Alfred Hayoş (mac. Alfréd Hajós; 1 fevral 1878[1][2][…], Budapeşt[3] – 12 noyabr 1955[1][2][…], Budapeşt) — Macar üzgüçü və memar. Müasir Olimpiya oyunlarının ilk üzgüçü çempionu və Macarıstanın ilk Olimpiya çempionudur. Tək oyunlarda heç bir digər üzgüçü belə bir yüksək nəticə göstərməmişdir.
Alfred Hayoş | |
---|---|
mac. Hajós Alfréd | |
Şəxsi məlumatlar | |
Doğum adı | Guttmann Arnold[3] |
Ləqəbi | Magyar delfin[4] |
Vətəndaşlığı | |
Doğum tarixi | 1 fevral 1878[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 12 noyabr 1955[1][2][…] (77 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ağciyər xəstəliyi[d] |
Dəfn yeri |
|
Təhsili | |
İdman növü | üzgüçülük[5], yüngül atletika, futbol |
Vikianbarda əlaqəli mediafayllar |
Alfred Hayoş Macarıstanın paytaxtı Budapeşt şəhərində anadan olmuşdur və əsl adı Arnold Quttmann idi. 13 yaşı olarkən atası Dunay çayında boğulduqdan sonra mükəmməl bir üzgüçü olacağına söz verdi. İdmançı karyerasında özünə macar adı olan Hayoş (Macarıstanda üzgüçü) təxəllüsünü götürdü.
1896-cı ildə Afinada oyunları keçirilən zaman Hayoş memarlıq fakültəsində təhsil alırdı. Universitetdə ona oyunlarda iştirak etmək üçün icazə verdilər, lakin bu zaman bir sıra çətinliklər meydana çıxdı. O, oyunlardan sonra Politexnik Universitet Dekanlığına geri dönərkən dekan Olimpiya oyunlarındakı uğuruna görə Hayoşu təbrik etmədi və əvəzində isə belə dedi: "Sənin medalların məni maraqlandırmır, amma cavablarını növbəti imtahanınızda eşitmək istərdim".
Afinada oyunlarında Hayoş 100 metr (nəticə 1: 22.2) və 1200 metr (nəticələr 18: 22.2) məsafəyə sərbəst üzgüçülük üzrə qələbə qazandı.
Budapeşt Universitetində təhsilini bitirdikdən sonra Hayoş uğurlu bir memar oldu. O, yaşayış, ictimai və sənaye binalarının layihələrini hazırlayırdı. Amma daha çox idman obyektlərinə üstünlük verirdi.