Oskar Nimeyer

Oskar Ribeyro de Almeyda Nimeyer Soares Filho[11] (port. Oscar Ribeiro de Almeida de Niemeyer Soares Filho; d. 15 dekabr 1907[12], Rio-de-Janeyro, Braziliya – ö. 5 dekabr 2012, Rio-de-Janeyro, Braziliya) — dünya memarlığında iz qoymuş [13] braziliyalı memar. O əsərləri üçün dəmir-beton istifadəsi ideyasının təşəbbüskarı olmuşdur. Nimeyerin layihələndirdiyi binaların boş hissələri və çox qəribə naxışları var. Ən böyük işi Braziliya şəhərinin planını hazırlamaq olmuşdur.

Oskar Nimeyer
Oskar Ribeyro de Almeyda Nimeyer Soares Filho
Şəxsi məlumatlar
Doğum adı Oscar Ribeiro de Almeida Niemeyer Soares Filho
Doğum tarixi 15 dekabr 1907(1907-12-15)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 5 dekabr 2012(2012-12-05)[3][4][…] (104 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması[d]
Dəfn yeri
Vətəndaşlığı
Təhsili Təsviri incəsənət məktəbi (1934)
Rio-de-Janeyro Federal Universiteti
Həyat yoldaşları Annita Baldo (ev.1928 boş.2004)
Vera Lüsiya Kabrera (ev.2006)
İşləri və nailiyyətləri
İşlədiyi şəhərlər Braziliya
Üzvlüyü
Mükafatları
İmzanın şəkli
niemeyer.org.br
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dövrün Braziliyadakı məşhur memarlarından Lusio Kosta və Karlos Leanın ofislərində memarlıq karyerasına addım atan Nimeyer, vaxt keçdikcə beynəlxalq müasir memarlığın ən tanınmış təmsilçilərindən biri olmuşdur. 1939-cu ildə Nyu Yorkda təşkil edilmiş ümumdünya sərgisindəki Braziliya pavilyonunun dizaynı ilə beynəlxalq memarlıq dünyasında daha da tanınmağa başlayan memar, Pampulyada daha geniş yayılmış böyük və fərqli məzmunlu layihələri hazırlamaq imkanı əldə etmişdir. Lakin çox məşhur bir memar olmasında və müasir memarlığın mühüm əsərlərindən bəzilərini yaratmasında Braziliya şəhərindəki dizaynlarının təsiri də az olmamışdır.

Gənclik illərindən bəri kommunist ideologiyanı mənimsəyən və 1945-ci ildə Braziliya Kommunist Partiyasına üzv olan Oskar Nimeyer, 1964-ci ildə baş verən hərbi çevrilişdən sonra siyasi görüşlərinə görə 1985-ci ilə qədər xaricdə yaşamışdır. Bu dövrdə daha çox Braziliya xaricində layihələr həyata keçirən memar, ölkəsinə qayıdışından sonra həm ölkə içi, həm də xaricdə fəaliyyətinə davam etmişdir. Bir çox milli və beynəlxalq mükafatlar qazanmışdır.

Hazırladığı strukturlarda müxtəlif məqsədli istifadələri qeyri-adi şəkillərdə istifadə etməsi ilə tanınan memar, "monumental tikililərin heykəltəraşı" kimi qiymətləndirilmişdir.[14]

Oskar Nimeyer (1917)

Oskar Nimeyer 15 dekabr 1907-cı il tarixində Braziliyanın paytaxtı Rio-de-Janeyroda yerləşən və daha sonra babası Ribeyru de Almeydanın adı veriləcək olan Laranjeyras bölgəsində dünyaya gəlib. Nimeyerin iki qardaşı və bir bacısı olmuşdur. Babası Braziliya konstitusiya məhkəməsinə baxan dövlət naziri idi. Nimeyer ailəsini katolik mənşəli bir burjua ailə olaraq tərif edir.[15] 21 yaşında İtaliyadan köçmüş bir ailənin qızı olan Annita Baldo ilə evlənmiş[16] və ondan Anna Mariya Nimeyer adlı bir qızı olmuşdur. Bu qızından dörd nəvəsi var. Nimeyerin ilk həyat yoldaşı 2004-ci ildə vəfat etmiş, 16 noyabr 2006-cı il tarixində (98 yaşında) özündən 38 yaş gənc olan assistenti Vera Lusiya Kabrera ilə evlənmişdir.[17][18][19]

İş həyatına atasının mətbəə ofisində başlamışdır. Bir müddət sonra Eskola də Belas Artes məktəbində təhsil almağa başlamış və 1934-cü ildə memar/mühəndis olaraq məzun olmuşdur. Məzun olduğu dövrdə pulla bağlı problemlər yaşasa da, memar Lusio Kosta və Karlos Leanın ofislərində pulsuz işləməyə başlamışdır.

Zaman içində memar olaraq daha çox tanınmağa başlayan Oskar Nimeyer 1945-ci ildə ömürlük üzv qalacağı və 1992-ci ildə sədri olacağı, Braziliya Kommunist Partiyasına qatılmışdır. Kommunizmə görə hərbi diktatura dövründə güclü təzyiqlərə məruz qalmışdır. Bu dövrdə Avropaya sürgünə getmək məcburiyyətində qalacaq olan memarın ofisinə basqınlar təşkil olunur; rəsmlərinə və digər işlərinə əl qoyulurdu. 1985-ci ildə hərbi dikatorluqdan demokratiyaya dönüşün başlaması ilə Braziliyaya geri qayıdan Oskar vəfat etdiyi il - 2012-ci ilə qədər peşəsini davam etdirmişdir. Ürək çatışmazlığından əziyyət çəkən Oskar Nimeyer 2012-ci ilin 5 dekabr tarixində respirator infeksiyası nəticəsində dünyasını dəyişmişdir.[20]

Oskar Nimeyer dövrünün Braziliyadakı ən məşhur memarlarından Lusio Koşta və Karlos Leaonun emalatxanalarında memarlıq karyerasında ilk addımlarını atmışdır. Zaman keçdikcə müasir memarlığın ən əhəmiyyətli şəxslərindən birinə çevrilmişdir. 1939-cu ildə Nyu York dünya sərgisində Braziliya pavyonu dizaynı ilə dünya memarlığında məşhurlaşmağa başlamış, Pampulyada daha geniş yayılmış böyük və fərqli məzmunlu layihələr hazırlamaq fürsətini əldə etmişdir. Nimeyeri məşhur edən YUNESKO-nun dünyanın maddi sərvətləri siyahısına daxil edilmiş Braziliya şəhərindəki layihələri olmuşdur.

Gustavo Capanema Sarayı, Rio de Janeyro
Gustavo Capanema Sarayı, Rio de Janeiro

1936-ci ildə dövrün Braziliya təhsil naziri tərəfindən Rio de Janeyrodakı Braziliya Təhsil və Dövlət Səhiyyə nazirliyinin yeni mərkəzinin (Qustavo Kapanema Sarayı) tikintisi üçün təcrübəçi memar olaraq vəzifə aldı. 1939-cu ildə bir qrup memar (Lusio Kosta, Karlos Lean, Affonsu Eduardu Reydi, Jorge Maçado Moreira, Ernani Mendes de Vaskonselos) bu mərkəzin tikintisi üçün iştirak etmişdir. Le Korbuzye isə bu qrupa 1936-cı ildə müşavir kimi kömək etmişdir.[21][22]

Oskar Nimeyerin tələbi ilə bu quruluşa 1985-ci ildə yazıçı və pedaqoq olan Braziliyanın ilk təhsil naziri Qustavo Kapanemanın adı verilmişdir. 1930-cu illərdə tamamlandıqda dünyada dövlət sifarişi ilə başa çatmış ilk müasir göydələn idi. O dövrdə Le Korbuzye də hələ bu qədər yüksək bir modernist quruluş hazırlamamışdı. Le Korbuzyenin nəzəri olmayıb inşa edilmə imkanı əldə edən ilk çoxmərtəbəli dizaynı olan "Unité d'habitation" binası da ancaq 1947-ci ildə inşa edilməyə başlanmışdır.[23]1943-ci ildə tamamlanan Qustavo Kapanema Sarayında həm Braziliya mədəniyyətinin, həm də modern stilinin materialları və üsullarından istifadə edilmişdir. Məsələn, ənənəvi Portuqaliya texnikası olan azulejo texnikası, Le Korbuzyeyə aid olan brise-soleil (günəş fasiləsi) texnikası, koloniya memarlığının rəng tonları, Burle Marks Robertonun tropik bağ dizaynları kimi faktorlar uğurlu bir şəkildə bir arada istifadə edilmişdir.

1939-ci ildə Oskar Nimeyer Nyu York (1939) dünya sərgisindəki Braziliya sərgi pavyonunu Lusio Kosta və Paul Lester Viner ilə birlikdə hazırladı. Bu layihədən təsirlənən dövrün New York bələdiyyə sədri Fiorello La Quardiya Oskara şəhərin açarını hədiyyə etdi.[24]

XX əsrin ortalarına gəldikdə Braziliyadakı modernist arxitextura Reyner Banhamın qeyd etdiyi kimi "dünyadakı ilk milli müasir memarlıq stili" olaraq tanındı.[25]19401950-ci illərdə buraxılan memarlıq jurnallarında, xüsusilə, Oskar Nimeyer və Affonsu Eduardu Reydinin layihələri geniş bir şəkildə yer tapmışdır.

Pampulya proyekti

[redaktə | mənbəni redaktə et]
Pampulya Gölü'nün yanında yerləşən Assizli Fransisk kilsəsi, Belo Horizonte
Pampulya gölü, Belo Horizonte

1940-ci ildə Oskar Nimeyer Minas-Jerays əyalətinin paytaxtı Belo Horizontenin bələdiyyə sədri olan Juselinu Kubiçek ilə tanış olmuşdu. Bələdiyyə sədri Juselinu Kubiçek əyalət valisi Benedito Valadares ilə birlikdə paytaxtın şimalında "Pampulya kompleksi" adlandırılacaq yeni şəhərətrafı kompleks yaratmağı Oskar Nimeyerə tapşırdı.

Braziliyada qeydiyyatdan keçmiş ilk müasir abidə olacaq və Müqəddəs Assizli Fransiskə həsr edilmiş olan Assizli Fransisk kilsəsi bu dövrdə inşa edilmişdir. Pampulya kompleksində kilsəyə əlavə olaraq bir kazino, rəqs mərkəzi, restoran, yaxta klubu, qolf klubu və 100 otağı olan bir hotelin (hotel inşa edilmədi) süni gölün ətrafına yerləşdirilməsi planlaşdırılmışdır. Valinin həftəsonları istirahəti üçün bir tikili də süni gölün yaxınlığında inşa edildi.[26]

Bu tikililər 1943-ci ildə başa çatdıqda tikililər ətrafında mübahisələr gedirdi. Həmin il Nyu Yorkda yerləşən Nyu-york müasir incəsənət muzeyi (Moma) sərnişinlər üçün ayrılmış "Braziliya inşa edir" sərgisində bu layihə beynəlxalq aləmdə tanınma fürsəti əldə etdi. Başqa bir mübahisə də yeni inşa edilən Assizli Fransisk kilsəsi haqqında çıxdı.[27] Minas-Jerays əyalətinin kilsə rəsmiləri bu kilsənin müqəddəs hesab edilməsinə və istifadəyə açılmasına, müasir və qeyri-adi dizaynına və rəssam Kandido Portinarinin altar divar rəsmlərinə görə 1959-cu ilə qədər qarşı çıxdılar. Oskar Nimeyer Pampulyada yaratdıqlarının müasir memarlığın monotonluqdan çıxması üçün ona imkan verdiyini bildirmiş və əlavə etmişdir:[28]

" Əyri formalara qarşı maraq göstərirəm. İnkişaf etməkdə olan müasir texnologiya sayəsində reallaşan azad və həssas əyriləri, qədim və mötəbər Barokko tərzi kilsələrdən üstün tuturam. 90 dərəcəli guşələri və rasional memarlığın cədvəllə yaradılan anlayışını, xüsusilə, görməzdən gəldim və tökmə betonun mənə təqdim etdiyi əyri və düz cizgilərin dünyasına girdim. Bu qərəzli etiraz aksiyası keçirmək üçün yaşadığım ölkəmin mühitindən, ağ sahillərindən, iri dağlarından, qədim Barokko tərzi kilsələrindən və cazibədar qarayanız qadınlarından ilham aldım.
Oscar Nimeyer
"

Braziliya şəhərinin layihəsi

[redaktə | mənbəni redaktə et]
Oskar Nimeyerin Braziliyada hazırladığı bəzi tikililər: Braziliya milli konqres binası, Milli Cümhuriyyət muzeyi (Braziliya), Braziliya baş kilsəsi, Milli kitabxana

Juselinu Kubiçek 1956-ci ildə Braziliya prezidenti seçiləndən çox qısa bir müddət sonra 1956-cı ilin sentyabrında Oskar Nimeyeri evində Kasa das Kanoas (Rio de Janeyro şəhərindəki memarı özü olduğu ev projesi) ziyarət etmişdir. Avtomobildə Oskar Nimeyer ilə danışarkən iddialı təklifini onunla bölüşdü: "Bu ölkə üçün yeni paytaxt inşa edəcəyəm. Bunun üçün mənə kömək etməyini istəyirəm, Oskar, bu dəfə birlikdə Braziliyanın paytaxtını inşa edəcəyik".[28]

Bu vəsilə ilə ölkənin yeni paytaxtının (Braziliya) hazırlanması layihəsini Oskar Nimeyere verdi. Yeni şəhərin hazırlanması üçün bir müsabiqə təşkil edən Nimeyer namizəd layihələrdən Lusio Kostanın layihəsinin həyata keçirilməsi üçün seçim etdi. Oskar Nimeyer Braziliya şəhərindəki tikililəri yaradarkən Lusio Kosta isə şəhərin planlaşdırılmasını həyata keçirməyə başladı.[29]

Sonrakı aylarda Oskar Nimeyer Braziliya şəhərinin aparıcı kommersiya, mənzil və dövlət strukturlarından bəzilərini hazırladı. Bu tikililər arasında Braziliya dövlət başçısının rəsmi iş yeri olan Palsio da Alvorada, Braziliya milli konqres binası, Braziliya baş kilsəsi, bəzi rəhbərlik quruluşları və mənzil vahidləri kimi şəhər tikililəri yer alırdı.[30]

Braziliya Milli Konqres binası, Brasília, Braziliya

Respublika mədəniyyət kompleksinin bir hissəsi olan milli kitabxana və milli cümhuriyyət muzeyi də bu dövrdə inşa edilib. Braziliya şəhərinin mühüm strukturlarının qurulması, tikilməsi və istifadəyə verilməsi dörd il ərzində tamamlandı.[31]

Tikililərin çoxu Oskar Nimeyer tərəfindən hazırlanmış olması səbəbindən Braziliya şəhəri uzaqdan müşahidə olunduğu zaman bəzi dizayn elementlərinin çoxu regionda təkrar edildiyini, şəhərin tərz olaraq bir bütövlük içində olduğunu söyləmək mümkündür. Ən yaxın şəhərə kilometrlərlə uzaqda boş bir sahəyə bir şəhərin sıfırdan salınması və bunun çox qısa müddətdə gerçəkləşməsi Juselinu Kubiçekin ən böyük uğurlarından biri, hətta bəzilərinin fikrincə ən əhəmiyyətlisi kimi səciyyələndirilir. Hər nə qədər bəzi tarixçilər Braziliyanın tikintisini Amerika qitəsinin müstəmləkəçiliyinə bərabər olaraq səciyyələndirsə də, ümumən, müsbət reaksiyalar aldı. Oskar Nimeyer və Lusio Kosta bu şəhərin planlaşdırılmasını həyata keçirərkən bəzi yeni fikirləri də sınamaq imkanı əldə etdilər. Olduqca geniş və boş küçələrin varlığı bunun bir nümunəsidir. Oskar Nimeyer insanların eyni şəhərdə bir nöqtədən digərinə getməsi üçün 20 dəqiqədən artıq olmasının o insana hörmətsizlik olduğu şərhini vermişdir. Digər bir yeni şəhər planlaşdırma fikri isə tikililərin əksəriyyəti yerdən sütunlar və digər daşıyıcı sistemlər ilə yüksəldilməsidir; Beləliklə, məqsəd bu binaların boş qalan alt hissələrinin azad olması və təbiət ilə inteqrasiyası olunması idi.[32]

Braziliya şəhərinin yaradılmasında Oskar Nimeyerin dünya görüşünə paralel bir şəkildə sosialist ideologiyaya istinad verən bir layihənin məqsədi də var. Bu məqsədə görə, şəhərdəki bütün yaşayış binalarının dövlətə məxsus olması və dövlət tərəfindən icarəyə götürülməsi nəzərdə tutulmuşdur. Bu məqsədə görə nazirlər ilə işçilər eyni tikililəri bölüşəcəkdilər. Lakin sonrakı illərdə bu ideologiya Juselinu Kubiçekdən sonra hakimiyyətə gələn dövlət başçılarının öz siyasi fikirlərinə görə rədd edilmiş və ya dəyişdirilmişdir.[33]

1940-1950-ci illər

[redaktə | mənbəni redaktə et]
Birləşmiş Millətlər baş qərargah binası, Nyu York

1945-ci ildə Braziliya Kommunist Partiyasına üzv olmuş, 1992-ci ildə isə bu partiyanın sədri seçilmişdir.[34]

1947-ci ildə dünyaca tanınan bir memar olduğu üçün Nyu Yorkda inşa ediləcək yeni Birləşmiş Millətlər Təşkilatı ümumi mərkəz binasının dizaynı üçün yaradılan beynəlxalq dizayn qrupunda yer almışdır. BMT ümumi mərkəzi binası üçün Oskar Nimeyerin "layihə 32" təklifi dizayn kabineti tərəfindən təsdiq olunsa da, Nimeyer daha sonradan Le Korbuzyenin təzyiqinə razı olaraq onunla birlikdə (Vladimir Bodyanski və Ernest Vaysmannın da köməyi ilə yaradılan) "layihə 23/32-ü" təqdim etmişdir. Bu planda həm Nimeyer, həm də Le Korbuzyenin layihələrindən ünsürlər var idi, lakin əsasən Nimeyerin orijinal planına əsaslanırdı.[35] Hər nə qədər Le Korbuzye tikinti zamanı bu layihə ilə qalmaq istəsə də, dizaynı təsdiq edən memarlar qrupu tikinti aparması üçün Volles Harrison və Maks Abramoviçin layihələrinə razılıq verdi.[36]

Nimeyer 1946-cı ildə Yeyl Universitetində dərs demək üçün dəvət edilsə də, kommunist olduğu üçün ABŞ-yə giriş vizası ala bilmədi. 1950-ci ildə fəaliyyəti haqqındakı ilk kitab Stamo Papadakı tərəfindən ABŞ-də nəşr edilib. 1953-ci ildə Harvard Universitetinin magistratura dizayn fakültəsinə dekan olaraq təyin edilmiş, amma yenə siyasi baxışları səbəbindən viza ala bilməmişdi.[37]

Sao Paulo şəhərinin yaranmasının 400-cü il xatirəsinə 1951-ci ildə Ibirapuera parkını planlaşdırdı. Bu dövrdə planlaşdırdığı digər layihələr isə bunlar idi:

  • Kopan mənzil kompleksi, (1953-1966),[38]
  • JK binası, Belo Horizonte şəhəri (1951),
  • Kasa das Kanoas, Rio de Janeyro (1952-1953),
  • Özü üçün hazırladığı evi (1952-1953),
  • Nimeyer lüks mənzil kompleksi, Belo Horizonte şəhəri (1954-1960).

1945-1955-ci illər arasında Oskar Nimeyer Venesuelanın paytaxtı Karakasda yerləşən Karakas müasir incəsənət muzeyinin layihəsini hazırladı.[39]

1960-cı illər və hərbi diktatura

[redaktə | mənbəni redaktə et]

Braziliya şəhərinin yaradılmasından sonra Oskar Nimeyer Braziliya Universiteti memarlıq fakültəsinin sədri seçildi. 1963-ci ildə Amerika Memarlar İnstitutuna şərəf üzvü kimi seçilmiş, həmin il SSRİ tərəfindən verilən Lenin sülh mükafatını qazanmışdır.[40]

1964-ci ildə Hayfa şəhərinin bələdiyyə sədri Abba Huşi tərəfindən Hayfa Universitetinin nizamlanması üçün İsrailə dəvət edilmişdir. Layihəsini tamamlayıb ölkəsinə qayıtdığı zaman tamamilə başqa bir Braziliya ilə qarşılaşmışdı.[41]

1961-ci ildə Braziliyanın yeni prezidenti olan Juan Qulart 1964-cü ilin martında hərbi çevriliş nəticəsində vəzifəsindən azad olundu. General Kastello Branko ölkənin rəhbərliyini əlinə aldı və hərbi diktatura 1985-ci ilə qədər davam etdi.[42]

Sürgün illərində fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
Oskar Nimeyer 1977-ci ildə

Kommunist ideyasına görə Oskar Nimeyer hərbi diktatura dövründə təzyiqlərə məruz qaldı.[43] Ofisinə basqınlar təşkil olunan memar bu dövrdə siyasi təzyiqlər səbəbindən yeni layihələr hazırlamadı. Nəşrini üzərinə götürdüyü jurnal mərkəzinə də basqınlar təşkil olunmuş, mətbəə hissəsi sökülüb və jurnal bağlanmışdı. 1965-ci ildə hərbi diktaturaya etiraz üçün 200 nəfər müəllim ilə birlikdə Braziliya universitetindəki vəzifəsindən istefa etmişdi. Həmin il Fransadakı Luvr muzeyində bir sərgiyə baxmağa gedən memar işlərini 1966-ci ildən etibarən bu ölkədə davam etdirməyə başladı.[44]

Parisin Şanzelize prospekti ərazisində ofis açan memarın bu dövrdəki karyerası və hazırladığı əsərləri Braziliyadakı əsərləri ilə müqayisədə fərqlidir. 1966-ci ildə Livanda yerləşən Tripoli şəhərindəki Beynəlxalq sərgi mərkəzini yaratdı. Binanın başa çatmasına baxmayaraq Livan vətəndaş müharibəsi səbəbindən istifadəyə verilmədi. Bu dövrdə hazırladığı ən qabaqcıl layihələri bunlar idi:

Oskar Nimeyer Parisdə qaldığı dövrlərdə mebellər də hazırladı. Əyilmiş dəmir və dəridən ibarət olan stullar az sayda müştərisi üçün hazırlamışdı.[47] 1978-ci ildə isə Oskar Nimeyerin bu mebel layihələrinin bəziləri Yapon milli firması tərəfindən Braziliyada da satışa təqdim olundu. Eynilə memarlıq sahəsindəki planlarında olduğu kimi Oskar Nimeyerin mebellərində də qadın bədəninə və Rio də Janeyro dağlarına oxşar həssas əyri formalar istifadə edilmişdir.

1980-2000-ci illər

[redaktə | mənbəni redaktə et]
Milli Cümhuriyyət Muzeyi (Braziliya)
Niteri aktual incəsənət muzeyi, Niteri

21 il davam edən hərbi diktatorluq hakimiyyəti 1985-ci ildə başa çatdı. Braziliyanın yeni prezidenti Juan Fiqeyredu dövründə demokratiyaya keçidin başlanması səbəbi ilə Oskar Nimeyer ölkəsinə qayıtmağa qərar verdi. Oskar Nimeyer 1980-ci illərdən sonrakı dövrü həyatının və memarlıq karyerasının son mərhələsi kimi xarakterizə etmişdir. Bu dövrdə hazırladığı əhəmiyyətli əsərlər arasında Juselinu Kubiçek abidəsi (1981), Milli Panteon (1986) və Latın Amerikası abidəsi (1989) yer aldı.[48][49][50] İsanın qanayan əlindən və bu əldən axan qanın Orta və Cənubi Amerika şəklində axdığı Latın Amerikası abidəsini İngiltərədə nəşr olunan "The Independent" qəzeti "mənasız və insanları təhqir edən bir tikinti" kimi səciyyələndirmişdi.[51]

Oskar Nimeyer 1988-ci ildə amerikalı memar Qordon Bunşaft ilə yanaşı, memarlıq sahəsində ən nüfuzlu mükafatlardan biri olaraq qəbul edilən Pritsker mükafatını qazandı.[52]

1992-1996-ci illər arasında Braziliya kommunist partiyasının (PCB) sədri olaraq vəzifəyə keçdi. Sovet İttifaqının süqutundan bəri Braziliya Kommunist Partiyası Oskar Nimeyeri həm Braziliya ictimaiyyətində olduqca tanınan bir şəxs olduğu üçün, həm də bu partiyaya gəncliyindən bəri rəğbət bəslədiyi üçün prezidentlik vəzifəsinə gətirdi. Oskar Nimeyer siyasətdə aktiv bir lider olmayıbsa da, partiyanın yaşadığı böhran boyunca ayaqda durmasında mühüm töhfələri olub. 1992-ci ildə partiyanın ideoloji ayrılıqlar səbəbiylə bölünməsi zamanı partiyanın adının kommunist partiyası olaraq qalmasını tələb edənlər qrupunda Oskar da yer almış, 1996-ci ildə isə bu vəzifəni tərk etmişdir.[53]

1987-ci ildə Braziliya şəhərində mühüm bir tikili olan yerli xalqlar muzeyinin layihəsini hazırlamışdır.[54] 1996-ci ildə 89 yaşında ikən Rio de Janeyro əyalətində Niteri şəhərində yerləşən Niteri aktual incəsənət muzeyini yaratdı. Rio de Janeyro şəhərinə də olduqca yaxın olan Niteri şəhərində hazırlanan bu forma bəzi memarlıq tənqidçiləri tərəfindən memarın hazırladığı ən yaxşı layihəsi kimi səciyyələndirilmişdir. Quanabara körfəzinə və Rio də Janeyro şəhərinə baxan Niteri aktual incəsənət muzeyi qayalıq bir sahə üzərində qurulmuşdur.[55]

2000-2012-ci illər

[redaktə | mənbəni redaktə et]
Oskar Nimeyer muzeyi Kuritiba

Oskar Nimeyerin 1967-ci ildə Braziliyanın Parana əyalətində Kuritiba şəhəri üçün hazırladığı bir muzey layihəsi orijinal dizayna sadiq qalaraq inşa edilmişdir. 2002-ci ildə məşhur memarın özünə həsr edilmiş Oskar Nimeyer muzeyi adı ilə açılmışdır. Fərqli dizayn səbəbindən yerli xalq tərəfindən "Nimeyerin gözü" adlandırılan muzey bəzi yenidənqurmalar və əlavələr ilə 8 iyul 2003-cü il tarixində istifadəyə verilmişdi.[56][57]

Londonun Hayd-parkında yer alan Serpentayn qalereya rəhbərliyi hər il bu qalereyanın müvəqqəti yaz pavyonunun dizaynı üçün Böyük Britaniyada bu günə qədər heç dizayn etməmiş memar dəvət edirdi. Bu ənənə kontekstində 2003-ci ildə Oskar Nimeyer dəvət edildi.[58]

Nimeyer 2004-ci ildə kommunist olan Karlos Mariqellanın ölümünün 35-ci ildönümü münasibətilə Mariqellanın Salvador, Baiya şəhərindəki qəbir daşını hazırladı.

Amerikanın ən şərq nöqtəsi olan Juan Pessoada yer alan və tikintisinə 2005-ci ildə başlanan Estaço Kabo Branko adlı layihə 2008-ci ildə başa çatdırıldı.

15 dekabr 2006-ci ildə 50 ildən sonra olsa da, Oskar Nimeyerin Brasiliya şəhəri üçün hazırlamış olduğu Milli Cümhuriyyət muzeyi və Milli kitabxana tikililəri memarın 99-cu doğum günü münasibətilə istifadəyə açıldı.[59] Hər iki tikili də Brasiliya şəhərinin Esplanada dos Ministrios bölgəsində və Brasiliya baş kilsəsinin yanında yerləşir.

Oskar Nimeyer 2007-ci ildə 100 yaşını qeyd etdi.[44] Memarın 100-cü doğum günündə Rusiya prezidenti Vladimir Putin ona "Dostluq ordeni" verdi.[60] Avropada həyata keçirdiyi ən böyük layihələrindən olan və İspaniyanın Asturias bölgəsində yerləşən Oskar Nimeyer Beynəlxalq mədəniyyət mərkəzi layihəsinin inşaatına 2008-ci il aprel tarixində başlandı. Oskar Nimeyer 1989-cu ildə qazandığı Asturias knyazlığı mükafatına qarşı bir minnətdarlıq jesti olaraq bu böyük mədəniyyət mərkəzi dizayn layihəsini Asturiasda inşa edilmək üçün təqdim etdi.[61] Oskar Nimeyerin Beynəlxalq mədəniyyət mərkəzi layihəsi 2011-ci ildə tamamlandı.[62]

İtaliyanın Ravello şəhərində yerləşən Oskar Nimeyer Ravello Auditoriyasının tikintisi 2010-ci il yanvar ayında tamamlandı. Konsepsiya dizaynı, tətbiqi rəsmləri, maket və bütün layihələrin Oskar Nimeyer tərəfindən hazılandığı bu layihə memarın yaxın dostu, italyan sosioloq Domeniko de Masının nəzarəti ilə inşa edildi. Layihənin memarlıq tərzi və yerləşdiyi mövqeyin mövcud ətrafından fərqli olması səbəbindən tikinti prosesində gecikmələr baş verdi. 2010-cu ilin yanvar ayındada rəsmi açılışının həyata keçirilməsinə baxmayaraq, hələ də davam edən bəzi problemlər səbəbindən bina istifadəyə bağlıdır.[63]

Memarlıq tərzi

[redaktə | mənbəni redaktə et]

1936-ci ildə memarlıq karyerasına başlayan və hələ də dizaynları inşa edilməyə davam edən Oskar Nimeyerin memarlıq tərzi zamanla bəzi dəyişikliklərə uğramasına baxmayaraq, ən əhəmiyyətli xüsusiyyəti dəmir betonun yüksək dərəcədə yaradıcı və müxtəlif yollarla istifadə edilməsidir.[64] Özü ilə edilən söhbətlərdə tez-tez betonun arxitektura layihələrində önəminə diqqəti çəkən Oskar Nimeyer, ümumiyyətlə, binanın dəmir-beton daşıyıcı sistemi bitəndə dizaynının da başa çatdığını ifadə edirdi. Le Korbuzye ilə birlikdə tökmə betonun müasir memarlıqda yaradıcı şəkildə istifadə edilməsinin ən mühüm qabaqcıllarındandır.[31]

Oskar Nimeyer

Oskar Nimeyerin ilk dövr layihələrində Le Korbuzyenin təsiri son dərəcə aydın görsənir,[35] lakin zaman içində memar öz tərzini yaratmışdır. Betonun estetik istifadəsini bir kənara qoysaq, bu memarlıq janrın ən diqqət çəkən cəhəti yüngül görünən əyri formaların əmələ gətirdiyi məkanların o günə qədər müasir memarlıqda görünməmiş olmasıdır. Bu qədər geniş məkanlarda dəmir-betonun son dərəcə estetik və yüngül görünüşlü bir şəkildə istifadə etməsi üçün dövrün tanınmış mühəndislərindən braziliyalı Joaqim Kardoso ilə italyan Pier Luidji Nervinin mühüm töhfələri olmuşdur.[65] Layihələrində istifadə etdiyi əyri dizaynlar haqqında belə demişdir:

" 90 dərəcəlik bir bucaq məni heyrətləndirməz; İnsan tərəfindən yaradılmış dümdüz, qatı və dəyişikliyə açıq olmayan şeylər də maraqlı olmaz. Mənə əsas təsir edən azad və həssas əyri formalardır; Bu əyriləri ölkəmin dağlarında, sürətlə axan çaylarında, dənizin dalğasında, sevilən qadının bədənində tapa bilərsiniz. Bütün kainat əyrilərdən ibarətdir, Eynşteynin əyri kainatı.
(Oskar Nimeyer[66])
"

Tökmə betonun əyri formaları və ya qabıq şəklində istifadə edilməsilə, buna düz xətti kütlələrin əlavə olunması ilə Oskar Nimeyer bir çox parlaq forma yaratmışdır. Qabıq şəklini tez-tez istifadə edən memarın Braziliya şəhərindəki layihələri arasında ən tanınmış olanı Braziliya milli konqres binasıdır. Hər nə qədər düz xətlər istifadə etməyi Pampulyadaki layihələrində etməməyə başlasa da, Nimeyerin memarlıq karyerasında Braziliya şəhərinin dizaynı bir dönüş nöqtəsi olmuşdur. Dövrün prezidenti Juselinu Kubiçek rəhbərliyi altında Braziliya şəhərində əhəmiyyətli binaların əksəriyyətini hazırlaması Nimeyere bu baxımdan saysız-hesabsız memarlıqda təcrübə aparmaq imkanını vermişdir.[32] Bu dövrdə ortaya çıxan tikililərin bir çoxu müasir arxitekturanın mühüm nümunələrindən olmuşdular. Nimeyer bir məqaləsində memarlıq üslubunun inkişafını bu şəkildə yekunlaşdırır:

" Memarlıq karyeramı beş fərqli dövrə ayıra bilərəm: İlk dövr Pampulyada gördüyüm işlər, sonra Pampulya ilə Braziliya arasındakı dövr, Braziliyada yaratdıqlarım, sonra xaricdəki işlərim və ən son olaraq da günümüzə qədərki işlərim. Memarlıq dünyasına təsiri olan heç bir iş və ya memarlıq stili haqqında bir memar olaraq fikirlərimi bildirməmişəm. Bu gün keçmişə və yaratdığım əsərlərə baxdığım zaman bunun səbəbini daha yaxşı anlayıram. Yuxarıda qeyd etdiyim beş dövrün hamısının ortaq xüsusiyyəti, heç şübhəsiz ki, bazasında üsyankarlığı saxlamasıdır..
Oskar Nimeyer
"

Siyasi baxışı

[redaktə | mənbəni redaktə et]

Siyasi cəhətdən Oskar Nimeyer kommunist idi,[67] Braziliyada hərbi diktatura hakimiyyətə gəldikdə Nimeyer Parisə sürgün edildi.[12] Oskar Nimeyer kommunist partiyasına 1945-ci ildə Braziliyada üzv olmuşdu. 1964-cü ildə Braziliyada hərbi dövlət çevrilişi olmuş, bundan sonra üzərindəki siyasi təzyiq artmış və siyasi baxışları səbəbindən dövlətdən aldığı layihələr kəsilmişdir. Sonunda Braziliyadan ayrılan Nimeyer 20 il Fransada yaşadı. Fransız mədəniyyət naziri Andre Malronun köməyi ilə Fransada yaşama vizası əldə etmiş və memar olaraq işləyə bilmişdir. Digər layihələri ilə yanaşı, Fransız kommunist partiyasının və L-Humanite qəzetinin baş mərkəzləri, Bobindeki iş tapma mərkəzini, Le Havre mədəniyyət mərkəzini yaratmışdır.

Sovet İttifaqını ziyarət edən memar Kubanın lideri Fidel Kastro ilə də tanış olmuşdur. Fidel Kastro Nimeyer haqqında "Nimeyer və mən planetin sonuncu kommunistlərik" fikrini söyləmişdir.[68] Siyasi baxışları üzündən 1940 və 50-ci illərdə ABŞ-yə giriş vizası əldə edə bilməmiş, buna görə HarvardYel universitetlərindən aldığı iş təkliflərini dəyərləndirə bilməmişdi.

Sovet İttifaqının dağılmasından sonra 1992-ci ildə Braziliya kommunist partiyası da adını Sosialist xalq partiyası olaraq dəyişdirmiş, bu hərəkətə qarşı çıxan qrupun başında duran Nimeyer Braziliya kommunist partiyasını yenidən qurmuş və 1992-96-ci illər arasında bu partiyanın başqanı olmuşdur. Özü siyasi baxımdan fəal olmamasına baxmayaraq, populyar şəxsiyyəti sayəsində bu böhran dövründə partiyaya bir nüfuz gətirmişdir.

Nimeyer arxitekturanın imkanlı sosial təbəqələrə xidmət etdiyini, yoxsulluğun həllinin inqilabdan keçdiyini demişdi.[15][69] Həyatın memarlıqdan daha əhəmiyyətli olduğunu, əsas olanın insanları irəli aparmaq olduğunu vurğulamışdı.[70]

Nimeyer həyat yoldaşı Verə Lusiya ilə birlikdə 2008-ci ildən 2011-ci ilə ölümünə qədər Nosso Kamino adlı bir memarlıq və mədəniyyət jurnalı çıxarmış, Braziliyadakı ali təhsil sisteminin gəncləri həyatın gerçək problemlərini bilmədən və bir siyasi dünyagörüşü olmadan məzun etməsini tənqid etmiş, jurnalın məqsədinin gəncləri daha idealist etmək, eqoist bir dünyada yaşadıqlarını göstərib, onları daha irəli aparmağa təşviq etmək olduğunu bildirmişdi. Verdiyi müsahibələrin birində Nimeyer təhsil sisteminin yaratdığı ixtisaslaşmanı tənqid etməkdə gənclərin həyatın və mədəniyyətin hər bir istiqaməti haqqında məlumat sahibi olmasının tərəfdarı olduğunu demişdi.[70]

Hazırladığı heykəllər

[redaktə | mənbəni redaktə et]
İsanın əlindəki Mərkəzi AmerikaCənubi Amerika şəklində axan qanı təsvir edən "Qanayan əl heykəli", bu qitədə yaşayanların azadlıq mübarizəsi əks etdirir. Latın Amerikası abidə, San-Paulu
  • 1982: Karlos Fonseka Amadora həsr olunmuş heykəl, Nikaraqua
  • 1986: "İşgəncəyə sonsuza qədər yox" heykəli, Rio de Janeyro, Braziliya
  • 1988: "Doqquz noyabr" heykəli (1988-ci ilin noyabrında reallaşan tətildə ölən üç fəhlənin xatirəsinə), Maneə Redonda, Braziliya
  • 1989: Əl heykəli, Latın Amerikası abidə, San Paulu, Braziliya
  • 1991: Qoree Adası abidə heykəli, Larqo Dakar, Seneqal
  • 1995: Prestes heykəli, Santo Angelo, Braziliya
  • 2007: "Bir qadın, bir çiçək həmrəylik" heykəli, Paris
  • 2007: "Kuba üçün heykəl" (ianə), Havana, Kuba

Layihələrindən seçmələr

[redaktə | mənbəni redaktə et]
İl Şəhər Ölkə Layihənin adı Layihənin məqsədi İstinad
1940-1943 Belo Horizonte Braziliya Braziliya
Assizli Fransisk Kilsəsi Kilsə [27]
1953-1966 San-Paulu Braziliya Braziliya
Kopan yaşayış kompleksi Yaşayış kompleksi [71]
1940-1943 Braziliya Braziliya Braziliya
Alvorada sarayı
(Prezidentin rəsmi iqamətgahı)
Dövlət Binası [72]
1956-1960 Braziliya Braziliya Braziliya
Braziliya Milli Konqres binası Dövlət Binası [73]
1956-1960 Braziliya Braziliya Braziliya
Braziliya baş kilsəsi Kilsə [74]
1957-1965 Braziliya Braziliya Braziliya
Ədalət Sarayı Dövlət Binası [75]
1958 Braziliya Braziliya Braziliya
Planalto sarayı
(Prezidentin iş yeri)
Dövlət Binası [76]
1958 Braziliya Braziliya Braziliya
Ali Federal Məhkəmə (Braziliya) Dövlət Binası [77]
1970 Braziliya Braziliya Braziliya
Xarici İşlər Nazirliyi Dövlət Binası [78]
1975 Milan İtaliya İtaliya
Arnoldo Mondadori nəşriyyatı Nəşriyyat [79]
1976 Funçal Portuqaliya Portuqaliya
Madeyra qumarxanası Qumarxana [80]
1981 Braziliya Braziliya Braziliya
Juselinu Kubiçek abidəsi Abidə [81]
1982 Havr Fransa Fransa
Le Havre Mədəniyyət Mərkəzi Mədəniyyət Mərkəzi [82]
1986 Braziliya Braziliya Braziliya
Milli Panteon Muzey [83]
1987 Braziliya Braziliya Braziliya
Yerli Xalq Muzeyi Muzey [84]
1989 Sao Paulo Braziliya Braziliya
Latın Amerikası abidəsi Abidə [85]
1996 Niteroy Braziliya Braziliya
Niteroy Müasir İncəsənət Muzeyi Muzey [55]
2002-2003 Kuritiba Braziliya Braziliya
Oskar Nimeyer muzeyi Muzey [86]
2002-2005 San-Paulu Braziliya Braziliya
İbirapuera Auditoriyası Konfrans zalı,
Konsert zalı
[87]
2006 Braziliya Braziliya Braziliya
Respublikanın Milli Muzeyi Muzey [88]
2006 Braziliya Braziliya Braziliya
Milli Kitabxana Kitabxana [89]
2008 Natal Braziliya Braziliya
Natal Şəhər Parkı Park [90]
2010 İtaliya İtaliya İtaliya
Oskar Nimeyer Ravello Auditoriyası Konsert Salonu [91]
2011 İspaniya İspaniya İspaniya
Oskar Nimeyer Beynəlxalq Mədəniyyət Mərkəzi Beynəlxalq Mədəniyyət Mərkəzi [92]

Haqqında söylənilənlər

[redaktə | mənbəni redaktə et]

2007-ci ildə dərc olunan bir məqalədə "Nyu York Times" qəzetinin memarlıq tənqidçilərindən biri olan Nikolay Oroussoff 90 yaşlarında hələ də fəal olan Oskar Nimeyerin son dövrdəki layihələrinin keyfiyyətinin düşdüyünü iddia edərək bunu yaşının irəliləməsinə bağlamışdır. Bu tənqidçiyə görə, Niteri Aktual İncəsənət Muzeyi memarın keçmişdə ortaya qoyduğu əsərlər ilə müqayisədə keyfiyyət olaraq olduqca aşağıdır. Eyni zamanda tənqidçi, Oskar Niemeyerin əsərlərinin ən böyük təhdidinin bir sərmayəçinin buldozeri və ya şüursuz şəhər planlaşdırıcıları yox, birbaşa özü olduğu iddiasını irəli sürmüşdür. Nikolay Oroussoff bu kontekstdə memarın Braziliya şəhərinin Esplanada dos Ministrios bölgəsindəki bir çox dəyərli əsəri şəxsən memar tərəfindən pozulduğu şərhini da vermişdi.[95]

Haqqında çap olunan nəşrlərdən seçmələr

[redaktə | mənbəni redaktə et]
  • 2007-ci ildə Fabiano Masiel tərəfindən çəkilən bir sənədli filmdə Oskar Nimeyerin həyatı və işləri yer alır.[104]
  • Oskar Nimeyerin 1960-cı illərin əvvələrində Braziliya şəhərində yaratdığı əsərlərin monumental nümunələri 1964-ci il tarixli Rio Macərası (L'HOMME de Rio) adlı Fransa - İtaliyanın birgə istehsalı olan kino filminin çəkiliş məkanları kimi istifadə edilmişdir. Filipp de Brokanın rejissoru olduğu Jan-Pol Belmondo və Fransuaya Dorleakın baş rollarını oynadığı bu filmdə aktyorlar hələ inşaatı başa çatmamış bu tikililərin önündə və içində oynuyurdular.[105]

Avtobioqrafiyası

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Arkitekter verksamma i Sverige. 2014.
  2. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. http://www.nytimes.com/2012/12/06/world/americas/oscar-niemeyer-modernist-architect-of-brasilia-dies-at-104.html?pagewanted=all&_r=0|title=Oscar.
  4. Oscar Niemeyer (nid.).
  5. KulturNav (ing.). 2015.
  6. Нимейер Оскар // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  7. Artists + Artworks (ing.).
  8. http://arch-pavouk.cz/index.php/architekti/1589-niemeyer-oscar.
  9. Oscar Ribeiro de Almeida Soares Filho Niemeyer // Find a Grave (ing.). 1996.
  10. 1 2 Museum of Modern Art online collection (ing.).
  11. "Oscar Niemeyer, Designer of UN Building, Dies at 104". Bloomberg.com. 5 dekabr 2012. 2012-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 dekabr 2013.
  12. 1 2 "Brazil's 102-year-old architect spends 'crap' birthday". İstifadə tarixi: 2009-12-15.[ölü keçid]
  13. "Oscar Niemeyer, A Legend of Modernism". ArcSpace.com. 2012-11-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 Mayıs 2010.
  14. "Niemeyer's Century". Azure Magazine. 2012-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 Mayıs 2010.
  15. 1 2 Gérard Fournier. "Urbanisme, Brésil, communisme... Qu'est-ce qui fait courir Oscar Niemeyer ?". 20 Aralık 2005. 2008-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 Mayıs 2010.
  16. "Oscar Niemeyer". Universidad de La Rioja. 1996. 2012-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 Mayıs 2010.
  17. Willie Garcia. "Celebrating Oscar Niemeyer". 28 temmuz 2010. 2010-01-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 Mayıs 2010.
  18. Carmen Stephan. "Architect Oscar Niemeyer Turns 100". 14 Aralık 2007. 2012-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 Mayıs 2010.
  19. "Brazilian architect Niemeyer celebrates 100 years, 15 Aralık 2007". Reuters. 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 Mayıs 2010.
  20. Pritzker Architecture Prize, "Oscar Niemeyer, 1988 Laureate"[ölü keçid]
  21. "Gustavo Capanema Palace". Freebase.com. 2010-06-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 Mayıs 2010.
  22. "Palácio Gustavo Capanema". Emporis.com. 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 Mayıs 2010.
  23. "Unité d'Habitation Binası Resmi Web Sitesi". 2016-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 Mayıs 2010.
  24. "Oscar Niemeyer - Architect turns 100". ExcitingBrazil.com. 2012-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 Mayıs 2010.
  25. "Oscar Niemeyer: a misbehaved pupil of rationalism". The Journal of Architecture, Volume 2, Sayı: 4 Aralık 1997, sayfalar 291 - 312. İstifadə tarixi: 21 Mayıs 2010.[ölü keçid]
  26. "Niemeyer & the Sweep of History, Philip Kennicott,5 Ekim 2008". Washington Post. 2015-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 Mayıs 2010.
  27. 1 2 "Religion: Fit for Prayer, 27 Nisan 1959". Time. 2013-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 Mayıs 2010.
  28. 1 2 "The Curves of Time: The Memoirs of". Londra: Phaidon. 2000. 62, 70 ve 169-170. İstifadə tarixi: 20 Mayıs 2010.
  29. "Case: Lucio Costa Brasilia's Superquadra". Harvard Design School. 2004. 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 Mayıs 2010.
  30. "Parlamento Binaları". Arkitera, Serzan Gök, 13 Kasım 2009. 2010-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 Mayıs 2010.
  31. 1 2 "Oscar Niemeyer'le Söyleşi, Doğan Hasol, Ocak 1989". DoganHasol.net. İstifadə tarixi: 27 Mayıs 2010.[ölü keçid]
  32. 1 2 "Art: The Architect of Brasilia, 28 Temmuz 1958". Time Magazine. 2010-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 Mayıs 2010.
  33. "The men who built Brazil's modern capital Brasilia". BBC. 2016-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 Mayıs 2010.
  34. "Çağına Adanmış Mimar Oscar Niemeyer 100 Yaşında, 24 Aralık 2007". Bianet. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 Mayıs 2010.
  35. 1 2 "Oscar Niemeyer, Le Corbusier" (PDF). Rluds.com. 2016-06-05 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 27 Mayıs 2010.
  36. "The Story of United Nations Headquarters" (PDF). Birleşmiş Milletler. İstifadə tarixi: 21 Mayıs 2010.
  37. "ACLU Testimony Before the Subcommittee on National Security, Emerging Threats, and International Relations Regarding Censorship At the Borders, 28 Mart 2006". ACLU. 2014-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 Mayıs 2010.
  38. "Edificio Copan". skyscraperpage.com. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 Mayıs 2010.
  39. "Niemeyer's Art Museum: Its Place in the Modern Cityscape of Caracas (İngilizce ve İspanyolca)" (PDF). Niemeyer’s Art Museum: Its Place in the Modern Cityscape of Caracas (İngilizce ve İspanyolca). 2016-03-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21 Mayıs 2010.
  40. "A Palatial 'House of the Worker', 17 Nisan 2010". Wall Street Journal. 2012-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 Mayıs 2010.
  41. "Kalemi Elime Alıyorum ve Bir Bina Ortaya Çıkıveriyor, 17 Ağustos 2007". Arkitera.com. İstifadə tarixi: 20 Mayıs 2010.[ölü keçid]
  42. "Brazil remembers 1964 coup d'etat". BBC. 2010-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 Mayıs 2010.
  43. "United States penetration of Brazil, Jan Knippers Black". Manchester University Press (1977). 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 Mayıs 2010.
  44. 1 2 "Oscar Niemeyer 100 Yaşında,8 Ekim 2007". Mimarizm.com. İstifadə tarixi: 20 Mayıs 2010.
  45. "PARIS -- ARCHITECTURE; Communism, Meet Capitalism". New York Times. 2016-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 Mayıs 2010.
  46. ""Oscar Niemeyer; Bir Yüzyıl" Sergisi". Yapi.com.tr. İstifadə tarixi: 20 Mayıs 2010.[ölü keçid]
  47. "Living The Modernist Dream, 29 Nisan 2007". Los Angeles Times. 2015-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 Mayıs 2010.
  48. "100 yaşında ama hâlâ çok meşgul: Oscar Niemeyer, 20 Ekim 2007". Mimdap.org. 2007-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 Mayıs 2010.
  49. "The Nation's Pantheon in Brasilia, Patricia Ribeiro". About.com. 2015-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 Mayıs 2010.
  50. "Memorial da América Latina, 2 Eylül 2008". Jpmag.com. 2008-09-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 Mayıs 2010.
  51. "In search of... Oscar Niemeyer in Brazil, 6 Temmuz 2003". The Independent. 2011-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 Mayıs 2010.
  52. "1988, Oscar Niemeyer". Pritzker Mimarlık Ödülü resmî sitesi. 2011-12-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 Mayıs 2010.
  53. "Political Handbook of the World 1998". 1998. 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 Mayıs 2010.
  54. "Memorial for the Indigenous People". Fredcamper.com. 2016-03-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 Mayıs 2010.
  55. 1 2 "Niterói Güncel Sanat Müzesi'nin Resmi Web Sitesi". 2016-06-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 Mayıs 2010.
  56. "Modernist Mimarlığın Sıradışı Mimarının 100. Doğum Yılı, 20 Eylül 2007". Arkitera.com. İstifadə tarixi: 20 Mayıs 2010.[ölü keçid]
  57. "Museo Oscar Niemeyer". Greatbuildings.com. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 Mayıs 2010.
  58. "Oscar Niemeyer Serpentine Gallery Pavilion 2003". Serpentine Gallery, 2003. 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 Mayıs 2010.
  59. "Oscar Niemeyer Yine Tartışma Konusu, Gülin Şenol, 25 Kasım 2005". Arkitera.com. İstifadə tarixi: 20 Mayıs 2010.[ölü keçid]
  60. "Oscar Niemeyer awarded friendship medal, 15 Aralık 2007". Abcclassics.com. 2016-03-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 Mayıs 2010.
  61. "Niemeyer Designs New Arts Center in Spain, 19 Aralık 2007". Architectural Record. 2013-03-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 Mayıs 2010.
  62. "A great white hope in Avilés, Asturias". Guardian gazetesi. 2012-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 Aralık 2012.
  63. "Brussels demands answers as Italy's new €16m concert hall stays silent". 2013-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 Aralık 2012.
  64. Matoso, Danilo (2008) Da Matéria à Invenção: As Obras de Oscar Niemeyer em Minas Gerais (1938–1954) Arxivləşdirilib 2012-10-28 at the Wayback Machine. ISBN 978-85-736-5534-6
  65. "Oscar Niemeyer". Architecture.sk. 2016-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 Mayıs 2010.
  66. "Museum of Contemporary Art over Baia da Guanabara". 2014-08-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 Mayıs 2010.
  67. "Telegraph obituary". 2021-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-01.
  68. "Fidel Castro Hints in Letter He May Step Down as Cuban Leader". Bloomberg.com. 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 Mayıs 2010.
  69. Eduardo Graça. "The Last of the Modernists". 20 Mayıs 2006. İstifadə tarixi: 26 Mayıs 2010.[ölü keçid]
  70. 1 2 Godfrey, P. "Swerve with verve: Oscar Niemeyer, the architect who eradicated the straight line". 18 Nisan 2010. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 Mayıs 2010.
  71. "Copan Apartman Kompleksi Resmi İnternet Sayfası". 2015-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 Mayıs 2010.
  72. "Palácio da Alvorada - Alvorada Palace". AboutBrasilia.com. 2013-04-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 Mayıs 2010.
  73. "National Congress of Brazil". En.Structurae.de. 2012-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-20.
  74. "Brasília Cathedral". 2012-10-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 Mayıs 2010.
  75. "Palácio da Justiça". Emporis.com. 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 Mayıs 2010.
  76. "Başkanlık Çalışma Sarayı'nın Tarihçesi". Brezilya Devlet Başkanlığı Web Sitesi. 2008-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 Mayıs 2010.
  77. "Federal Yüksek Mahkeme Binası Resmi Web Sitesi". 2016-05-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 Mayıs 2010.
  78. "Palácio do Itamaraty". Emporis.com. 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 Mayıs 2010.
  79. "Arnoldo Mondadori Yayınevi Binası". Mondadori Grubu Web Sitesi. 2007-06-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 Mayıs 2010.
  80. "Pestana Casino Park". Emporis.com. 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 Mayıs 2010.
  81. "The Brasilia JK Museum And Memorial". BrasiliaBrazil.info. 2015-02-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 Mayıs 2010.
  82. "Le Havre, Fransa". 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 Mayıs 2010.
  83. "Tancredo Neves Pantheon of Freedom and Democracy". Brasembottawa.org. İstifadə tarixi: 20 Mayıs 2010.[ölü keçid]
  84. "An Art Museum in Brasilia, Fred Camper, Ekim 2003". Chicago Art Critics Association. 2016-03-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 Mayıs 2010.
  85. "Latin Amerika Anıtı Web Sitesi". 2012-03-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 Mayıs 2010.
  86. "Oscar Niemeyer Müzesi Web Sitesi". 2013-03-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 Mayıs 2010.
  87. "At 97, Oscar Niemeyer Completes Concert Hall in Sao Paolo, Brazil, 3 Ocak 2005". Architectural Record. 2013-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 Mayıs 2010.
  88. "Trouble in utopia as the real Brazil spills into Niemeyer's masterpiece, 12 Mart 2008". Guardian. 2013-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 Mayıs 2010.
  89. "Oscar Niemeyer Turns 100, Architect of Brasília still at the drawing board, 4 Aralık 2007". ArchitectMagazine.com. 2013-06-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 Mayıs 2010.
  90. "Natal Belediyesi'nin Natal Şehir Parkı ile ilgili duyurusu (Portekizce), 23 Haziran 2008". 2009-02-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 Mayıs 2010.
  91. "Brussels demands answers as Italy's new €16m concert hall stays silent". 2016-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 Temmuz 2016.
  92. "İspanya'ya Oscar Niemeyer'den Modern Dokunuş, Arkitera.com". 2011-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 Mayıs 2011.
  93. Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983. səh.264
  94. "The International Who's Who 2004, Sayfa 1223". Europa Publications. 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 Mayıs 2010.
  95. "Even if His Own Work Isn't Broken, a Brazilian Architect Fixes It, Nicolai Ouroussoff, 26 Aralık 2007". New York Times. 2019-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 Mayıs 2010.
  96. "Oscar Niemeyer: uma arquitetura da sedução". BEI (2007). 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 Mayıs 2010.
  97. "Oscar Niemeyer 360". 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 Mayıs 2010.
  98. "Oscar Niemeyer". Publifolha (2007). İstifadə tarixi: 20 Mayıs 2010.[ölü keçid]
  99. "Architecture, Text and Context: The Discourse of Oscar Niemeyer". University of Sheffield, Dept. of Architecture (1993). İstifadə tarixi: 20 Mayıs 2010.[ölü keçid]
  100. "Oscar Niemeyer and The Architecture of Brazil". 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 Mayıs 2010.
  101. "Oscar Niemeyer Houses". 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 Mayıs 2010.
  102. "Oscar Niemeyer: Curves of Irreverence". 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 Mayıs 2010.
  103. "Oscar Niemeyer". 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 Mayıs 2010.
  104. "Oscar Niemeyer, a vida é um sopro (Portekizce)". Brezilya Kültür Bakanlığı. 2012-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 Nisan 2010.
  105. "L'homme de Rio (1964)". IMDB.com. 2016-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 Haziran 2010.