"Orfey" (it. Orfeo, bəzən it. L’Orfeo, favola in musica) — Klaudio Monteverdinin 1607-ci ildə kiçik Alessandro Striconun librettosu əsasında yazdığı opera. Bu opera Kristof Villibald Qlyukun "Orfey və Evridika" ilə birlikdə qədim yunan mifi Orfeyə aid ən mühüm musiqi əsərlərindən biri sayılır[2]. Dünyanın bir çox teatrlarında bu gün də müntəzəm olaraq göstərilən erkən operalar sırasına daxildir. Operanın premyerası 24 fevral 1607-ci ildə İtaliyanın Mantue şəhərində olmuşdur. Opera Mantuan sarayında hər il keçirilən ənənəvi karnavalda göstərilmək üçün yazılmışdır.
Orfey | |
---|---|
it. Orfeo | |
Bəstəkar | Klaudio Monteverdi |
Librettoçu | Alessandro Strico k. |
Dili | italyanca |
Süjet | "Orfey" yunan mifologiyası |
Pərdə | 5 pərdə[1] |
Yaradılma tarixi | 1607 |
İlk səhnələşdirmə |
24 fevral 1607[1] Mantova[d] |
Premyera | İtaliya |
Vikianbarda əlaqəli mediafayllar |
XVII əsrin əvvəllərində musiqili teatrda ənənəvi intermediya, yəni pyesin əsas pərdələri arasında musiqi nömrələr, tədricən tam musiqi dramına çevirildi, hansı ki sonradan "opera" adını aldı. Monteverdinin "Orfeyi" eksperiment dövrünə son qoydu və yeni janrın ilk mükəmməl əsəri oldu. Premyeradan sonra opera Mantuedə yenidən oynanıldı və çox güman ki, bir neçə il ərzində İtaliyanın digər şəhərlərində də bu baş verdi. Monteverdinin partiturası 1609-cu ildə nəşr edildi, 1615-ci ildə isə yenidən nəşr olundu. Kompozitorun 1643-cü ildə ölümündən sonra opera unuduldu, və yalnız XIX əsrdə ona yenidən marağın artması yeni redaksiyalara və tamaşalarının yaranmasına səbəb oldu. Əvvəlcə konsert proqramı şəklində təhsil müəssisələrinin və musiqi dərnəklərinin daxilində oynanılırdı. İlk opera tamaşası 1911-ci ildə Parisdə göstərildi, və o andan etibarən "Orfey" səhnələrdə daha çox görünməyə başlandı. İkinci dünya müharibəsindən sonra daha çox autentik ifaya üstünlük verilirdi. 2007-ci ildə operanın 400 illiyi dünyanın bir çox ölkələrində nümaiş edilərək qeyd olundu.
Monteverdi opera partiturasının nəşrində 41 alətin olmasını göstərir, hansılar ki müxtəlif qruplara birləşərək, personajların xarakterlərinin və müxtəlif səhnələrin təsviri üçün istifadə olunur. Belə ki, simli, klavesinlər və uzununa fleytalar Frakiyanın nimfalar və çobanların yaşadığı pastoral bölgələrini təsvir edirlər; nəfəsli mis musiqi alətləri isə Yeraltı dünyanı və onun sakinlərini nümayiş etdirirlər. İntibahdan barokkoya olan keçid dövründə yaradılmış "Orfey" onun üçün müasir olan bütün musiqi nailiyyətləri və xüsusilə polifoniyanı istifadə edir. Monteverdinin novatorluğu müəllifin ifaçılara aid bir neçə "istəkləri" ilə təchiz edlmiş partituranın orkestrlənməsində özünü göstərdi. Eyni zamanda, orkestr partiturasının fakturanın bütün detalları ilə birlikdə dəqiq yazılmış alətli, notlaşmış templi, nüanslı sonrakı (klassik) anlaşılmasından fərqli olaraq, "Orfeyin" partiturası improvizasiya üçün musiqiçilərə müəyyən sərbəstlik verirdi.
Veronada və Milanda da musiqiçi kimi fəaliyyət göstərməyə macal tapmış Klaudio Monteverdi 1590-cı vəya 1591-ci ildə Mantuedə hersoq Vinçenso Qonzaqanın sarayında altist vəzifəsini almışdır. Montevrdi talantı və fəallığı sayəsində 1601-ci ildə sarayın maestro della musica adını qazanmağa nail olmuşdu. Saryın müsiqiyə aid və musiqi ilə əlaqəsi olan bütün proseslər onun nəzarəti altında idi.[3][4][5]
Vinçenso Qonzaqanın musiqi teatrına olan xüsusi həvəsi Florensiya sarayının adəd ənənələrinin təsiri altında inkişaf etmişdir. XVI əsrin sonunda florensiyalı musiqi novatorları intermediyanı, yəni danışıq dramının pərdələri arasında vaxtı dolduran musiqi pyesini, daha mükəmməl formaya gətirilməsi üçün inkişaf etdirirdilər[3]. Başda Yakopo Korsi olmaqla məşhur Florensiya kameratası[K 1] birliyinin davamçıları ümumi opera janrına aid ilk əsəri yaratmışdılar və onun adı "Dafna" idi. "Dafna" Korsi və Florensiya hersoqu Yakopo Perinin kapelmeysteri tərəfindən yazılmışdı və 1598-ci ildə Florensiyada səhnəyə qoyulmuşdu. Bu əsər madrıqal ifanın və rəqsli, instrumental keçidli monodiyanın elementlərini vahid dramatik tamaşada birləşdirdi. "Dafna"nın partiturasının yalnız bəzi fraqmentləri saxlanılıb, lakin həmin dövrün digər bir neçə Florensiya əsərləri bizim dövrümüzə qədər tam şəkildə gəlib çatıb: Emilio de Kavalyerinin "Ruh və bədən haqqında təsəvvür", Perinin "Evridika"sı və Culio Kaççininin "Evridika"sı. Ovidin "Metamarfozlar"ına əsaslanan Perinin və Kaççininin əsərləri Orfey mifi barədə çoxsaylı musiqi tamaşalarının ilki idi, və onlar Monteverdinin "Orfey"inin birbaşa varisləri oldular[7][8].
Qonzaqanın sarayında teatr tamaşaları zəngin tarixə malik idilər. 1471-ci ildə bu sarayda Ancelo Politsianonun "Orfey barədə rəvayət" lirik draması səhnəyə qoyulmuşdu, və orada personajların söhbətləri ilə yanaşı aktların ən azı yarısını vokal partiyalar təşkil edirdi. 1598-ci ildə isə Monteverdi Covanni Quarininin "Sadiq çoban" əsərini səhnəyə qoyulmasında köməklik etmişdi. Teatr tarixçisi Mark Rincerin fikrinə görə, bu əsər "teatr tamaşalarının suayırıcısı" oldu, və beləcə İtaliyada pastoral dramaya ümumi maraq daha da artdı[9]. 6 oktyabr 1600-cü ildə Florensiyaya Mariya Mediçinin və Fransa kralı IV Henrixin toy şənliyində iştirak etmək üçün gələn hersoq Vinçenso burada Perinin "Evridika" tamaşasını izləmişdir[8]. Ola bilsin ki, Monteverdi də daxil olmaqla onun aparıcı saray musiqiçiləri də bu tamaşanı seyr edirdilər. Dramın bu yeni forması hersoqun xoşuna gəldi, hersoq üstəlik bu dram sayəsində özünün mesenat nüfuzunun möhkəmlənməsini də qiymətləndirdi[10].
1600-cü ilin oktyabrında "Evridikia"nı izləyən tamaşaçıların arasında Qonzaqanın sarayında xidmət etmiş gənc vəkil, məşhur bəstəkarın oğlu və diplomat Alessandro Strico da yer almışdır. İstedadlı musiqiçi Strico 1589-cu ildə on altı yaşında Toskananın böyük hersoqu I Ferdinandın toy şənliyində viola çalırdı. Hersoq Vinçensonun iki oğlu Françesko və Ferdinando ilə birlikdə o, Mantuenin "Valeh edilmişlər akademiyası" (it. Accademia degli Invaghiti) adlı imtiyazlı intellektual cəmiyyətin üzvü idi. Şəhərin teatr əsərlərinin çox hissəsi məhz bu cəmiyyətdə yaradılırdı[11]. Strico "Orfey" üçün libretto yazmağa başladığı vaxt tam məlum deyil, amma dəqiqdi ki, 1607-ci ilin yanvarında libretto üstündə iş tam sürətlə gedirdi. Françesko Qonzaqa 5 yanvar tarixili məktubunda o vaxt Florensiya sarayında qalan qardaşı Ferdinandodan Mantue karnavalında göstəriləcək "musiqili pyes" tamaşası üçün Böyük hersoqun müğənniləri içərisindən axta virtuozun xidmətləriylə təmin etməsini xahiş edir[12].
Striconun libretosunun əsas mənbələri Ovidin "Metamarfozlar" və Vergilinin "Georqiklər" kitabları olmuşdu. Strico həmin əsərlərdən dram strukturunu deyil, əsas materialı götürdü. Təsadüf deyil ki, birinci və ikinci pərdələrin hadisələri "Metamarfozlar"ın on üç şeiri ilə aşkar bənzərliyi var.[13] Libretto üzərində işləyərkən o, Polisianonun 1480-ci ildə qələmə aldığı pyesini, Quarininin "Il pastor fido"-sunu və Ottavio Rinuççininin Perinin "Evridika"sı üçün yazdığı libretosundan istifadə etmişdir[14]. Musiqişünas Harri Tomlinson Striconun və Rinuççininin mətnləri arasında nisbətən ümumi olan çox cəhətləri tapır. O, qeyd edir ki, "Orfey"də olan bəzi nitqlər, söhbətlər "Evridika"da istifadə olunan ifadələrin məzmununa oxşardılar və hətta onları təkrar edirlər.[15] Tənqidçi Barbara Rassano Henninqin fikrincə, Striconun şeirləri Rinuççininin qədər nəfis deyil, amma libretto dramaturgiyası daha maraqlıdır. Rinuççininin pyesi Mediçinin toyunu müşayiət edən xüsusi bayram şənliyi üçün yazılmışdır, ona görə də müəllif daha münasib "xoşbəxt final" üçün mifi dəyişdirdi. Ondan fərqli olaraq öz əsərini saray təntənəsi üçün yaratmayan Strico mifin məzmununa uyğun yazmaq imkanına malik idi[14]. Əslində mifdə Orfey qəzəblənmiş qadınlar (vakxankalar) tərəfindən parçalanır, amma faktiki olaraq, Strico ssenarini daha yumşaldılmış formada yazdı, hansında ki vakxankalar Orfeyi ölümlə hədəliyirlər, lakin onun əcəli göstərilmir, beləcə final açıq qalır[16].
Premyera ili 1607-ci ildə Mantuedə hazırlanan librettonun nəşrinin finalı birmənalı deyildi. Striconun 1607-ci ilki librettosunda beşinci pərdədə Orfeyin monoloqu Apollonun gəlişi ilə yox himayədarı Vakxa tanrısının "İlahi qəzəbi" haqqda oxuyan sərxoş qadınların (vakxankalar) xoru ilə bitir. Onların qəzəbinin səbəbi Orfeyin qadınlardan imtina etməsidi. Orfey onların qəzəbindən qurtula bilməz və nəqədər ki bu qəzəbdən boyun qaçırmağa çalışır, bir o qədər onu ağır əzab gözləyir. Orfey səhnəni tərk edir və onun talehi qeyri məlum qalır, operanın sonunda isə qadınlar Vakxanın şərəfinə rəqs edirlər və mahnı oxuyurlar[17]. Monteverdinin 1609-ci ildə Venesiyada nəşr olunmuş partiturasında başqa sonluq təklif olunur: Appolon Orfeyi göylərə yüksəldir, və Orfey ulduzların arasında Evridikinin obrazını tapır. Yeni finalın mətninin müəllifinin kim olduğu məlum deyil. Tədqiqatçılar alternativ finalın fərqli üslubunu qeyd edirlər, şərhçilərin əksəri hesab edirlər ki, şeirləri Strico yazmıyıb. Ehtimal olunur ki, bu şeir həvəskar tərəfindən yazılıb ola bilsin, müəlliflik Ferdinando Qonzaqaya və ya hətta, bəlkə, bəstəkarın özünə (qismən) məxsusdur. Ağlabatan müəlliflərin sırasında Ottavio Rinuççininin adı hallanır, hansı ki Monteverdinin "Ariadna" adlı növbəti operasının librettoçusu olmuşdur[18]. Musiqi tarixçisi Klod Paliska hesab edir ki, hər iki final bir birini tamamlıyır: Orfey vakxankaların qəzəbindən yayınır və Apollonun sayəsində qurtulur[19].
Rincerə əsasən, Striconun yazdığı operanın orijinal sonluğu çox güman ki premyerada istifadə olunmuşdur, amma şübhəsiz Monteverdi yenidən baxılmış finalı estetik cəhətdən düzgün hesab edirdi[16]. Musiqişünas Nino Pirrotta iddia edir ki, Apollonlu final əsərin orijinal planının bir hissəsidir, amma o premyerada reallaşmadı, çünki tamaşanın göstərildiyi kiçik yerdə bu sonluq üçün tələb olunan teatr maşını yerləşə bilməzdi. Əvəzinə vakxankalarla səhnə salındı; texniki məhdudiyyətlər aradan qaldırıldıqdan sonra Monteverdinin fikri həyata keçdi[20].
Monteverdi "Orfey"in üstündə işlədiyi dövrdə teatr musiqisinin bəstələməyində artıq kifayət qədər təcrübə yığmışdır. O vaxtacan Monteverdi Qonzaqanın sarayında 16 il xidmət etmişdi, xidmətinin böyük hissəsini ifaçı və ya səhnə musiqisini aranjıman edəni kimi keçirmişdir. 1604-cü ildə Mantuan karnavalı üçün "Gli amori di Diane ed Endimone" adlı ballata yazır[21]. Onun elementləri sayəsində Monteverdi ilk operasını qurdu. Musiqişünas Robert Doninqton yazır: "[Partiturada] presedentə əsaslanmayan element yoxdur, lakin tam yetişkənliyinə yenicə inkişaf etmiş formada çatır... Bu musiqidə bilavasitə ifadə olunan və [opera pionerlərin] onları istədikləri kimi izhar olunan sözlərdi; bu onları ifadə edən musiqidi... dahinin ilhamı ilə dolu[22]. Monteverdinin "Orfey"də işlətdiyi yeniliklərdən biri, hansı ki tamaşaçılarda ajiotaj doğurdu, ifa olunan dialoqlar idi. Mantuan premyerası qabağı meloman Karlo Manyo qardaşına bunu "qeyri-adi" bir şey kimi təsvir etmişdir: "... [səhnədə olan] bütün qəhramanlar musiqili danışmalı olacaq"[18].
Monteverdi partituranın nəşrinin əvvəlində orkestr heyətinə öz tələblərini qoyur, amma, o dövrün ənənəsinə uyğun olaraq, alətlərin dəqiq istifadə olunmasını müəyyən etmir[23]. O zamanlar hər bir ifaçıya sərbəst qərar qəbul etmək azadlığı verilirdi, ifaçı öz növbəsində onun sərəncamında olan alətlər dəstindən birini seçirdi. İnterpretasiyalar bir-birindən kəskin fərqlənə bilərdi. Bundan başqa, Arnonkurun dediyi kimi, o vaxt bütün musiqiçilər bəstəkar sayılırdılar, və onlardan hər tamaşada partituraya dəqiq əməl edilməsi deyil, yaradıcılıqlı əməkdaşlıq gözlənilirdi[23]. Ənənəyə əsasən, muğənilərin ariyalarını azacıq dəyişərək, onlara müxtəlif səs rənglərini vermək icazələri var idi. Monteverdi bəzi ariyaların sadələşmiş və bəzədilmiş versiyalarını hazırlamışdı, məsələn Orfeyin "Possente spirito" ariyasını[24],[25] amma Arnonkur qeyd edir ki, Monteverdi əsərlərinin hər bir hissəsinə bəzək vermirdi, o, ancaq öz istəyinə və fikrinə görə bəzəkləri əlavə edirdi[26].
Operanın beş pərdəsindən hər biri hekayənin epizodlarından birinə uyğundur və hər biri xorla bitir. Operanın əsas hadisələri öncə Frakiyada, sonra Aiddə və yenidən Frakiyada baş verir, amma yəqin ki, o dövrün saray əyləncələrin qaydalarını nəzərə alaraq "Orfey" fasiləssiz oynanılırdı, yəni operanın hissələrinin arasında pərdə bağlanmırdı. Həmin dövrün adətinə uyğun olaraq, tamaşaçılara başqa hissəyə keçidi əks etdirmək üçün musiqidən istifadə olunurdu, bunun üçün alətlərdə dəyişiliklər edilirdi, ifanın isə tonu və üslubu dəyişiliklərə uğrayırdı[27].
Musiqişünas Hans Redlix operanı təhlil edərək bildirir ki, "Orfey" iki musiqi dövrlərin məhsuludur. Bu operada XVI əsrə aid ənənəvi madriqalın elementləri musiqinin yeni florensiya istiqaməti ilə birləşir, elementlər kamerata (italyan musiqiçilər dərnəyi) üzvləri və onların davamçılarının ideyalarına uyğun olan reçitativ və homofoniya istifadəsi ilə fərqlənirdilər[28]. Yeni musiqi istiqamətində mətn musiqi ilə müqayisədə üstünlük təşkil edir. Auditoriyanın diqqəti ilk növbədə mətnə cəlb olunur, musiqi isə səhnədə baş verən hərəkətləri illüstrasiya edir. Bundan sonra artıq müğənnilər ifanın təkçə vokal hissəsinə yox, həmçinin personajların xasiyyətlərini göstərməyə və müvafiq emosiyaları çatdırmağa diqqət yetirməmli idilər[29].
Monteverdinin reçitativi Peridən ("Evridika") təsirlənərək yazılıb, lakin "Orfey"də reçitativ o dövrün dramatik musiqisi üçün az üstünlük təşkil edir. O, birinci pərdənin musiqisinin dörddə birindən az, ikinci və üçüncü pərdələrinin musiqisnin təxminən üçdəbirini və yekun iki pərdələrin musiqisnin yarısından bir qədər az təşkil edir[30].
"Orfey" ilk opera olmaqdan savayı, həmçinin o zamana məlum olan bütün musiqi imkanlarını yeni formalaşan janrda tətbiq etmək cəhdi idi[31]. Belə ki, Monteverdi cürət edərək polifoniya istifadəsində yeniliklər əlavə etməyə başladı, o vaxta qədər isə polifoniya sahəsində əsas nüfuz sahibi italiyalı bəstəkar Palestrina idi. Palestrinanın ideyalarına sadiq qalan bəstəkarların dönmədən əməl etdiyi qaydaları Monteverdi genişləndirməyə və dəyişməyə başlamışdı.[32] Monteverdi hamı tərəfindən qəbul edilmiş mənada orkestr qurucusu deyil idi[33]: Rincer hesab edir ki, instrumental improvizasiyanın elementi Monteverdinin hər opera ifasını "unikal təcrübəyə çevirir və onun [Monteverdinin] yaradıcılığını daha gec yaranan opera üsulundan ayırır"[29].
Opera iki dəfə təkrarlanan gür səsli truba tokkatasıyla başlayır. Barokko tipli nəfəs alətlərində ifa olunduğu zaman belə səda müasir auditoriyanı təəcübləndirə bilər. Avstriyalı bəstəkar Hans Redlix onu "sarsıdıcı" adlandırır[34]. Mantuan sarayında təşkil edilən musiqi tamaşaları üçün belə başlanğıc adi hal kimi qəbul edilirdi. Xüsusi olaraq Qonzaqanın sarayı üçün yazılan Monteverdinin "Axşam Duası" (Vespro della beate Vergine, SV 206 1610) adlı əsərinin əvvəlində gələn xor da bu tokkata ilə müşayiət olunur[29]. Tokkata hersoqu salamlaq məqsədi daşıyırdı. Doninqtonun fikrincə, əgər tokkata yazılmasaydı, vəziyyət o hala gələrdi ki, salamlama improvizə edilərək yaradılardı[22]. Sərt tokkatadan sonra incə riturnel başlıyır, hansı ki, Musiqinin gəlişini xəbər verir. Riturnel qısadılmış şəkildə giriş hissəsində yer alan beş şeirlərin aralarında təkrarlanır, sonuncu şeirdən sonra isə tam versiyası səslənir. Onun opera daxilində funksiyası "musiqinin gücünü" təcəssüm etməkdi. 2-ci pərdənin sonunda və 5-ci pərdənin başlığında işlədilərək, o, opera leytmotivin ən erkən nümunələrindən biri hesab edilir[35]. Birinci pərdədə Pastoral idiliya (kiçik şeir) təqdim olunur. Təntənəli və şən olan iki xor Rosa del ciel adlı əsas sevgi mahnısını haşiyələyirlər. Şadlanma mahnı və rəqs musiqisi ilə ikinci pərədədə davam edir. Arnonkura əsasən, ikinci pərdədə Monteverdinin fransız musiqisi ilə yaxından tanış olduğu aşkarlanır[36].
Rol | Səs tipi[K 2] | 24 fevral 1607-ci il premyerasında oxuyanlar | İştirak etdiyi pərdə (akt) | Əlavə qeydlər |
---|---|---|---|---|
La musica (Musiqi) | axtaların ifasında mezzo-soprano | Covanni Qualberto Malyi (it. Giovanni Gualberto Magli)[38] | Proloq | |
Orfeo (Orfey) | tenor və ya yüksək bariton | Françesko Razi (ehtimal olunur)[39] | 1, 2, 3, 4, 5 pərdələr | |
Euridice (Evridika) | axtaların ifasında mezzo-soprano | Cirolamo Bakini (it. Girolamo Bachini; ehtimal olunur) | 1, 4 pərdə | |
La Messaggera (Elçi qadın) | axtaların ifasında mezzo-soprano | Covanni Qualberto Malyi (ehtimal olunur)[K 3]. | 2 pərdə | Librettoda Silvia adını daşıyır |
La Speranza (Ümid) | axtaların ifasında mezzo-soprano | Covanni Qualberto Malyi (ehtimal olunur) | 3 pərdə | |
Ninfa (Nimfa) | axtaların ifasında mezzo-soprano | 1 pərdə | ||
Caronte (Haron) | bass | 3 pərdə | ||
Apollo (Apollon) | tenor | İlkin redaktədə yox idi | 5 pərdə | |
Proserpina (Prozerpina) | axtaların ifasında mezzo-soprano | Covanni Qualberto Malyi[38] | 4 pərdə | |
Plutone (Pluton) | bass | 4 pərdə | ||
Eco (Exo) | tenor | 5 pərdə | ||
Ninfe e pastori (çobanlar və nimfalar) | axtaların ifasında mezzo-soprano və alt səsi, tenorlar, basslar | 1, 2, 5 pərdələr | Solistlər: alt səsi çıxardan axtalar, iki tenorçu | |
Spiriti infernali (Cəhənnəm ruhları) | tenor, bass | 3, 4 pərdələr | Solistlər: iki tenorçu, bir bass |
Birinci, ikinci və beşinci pərdələrin hadisələri Frakiyada, üçüncü və dördüncünün isə Aidin səltənətində baş verir. Öncə instrumental tokkata çalınır, sonra giriş hissəsini ifa edən Musiqi çıxış edir. Auditoriyanı salamlayaraq Musiqi elan edir ki, şirin səslər vasitəsilə "istənilən təşvişə salınmış qəlbi sakitləşdirə bilər". O, öz qüvvətini vəsf edir və dramın baş qəhrəmanı Orfeyi təqdim edir, hansı ki "ifası ilə vəhşi heyvanları ram edirdi".
Orfey və Evridika yunan xoru rolunda çıxış edən və hadisəyə şərh verən nimfalar və çobanlarla birlikdə səhnəyə çıxırlar. Çobanlardan biri elan edir ki, bu gün Orfeylə Evridikanın toyudu; xor ilk öncə əzəmətlə cavab verir (Vieni, Imeneo, deh vieni…), sonra isə sevincli rəqslə (Lasciate i monti…). Orfey və Evridika qonaqlarla birlikdə məbəddə keçirilən toy mərasiminə getmədən öncə, bir-birinə hiss etdikləri sevgi haqda oxuyurlar. Səhnədə qalan xorun bir hissəsi isə eşqin Orfeyi necə deyişdiyini söylüyürlər. "Yeməyi ah çəkmə, içkisi fəryad olan biri" xoşbəxt adama çevrildi.
Ofey əsas xorla birlikdə qayıdır və onlarla birlikdə təbiətin gözəlliyini vəsf edir. Orfey keçmiş acıları haqda düşünür və bildirir:" Dərddən sonra hər kəs daha məmnun qalır, əzab verəndən sonra daha xoşbəxt". Birdən Elçi qadın xəbərlə daxil olur ki, Evridikanı gül yığarkən ölümcül ilan vurub. Xor hüsn-rəğbətlə oxuyur: "Ah, necə də acıdı, ah günahkar və zalım taleh", Elçi qadın isə pis xəbəri gətirdiyi üçün özünü cəzalandırır ("Həmişəlik gedəcəyəm və tənha mağarada dərdimə layiq həyat sürəcəm"). Orfey ariyasından ("Sən ölmüsən, həyatım, mən amma nəfəs alıram?") sonra, ölülər dünyasına getmək və oranın hökmdarını Evridikanı həyata qayıtmağa imkan verməsi üçün inandırmaq qərarını alır. Hökümdarı razı salmazsa özü də orda qalacağını söylüyür. Orfey gedir, xor isə öz fəryadını davam etdirir.
Orfey Ümid ilə Yeraltı dünyanın qapısına tərəf gedirlər. Ümid qapıdaki yazıya ("Bura gəlmək istəyən hər kəs ümidini buraxsın")[K 4] işarə edərək Orfeydən ayrılır. Orfey Haron adlı daşıcıya rast gəlir, amma daşıyıcı onu Stiksdən keçirtməyə imtina edir. Orfey Haronu razı salmaq üçün ona tərif dolu mahnı (Possente spirto e formidabil nume) oxuyur, amma daşıyıcı fikrini dəyişmir. Lakin Orfey öz lirasında (musiqi aləti) çalmağa başlayanda, Haronun yuxuya gedir. Orfey qayığı alır və Yeraltı dünyaya daxil olmaq üçün çayı keçir, paralel olaraq ruhların xoru təbiətin insan qabağında müdafiəssiz olduğu haqda oxuyur:"O, tezsınan ağacla dənizi əhliləşdirdi və küləklərin qəzəbindən qorxmadı"
Yeraltı dünyada Orfeyin ifası Plutonun arvadı Prozerpinaya dərin təsir göstərir, və o, öz ərindən Evridikanı buraxmağı xahiş edir. Pluton razılaşır, amma Orfeyə şərt qoyur ki, o Evridikanı canlıların dünyasına apararkən əsla geriyə çönüb baxmasın, yoxsa arvadını itirəcək. Orfey Evridikanı öz arxasınca apararaq ölülər səltənətindən çıxır. O, xoşbəxtliyinin intizarını çəkir, amma zaman keçdikcə onu şübhələr basır: "Kim məni əmin edə bilər ki, o, ardımca gəlir?" O, düşündü ki, bəlkə Pluton paxıllığından onu aldadıb? Orfey arxaya boylanır, Evridika çarəsizliyindən oxuyur (Ahi, vista troppo dolce e troppo amara!) və yox olur. Orfey onun arxasınca getmək istəyir, amma gözəgörünməz qüvvə onu saxlayır. Ruhların xoru Orfeyin Yeraltı dünyanın öhdəsindən gəlsə də, öz növbəsində ehtiraslarına məğlub olduğu haqda oxuyurlar
Doğma Frakiyaya qayıdandan sonra Orfey uzun monloqla öz itkisinin yasını çəkir, Evridikanın gözəlliyini tərənnüm edir və qərara gəlir ki, onun ürəyini daha heç vaxt Kupidonun oxu sancmayacaq. Səhnə arxasındaki ex oonun son sözlərini təkrarlayır. Birdən səmanın buludları arasından Apollon enir və Orfeyi danlayır: "Niyə sən öz vergini qəzəb və kədərə sərf edirsən?". O. Orfeyə dünyanı tərk eləməyə və ona qoşulub səmalara yüksəlməyə təklif edir, çünki orada Orfey Evridikanın ulduzlarda obrazını görə biləcək. Orfey cavab verir ki, belə müdrik atanın məsləhətinə əməl etməmək hörmətsizlik olar və onlar birlikdə yuxarıya ucalırlar. Sonda çobanlar xoru tamamlıyır: "Dərddə əkənlər nəimin barını becərməlidlər". Opera moreska adlı enerjili rəqslə başa çatır.
Striconun 1607-ci ildə yazığı librettoda Orfeyin beşinci pərdədəki monoloqu Apollonun gəlişi ilə yox, qəzəbli sərxoş qadınların (vakxankalar) xoru ilə bitir, hansılar ki onların himayədarı Vakxa tanrısının "İlahi qəzəbi" haqqında oxuyurlar. Orfeyin qadınlardan imtina etməsi onlarda qəzəb doğurur. O, nə qədər onlardan qaçarsa, onu bir o qədər ağır tale gözləyir. Orfeyin taleyi qaranlıq qalır: o, səhnəni tərk edir, vakxankalar isə operanın finalında şərabçılıq tanrısının şərəfinə oxuyurlar və rəqs edirlər[17]. Musiqişünas Klod Paliska hesab edir ki, bu iki sonluqlar bir-birinə zidd deyillər; Orfey vaxkankaların qəzəbindən yayına bilər, sonra da Appolon onu xilas edər[19].
Musiqişünas Ceyn Qlover opera təhlili məqsədilə Monteverdinin qeyd etdiyi alətləri üç əsas qrupa ayırır: simli, mis nəfəsli və fasiləsiz bas, eləcə də heç bir qrupa aid olmayan bir neçə alətlər.[42]
İnstrumental ifa tamaşaçılara hadisələrin cərəyan etdiyi iki dünyanı aydın şəkildə ayırd edir. Pastoral Frakiya klavesinllər, arfa, orqan, pikkolo skripka və bas lavtası ilə təsvir olunur. Qalan alətlər əsasən də mis nəfəsli olan Yeraltı dünyanı təsvir edir, hərçənd böyük fərq müşahidə olunmur, çünki simli alətlər bir neçə dəfə Yeraltı dünyaya aid səhnələrdə istifadə olunur.[43] Bu ümumi sxem daxilində müəyyən alətlər və ya onların kombinasiyaları personajların xarakterlərini təsvir etmək üçün işlənir: Orfey — arfa və orqan, çobanlar — klavesin və bas lavtası, Yeraltı dünyanın sakinləri — trombonlar, kornetlər və kiçik orqan (reqal).[43] Bütün bu musiqi fərqləri və xarakteristikaları renessans orkestrinin köhnə ənənələrinə müvafiq idi, elə məhz "Orfey"in çoxsaylı ansamblı belə orkestrin tipik nümunəsidi.[44]
Monteverdi öz ifaçılarını ümumi şəkildə təlimatlandırır: "Əsəri çox təmtəraqlı pasajlar və keçidlərlə deyil, mümkün dərəcədə sadə və düzgün [oynayın]". Simli alətlər və fleytaları çalanlara o, "nəcib, ixtiraçılıq və rəngarənglik ilə" oynamağı tövsiyə edir, amma "dinləyici üçün təhqiramiz olan xaos və qarmaqarışıqdan başqa heç nə eşidilməyən" vəziyyətə gətirən ifrat dərəcəli çalışqanlığın olmaması şərti ilə.[45] Arnonkur qeyd edir ki, Monteverdi dövrümüzə çatan daha sonraki operalarından fərqli olaraq "Orfey"də musiqiçilərə improvizasiya üçün daha az imkan yaradır.[46]
Operada bütün alətlərin bir yerdə oynanıldığı epizod olmadığından, musiqiçilərin sayı alətlərin sayından az ola bilər. Arnonkur musiqiçi və müğənnilərin saylarını və tamaşaların təşkil olunduğu yerin kiçikliyini nəzərə alaraq, izləyicilərin sayı ifaçıları güclə üstələdiyini bildirir.[47]
"Orfey" premyerasının vaxtı 24 fevral 1607-ci ildə olduğunu 23 fevral tarixli iki məktub.təsdiq edir. Birincidə Françesko Qonzaqa qardaşına xəbər verir ki, ertəsi gün "musiqi oyunu" təqdim olunacaq; daha əvvəlki məktublaşmadan aydındır ki, bu məlumatlar məhz "Orfey"ə aiddir. İkinci məktub Qonzaqanın saray məmuru Karlo Manyodandı və orada daha çox detallar yerləşdirilib: "Sabah axşam zati-aliləri cənab şahzadə zati-aliləri xanımın otağında [tamaşanın] göstərilməsinə dair sərəncam verdi..."[12]. "Zati-aliləri xanımı" hersoq Vinçensonun bacısı Marqarita Qonzaqadı, hansı ki dul qalaraq sarayda yaşayırdı. Premyeranın keçirildiyi dəqiq yer mübahisəlidi; Rincerin ehtimalına görə, bu, ola bilsin dei Fiumi Qalereyasıdı, orada aktyorlar, orkestr və az sayda tamaşaçı yerləşə bilərdilər.[48] Manyonun fikirinə əsasən, tamaşanın keçirildiyi yer darısqal idi, səhnənin kiçik olduğu barədə Monteverdi də xəbər verir, o, bu məlumatı partituranın nəşrindən qabaq paylanan İthaf vərəqəsində yerləşdirib[18].
Premyera haqqında ətraflı hesabat mövcud deyil. Françesko Qonzaqanın 1 mart tarixli məktubundan məlumdur ki, pyesa "dinləyənlərin hamısının böyük məmnuniyyətinə səbəb olub", və xüsusilə hersoqun xoşuna gəlib[12]. Saray şairi və ilahiyyatçı Kerubino Ferrari "Orfey" barədə belə söyləyib: "Musiqiçi və şairin hər ikisi ürəyin meylini o qədər məharətlə ifadə etdilər ki, bundan daha çox uğura nail olmaq mümkün deyil...Musiqi lazımi uyğunluğa əməl edərək, poeziyaya o qədər yaxşı xidmət edir ki, bundan daha gözəlini heç yerdə eşitmək mümkün deyil"[12]. Premyeradan sonra hersoq Vinçenso tamaşanın ikinci dəfə göstərilməsini 1 mart tarixinə təyin etdi[18].; üçüncü dəfə isə Savoya hersoqu I Karl Emmanuilin Mantueye gözlənilən səfərinə həsr edilmişdir. Güman edilirdi ki, Karl Emmanuil öz qızı Marqarita və Françesko Qonzaqanın evliliyi barədə danışıqları davam etdirəcək[18]. Martın 8-də Françesko Qonzaqa Toskanın hersoquna məktubla müraciət etdi ki, axta Malyiyə Mantuan sarayında qalmağa icazə versin ki, o, operanın üçüncü nümayişində iştirak edə bilsin[12]. Amma ki Savoya hersoqunun səfəri baş tutmadı.[49]
Güman edilir ki, premyeradan sonra "Orfey" ola bilsin ki, növbəti yaxın illərdə Florensiyada, Kremonada, Milanda və Turində göstərilmişdir,[50] halbuki daha səhih məlumatlar Mantuan sarayının kənarında operaya məhdud maraq olduğunu göstərirlər.[49]
Françesko Qonzaqa ola bilsin, tamaşanı 1609—1610-cu illərdə keçirilən karnavalları zamanı Kazale-Monferrato şəhərində (Qonzaqa oranın qubernatoru olmuşdur) təşkil edib, və əlamətlər var ki, opera 1614 və 1619-cu illər arasında Françesko Razi rəhbərliyi altında Zalsburqda bir neçə dəfə göstərilmişdir.[51] 1637—1643-cü illərdə Venesiyada operanın ilk çiçəklənməsi zamanı Monteverdi orada "Orfey" operasını yox, özünün başqa operası "Ariadna"nı təqdim etmək istəyirdi.[49] Məlumdur ki, Monteverdinin ölümündən sonra opera Cenevrədə (1643) və Parisdə, Luvrda (1647) təqdim edilmişdir.[52][K 5] Karterin sözlərinə görə, baxmayaraq ki opera İtaliyada 1650-ci illərdə hələ heyranlıq doğururdu,[51] o, sonralar unuduldu, çünki bəstəkarın özü xeyli dərəcədə unudulmuşdu. XIX əsrin sonunda Monteverdinin işlərinə marağın bərpası ilə, operaya da maraq artdı.[53]
Uzun illər marağın olmamasından sonra, Monteverdinin musiqisi XVIII əsrin sonlarında XIX əvvəlində ilk musiqi tarixçilərin diqqətini özünə cəlb etdi, XIX əsrin ikinci rübündən başlayaraq bəstəkarın yaradıcılığına həsr olunmuş elmi əsərlər daha tez-tez yazılmağa başlandı.[51]
1881-ci ildə "Orfey"in partiturasının qısaldılmış versiyası Berlində Robert Aytner tərəfindən nəşr olundu, amma bu qısa versiya tədqiq üçün nəzərdə tutulmuşdur, səhnədə göstərmək üçün yox.[54] 1904-cü ildə bəstəkar Vensan d'Endi operanın fransız dilində redaksiyasını dərc etdi, oraya ikinci pərdə, qısaldılmış üçüncü pərdə və dördüncü pərdə əlavə olunmuşdu. Bu redaksiya iki il yarım əsrdən sonra ilk kütləvi ifa olunmada istifadə olunmuşdur, tamaşa Parisin Schola Cantorum konservatoriyasında nümayiş edilmişdir, o məkanın yaradıcılarından biri Vensan d'Endi olmuşdur.[55][56] Nümayişdə iştirak edən tanınmış yazıçı Romen Rollan d'Endinin işinə yüksək qiymət vermişdi. Onun fikrincə d'Endi operaya "bir vaxtlar mövcud olmuş gözəlliyini" qaytardı və "onu körlayan yöndəmsiz bərpalardan azad etdi" — bu sözlərlə Rollan yəqin ki, Aytnerin redaksiyasına işarə edirdi[57][58]. d'Endinin redaksiyası 2 may 1911-ci ildə Parisin Rejan Teatrında təşkil olunan operanın ilk müasir quruluşunun əsasını qoydu.[53]
İtalyan bəstəkar Covanni Orefiçinin redaksiyasında (1909) opera Birinci Dünya Müharibəsindən əvvəl və sonra İtaliyada və digər ölkələrdə konsert variantında təqdim olunmuşdur. 1912-ci ilin aprel ayında Nyu-Yorkun Metropoliten-opera teatrında keçirilən "Orfey"in daha bir konsert ifasının əsasını elə bu redaksiya qoymuşdur. Opera 1924-cü il martın 8-də Londonda ilk dəfə d'Endinin redaksiyasında fortepiano müşayiəti ilə Institut Français-da təqdim olunmuşdur.[59]
"Orfey" operası 1925-ci ildə Karl Orfun redaksiyasında Manqeym teatrında göstərilmişdir. Orf çalışırdı ki, əsəri müasir dinləyicinin həssaslığı ilə maksimum uyğunlaşdırsın. Alman bəstəkarın fikrincə, Monteverdinin operasında Orfey mifi ilə birbaşa əlaqəsi olmayan şərti və dekorativ çox şey var idi. Orf D. Günterin yeni librettosunu istifadə edərək və yeni orkestrləməni quraraq, öz redaksiyasında bu "təsadüfi" tamaşa elementlərini aradan qaldırdı. "Orfey"dən sonra 1925-ci ildə «Tanz der Sproden»-in, "Ariadna" operasından məşhur "Lamento" hissəsinin və Monteverdinin digər əsərlərinin yeni variantları yaranmağa başlandı
"Orfey"in Rusiyada ilk ifasının (Malipyeronun redaksiyasında) konsert versiyası 1929-cu ildə Leninqradda keçirilmişdir, librettonun rus dilinə tərcüməsi Mixail Kuzminə məxsus idi.
"Orfey"i audio formatda ilk dəfə 1939-cu ildə Ferruçço Kaluzionun dirijorluğu ilə Milanın La Skala teatrın orkestrası yazmışdı.[60] Yazı üçün Monteverdinin partiturasının Cakomo Benvenuti tərəfindən düzəldilmiş sərbəst redaksiyası istifadə olunmuşdur.[61] 1949-cu ildə Helmut Koxun dirijorluğu ilə Berlin radiosu orkestrinin ifasında operanın tam versiyası yazılmışdır, lakin bu dəfə yeni long play formatında. Harold Şonberqin sonradan qeyd etdiyi kimi, yeni səsyazma formatının yaranması müharibədən sonra barokko və İntibah musiqisinə marağın yenidən yaranmasında mühüm rol oynamışdır.[62] 1950-ci illərin ortalarından başlayaraq "Orfey"in yazıları bir çox leyblarda buraxılmışdır. 1969-cu ildə Nikolaus Arnonkur özünün "Concentus Musicus" barokko ansamblı ilə opera partiturasının öz redaksiyasını ictimaiyyətə təqdim etmişdir, redaksiyanın əsas fərqləndirici xüsusiyyəti onda idi ki, o, "tarixi" adlanan alətlərlə orkestrləşdirilmişdi. Arnonkurun işi "Monteverdinin nəzərdə tutduğu səslənmənin oxşar versiyasını yaratdığına" görə yüksək qiymətləndirilmişdir. 1981-ci ildə Ziqfrid Haynrix Early Music Studio və Hessen kamera orkestri ilə "Orfey"i studiyada yazdı, bu variantda o, Striconun librettosunun sonluğunu istifadə etdi. Vakxankaların olduğu hissələrdə Monteverdinin "Tirsi e Clori" (1616) ballosunun musiqisi istifadə olunmuşdur.[63] Daha sonrakı yazılar arasında Emmanuel Aimin 2004-cü ilki versiyası öz dramatikliyinə görə tənqidçilər tərəfindən yüksək qiymətləndirilmişdir.[64]