Braziliya Ali Federal Məhkəməsi (portuqalca: Supremo Tribunal Federal, qısaca STF) — Braziliyada ən son müraciət ediləcək məhkəmədir və aldığı qərarlar şikayət edilə bilməz.
Braziliya Ali Federal Məhkəməsi Braziliya Milli Konqresinin aldığı qərarların və qəbul etdiyi qanunların Braziliya Konstitusiyasına uyğun olub-olmadığına nəzarət edir. Məhkəmə üzvləri Braziliya Senatının təsdiqi ilə Braziliya Prezidenti tərəfindən seçilir. Məhkəmə üzvlərinin maksimum yaş limiti 70-dir.
Məhkəmə binası Oskar Nimeyer tərəfindən dizayn edildi.