Alessandro Strico (it. Alessandro Striggio; 1540, Mantuya, Mantova əyaləti[2] – 29 fevral 1592[1], Mantuya, Mantova əyaləti) İntibah dövründə yaşamış İtaliyalı bəstəkar və diplomat olub. Madriqal və teatr musiqisi müəllifi, o, janrları birləşdirərək madriqal komdediya yarada bilmişdir. Onun oğlu kiçik Alessandro Strico[3] Monteverdinin "Orfey" operası üçün libretto yazmışdır.
Alessandro Strico | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 1540 |
Doğum yeri | |
Vəfat tarixi | 29 fevral 1592[1] |
Vəfat yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar, librettoçu |
Böyük Strico Mantue şəhərində, zadəgan ailəsində anadan olmuşdur. Onun cavanlığı barədə məlumat azdı, amma çox güman ki o gənc yaşlarında Florensiyaya getmişdir. 1 mart 1559-cu ildə o, Mediçi ailəsi ilə işləməyə başladı və Françesko Korteççanı əvəz edərək, onların əsas musiqiçisi oldu. O, 1560-cı ildə Venesiya getdi və oranın musiqi üslubları ilə tanış olaraq, iki madriqal kitabı yazmışdır.[4] 1567-ci ildə Mediçilər onu İngiltərəyə diplomatik missiyaya göndərdilər. 1560-cı illər ərzində Strico Mediçi üçün toy, görüş və digər dövlət tədbirlərinə görə çoxlu sayda intermedio yazmışdır. 1570-ci illərdə o, Mediçi ailəsi ilə işləməyə davam edirdi, lakin bəzi dəlilərə görə, o, Florensiya şəhərinə yollanmışdır. Onun Münhendə Bavariya sarayı hər hansısa əlaqəsi var idi, və o, ola bilsin ki, ora dəfələrlə getmişdir. O, məşhur astronomun atası Vinçenso Qaliley ilə dostlaşmışdır, amma Striconun Florensiya kameratasının üzvü olub-olmadığı məlum deyil.
1580-ci illərdə o, Ferrara şəhərində yaşayan Este ailəsi ilə əlaqə qurdu. Ferrara 1580-ci və 1590-cı illərdə İtaliya musiqi kompozisiyalarının avanqard mərkəzlərindən biri idi, Strico isə proqressiv madriqal üslubda musiqi bəstələyirdi. 1586-cı ildə Stico Mantue şəhərinə qayıtdı və ömrünün qalan günlərini orada keçirtdi, amma həmçinin Mediçilərlə əlaqəsini kəsmirdi və ən azı 1589-cu ilə qədər onlar üçün musiqi yazırdı.