Alfredo de Anxelis (isp. Alfredo De Angelis; 2 noyabr 1912[1][2], Adroge[d], Buenos-Ayres əyaləti[d] – 31 mart 1992[1][2], Buenos-Ayres) — Argentina bəstəkarı və dirijoru, Argentina tanqosunun ustası.
Alfredo de Anxelis | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 2 noyabr 1912[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 31 mart 1992[1][2] (80 yaşında) |
Vəfat yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar, pianoçu |
Vikianbarda əlaqəli mediafayllar |
Alferdo de Anxelis Argentinada, Buenos-Ayresin cənubundakı Adroge şəhərində anadan olmuşdur. O, musiqi karyerasına müğənni Xuan Hilibertininin müşayiəti ilə başlamışdır. Tezliklə de Anxelis pianoçu Xuan Politonu əvəz edərək Anselmo Ayetanın orkestrinə qoşulmuşdur. De Anxelis Xuan D'Arienso ilə eyni kompozisiyada skripka çalışmışdır. 1930-cu illərdə o, müxtəlif qruplarla çıxış etmiş, nəhayət 20 mart 1941-ci ildə öz orkestrini toplamışdır. De Anxelis beləliklə, Buenos-Ayresin Korrientes küçəsindəki "Marzotto" kafesində debüt rymişdir. Bu qrupun artıq diqqətəlayiq nailiyyətləri olan yeganə üzvü vokalist Hektor Morea idi. Orkestr həmçinin "El Mundo" radiosunda çıxış etmişdir. De Anxelis 1943–1977-ci illərdə "Odean" leyblı üçün 486 trek yazmışdır.[3]
De Anxelisin orkestri daxilində çıxış edən vokalçılar arasında Floreal Ruis, Karlos Dante, Xulio Martel, Oskar Larroka, Xuan Karlos Qodoy və başqaları var idi. De Anxelis Anibal Tryilo və ya Osvaldo Pulyeze qədər məşhur deyildi, lakin o, ənənəvi tanqoya ilham üçün baxan orkestr rəhbəri idi.