექსი-მესხიშვილი
Digər adı Vladimir Sardionoviç Aleksi Mesxişvili
Doğum tarixi 16 (28) fevral 1857
Doğum yeri
Vəfat tarixi 24 noyabr 1920(1920-11-24) (63 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Fəaliyyəti teatr rejissoru, teatr aktyoru, teatr pedaqoqu[d]
Fəaliyyət illəri 1881–1920
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Aleksi Mesxişvili Hamlet rolunda, Aleksandr Roinaşvilinin çəkdiyi foto.

Aleksi Mesxişvili 1857-ci il 16 (28) fevralda Tiflisdə həkim ailəsində anadan olmuşdur. İlk təhsilini Tiflisdə aldıqdan sonra Moskva Universitetinin tibb fakültəsinə oxumağa yollanmışdır. Lakin xəstəlik üzündən təhsilini yarımçıq qoymaq məcburiyyətində qalaraq Tiflisə qayıtdı. Tiflisdə müəllimliklə məşğul idi, rus həvəskar tamaşalarında iştirak edirdi.

Mesxişvili 1881-ci ildən Tiflis gürcü dram teatrına daxil olur. 1887-1890-cı və 1906-1910-cu illərdə Moskva İncəsənət Teatrı (1906-1907) daxil olmaqla Rusiya teatrlarında çalışmışdır. 1890-1896-cı və 1910-1914-cü illərdə Tiflis Dram Teatrının rəhbəri, 1897-1906, Kutaisi Dram Teatrının rəhbəri olub.[2] 1890-cı ildən rejissorluq fəaliyyəti ilə məşğul olmağa başlamışdır.[1] 1916-1918-ci illərdə bir neçə filmdə - "Atalar və Oğullar", "İntiqam Tanrısı" və s. rollar almışdır.[2]

Rusiyada 1905-1907-ci illər inqilabını fəal şəkildə dəstəkləmişdir. Sosial ədalətsizliyə qarşı mübarizə ideyalarını özündə əks etdirən bir neçə tamaşa səhnələşdirmişdi. Bu tamaşalar arasında V.Montinin "Qay Qrax", Gerhart Hauptmannın "Toxucular" və s. var idi. Onlarda əsas rolları ida etmişdir. Mitinqlərdə inqilabi şeirlər oxumuş, barrikadalarda gedən döyüşlərdə iştirak etmişdir.[2]

İfa etdiyi yollar

[redaktə | mənbəni redaktə et]

Teatr Ensiklopediyasında qeyd edildiyi kimi, "parlaq emosionallıq Aleksi Mesxişvilinin oyununda real inkişaf, rolların dərin təhlili ilə birləşmişdir".

Aleksi Mesxişvilinin oynadığı rollar arasında bir çox dərin dramatik və faciəli personajlar var. Bu rollar arasında Levan Ximşiaşvili (Eristavinin "Vətən"), Goxa ("Məkrli Tamara" Sereteli), Gayoz Pagava ("Qardaş və bacı" Guniya), Yusov ("Qazanclı yer"), Neznamov ("Günahsız günahkar" Ostrovski), Rasplyuyev ("Kreçinskinin toyu"), Frans Moor (Şekspirin "Soyğunçular"), Hamlet (Şekspirin eyni adlı faciəsi), Otello (Şekspirin eyni adlı faciəsi), Edgar ("Kral Lir"), Qay Qrax (Montinin eyni adlı tamaşası), Uriel Akosta (Qutskovun eyni adlı oyunu), Tartuffe (Molyer tərəfindən yazılmış eyni adlı tamaşa) kimi ifalar daxil idi. Qoqolun "Bir dəli gündəliyi"ni tamaşaçılar qarşısında oxuyurdu. Aleksi Mesxişvili gürcü teatr rejissorları arasında kollektivin əhəmiyyəti ilə bağlı sualı qaldıran ilk şəxs idi. Aleksi Mesxişvilinin həmçinin aktiv pedaqoji işlə də məşğul olmuşdur. Onun tələbələri arasında Gürcüstanın bir çox görkəmli teatr xadimləri vardır.[2]

Aleksi Mesxişvili teatr yaradıcılığı dövründə müxtəlif təxəllüsləri olmuşdur. O, Vladimir Sardionoviç və Lado Mesxişvili adları ilə də məşhur olmuşdur.

Aleksi Mesxişvili Gürcüstanda çox məşhur idi. Belə ki, 1903-cü ildə Aleksi xəstələndiyi vaxt gürcü xalqı onun müalicəsi üçün Vyanaya göndərmək məqsədilə vəsait toplamışdı.[3]

Aleksi Mesxişvili 24 noyabr 1920-ci ildə Tiflisdə vəfat etmişdir.[1] O, Didube panteonunda dəfn edilmişdir.

  • Oğlu - Şalva Vladimiroviç Aleksi Mesxişvili (1884-1960), gürcü hüquqşünas və siyasətçi, Gürcüstan Demokratik Respublikasının ədliyyə naziri (1918-1919).
  • Nəvəsi - Vladimir Şalvoviç Aleksi Mesxişvili (1915-1978), Sovet memarı.

1930-cu ildə, ölümünün oncu ildönümündə Gürcüstan SSR xalq artisti adına layiq görüldü. 1940-cı ildə adı Kutaisi Dram Teatrına verildi. Tbilisi küçələrindən biri də Aleksi Mesxişvilinin adını daşıyır.[2]

  1. 1 2 3 Aleksi Mesxişvili // Большая советская энциклопедия[в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.
  2. 1 2 3 4 5 Алекси-Месхишвили Владимир Сардионович // ru:Театральная энциклопедия (под ред. С. С. Мокульский). — М.: Советская энциклопедия, 1961. — Т. 1.
  3. Senelick, Laurence (2007), Historical Dictionary of Russian Theater, p. 11. Scarecrow Press, ISBN 0-8108-5792-8
  • Бухникашвили Г., Грузинский театр в период революции 1905‒1907 гг., в сборнике: Первая русская революция и театр, Л., 1956.
  • ბურთიკაშვილი ა., ლადო მესხიშვილი, თბ., 1962
  • ზურაბიშვილი ი., ოთხი პორტრეტი, თბ., 1949
  • ნარიმანოვი ზ., ორი სეზონი მესხიშვილთან, თბ., 1957
  • ფაღავა ა., ლადო მესხიშვილი, თბ., 1957
  • ზ. ბაბუნაშვილი, თ. ნოზაძე, «მამულიშვილთა სავანე», თბ., 1994