Alen de Botton (20 dekabr 1969[1], Sürix) - isveçrəli-ingilis yazıçı. Romanları bestseller olmuş, 20-dən çox dilə tərcümə olunmuşdur. Fəlsəfə anlayışını dəyişdirən yazıçının 10-dan çox romanı və hazırladığı 5 sənədli filmi vardır.
Alen de Botton | |
---|---|
fr. Alain de Botton | |
Doğum tarixi | 20 dekabr 1969[1] (55 yaş) |
Doğum yeri | |
Milliyyəti | isveçrəli-ingilis |
Həyat yoldaşı | Şarlotta de Botton |
Atası | Qilbert de Botton[d] |
Anası | Cakelin Barquer |
Təhsili | |
Fəaliyyəti | yazıçı, filosof, naşir, jurnalist |
Fəaliyyət illəri | 1993-cü ildən |
Üzvlüyü |
|
alaindebotton.com | |
Vikianbarda əlaqəli mediafayllar |
20 dekabr 1969-cu ildə İsveçrənin Sürix şəhərində doğulmuşdur. Misir əsilli Qilbert de Botton və Cakelin Barquerin tək övladı idi. Alan de Botton 8 yaşına qədər Sürixdə yaşadı və bu zaman fransız ilə alman dillərini öyrəndi. 1977-ci ildə İngiltərəyə gələndə Oksfordakı Draqon məktəbində oxumağa başladı. Sonra Harrou məktəbinə getdi. Məktəbi bitirdikdən sonra Kembric Unversitetinə yollandı.
1993-cü ildə ilk romanı olan "Eşq üzərində" nəşr olundu. Romanda məhəbbət mövzusu ələ alınırdı.
1994-cü ildə isə "Romantik hərəkat" və "Öp və danış" adlı romanları yayınlandı. "Öp və danış" romanında qız dostunun bioqrafiyasından bəhs edirdi. Bu isə ədəbiyyatda bir ilk idi.
1997-ci ildə 5-ci romanı olan "Prust həyatımızı necə dəyişdirə bilər?"ı yazdı. Kitab İngiltərə və ABŞ-da bestseller oldu. Bu roman yazıçı Prustun həyatı haqqında idi və bu romanla "özü özünə kömək" teoremini yaratmış oldu.
2000-ci ildə "Fəlsəfənin təsəllisi" romanı satışa buraxıldı. Botton kitabda fəlsəfə ilə ədəbiyyatı sintez etmişdi.
2004-cü ildə isə "Status narahatlığı" romanını tamamladı. Roman cəmiyyətin haqsız fikirlərinə qarşı qalxan qaldıran filosoflardan bəhs edirdi.
2006-cı ildə "Sevincin memarlığı" əsərində qəribə formalı evlər, binalar, tikililər təsvir etmişdir.
Yazıçının həmçinin 2009-cu ildə yazdığı "İşin zövqü və dərdi" və "Hava limanında bir həftə" romanları da mövcuddur.
Alen de Botton Nil Krombi ilə birlikdə "Seneka" kitab hazırlama şirkətini qurmuşdur. 2003-cü ildə evləndiyi Şarlottadan Samuel və Saul adında iki oğlu olmuşdur.