Ali Məhəmməd piri (Camaldın)

Ali Məhəmməd piriNaxçıvan Muxtar Respublikasının Culfa rayonunun Camaldın kəndinin təqribən 4,5 km şimal-şərqində yüksək dağın qərb tərəfində ziyarətgah.

Ali Məhəmməd piri
Ali Məhəmməd piri
Ölkə  Azərbaycan
Şəhər Naxçıvan
Yerləşir
Üslubu Naxçıvan memarlıq məktəbi
Vəziyyəti Fəaliyyət göstərir
ƏhəmiyyətiYerli əhəmiyyətli

Culfa rayonunun Camaldın kəndindən 4'5 km şimal-şərqdə köhnə qəbrstanlıq təpəliyində Ali Məhəmməd piri vardır. Pirin yaranma tarixi XII əsrə aid edilir. Camaldın (Cəmaləddin) kəndi Culfa şəhərindən 18 km məsafədə Əlincə çayının sol sahilində yerləşir.

Sovet hakimiyyəti dövründə kolxoz ambarı olmuş qədim məscid binası, son illərdə bərpa olaraq mömünlərin ixtiyarına verilmişdir. Ali Məhəmməd piri 8x5 metr ölçüsündə daş hörgülü kiçik binadan ibarətdir. Orada üç məzar yeri vardır ki, biri həyətdə, ikisi isə otaqdadır. Həyətdəki məzar əvvəllər çoban olmuş mücövür Səfəralı kişiyə aid olduğu ehtimal edilir. Binanın içərisindəki qara örtüklü məzar isə pir sahibi Aliməhəmmədin qəbridir. Pirin həyətindən çeşmə çıxır. Orada ziyarətçilər üçün lazım olan avadanlıqlar qoyulmuşdur. Pirin ərazisindəki köhnə qəbrstanlıqda qoç şəkilli daşdan yonulmuş məzar yerləri, yaxınlıqda isə 40-50 min il əvvəlin yaşayış məskəni olan mağara qalmaqdadır.

Ali Məhəmməd pirinin yaranması kənd Ağsaqqallarının dediyinə görə Cəmaləddinlər tayfası Arazdan keçərək Əlincə çayının sahilində məskunlaşmışlar. Həmin tayfadan bir nəfər kişinin dərisinin rəngi qırmızı-sarı, tükləri isə ağ rəngdə olduğundan adına “alməmməd” demişlər. Bivaris (övladsız) Alməmməd bir gün Allaha dua edib niyyət edir ki, heyvanları (qoyunları) əkiz bala doğarlarsa, erkəklərini qurban kəsib, ətini kasıblara ehsan edəcəkdir. Səxavəti olmayan Alməmmədin həmin il boğaz qoyunlarının hamısı əkiz bala doğurlar. Alməmməd kişinin var-dövləti artır, dediyi sözlərini unudur.

Bir gün günorta üstü hava qaralaraq toz-duman bürüyür və leysan yağışı başlayır. Çöldə çoban Səfəralının sürüsündə otlayan heyvanlar pərən-pərənə düşüb dərələrə dağılırlar. Ertəsi günü hava açılır qəzəblənmiş Alməmməd çobanla birlikdə itmiş qoyunlarını axtarmağa gedirlər. Onlar çöldə-dərədə canavarlar tərəfindən parçalanmış cəmdəklərə rast gəlməklə yalnız mağarada iki qoyunla bir qoçu salamat tapırlar. Yorulub əldən düşən Alməmməd gəlib köhnə qəbrstanlıqdakı çeşmə suyundan içərək sərinləyir və həmin yerdə mürgüləyib yatır. Yuxuda ona belə deyirlər: “Alməmməd, sən verdiyin vədəni unutmusan”. Yuxudan hövlənək qalxan Alməmməd tufandan salamat qalmış qoçu Allah yolunda qurban kəsərək tövbə edir. Sonra o, əti doğrayaraq kənddəki yoxsullara paylayıb, əhvalatı olduğu kimi sonsuz arvadına danışır. Arvad ərini tənbeh edib ətin hamısını camaata payladığı üçün onu evdən qovur. Deyingən arvadından bezmiş Alməmməd evdən çıxıb birbaş köhnə qəbrstanlığa gedir ki, orada onu qurdlar yesinlər. Alməmməd bulaq başında yatır.

Sübh tezdən güclü yer silkələnməsindən qalxıb zəlzələdən qorxur. Kənddəki evlər dağılır. Alməmmədin isə evi arvadının başına uçub tökülür. Yaralanmış arvad ərinə etdiyi pisliyə görə peşmanolub və axtara-axtara gəlib Almməmmədi tapır. Bulaq başında Alməmmədin yaralı arvadı canını tapşıraraq dünyadan köçür. Alməmməd arvadının cənazəsini oradaca torpağa basdırıb dəfn edir. Evləri uçub dağılmış Alməmməd çobanın köməkliyi ilə bulaq başında kiçik bir daxma tikirlər. Tezliklə Alməmməd dünyasını dəyişir. Vəsiyyətinə görə çoban onu daxmasında basdırır. Bir müddət keçdikdən sonra Alməmmədin məzarı olan daxma İnsanların inanc yerinə-pirə çevrilmişdir. Səfəralı kişi orada “mücövürlük” edərək əcəlin hökmü ilə dünyadan köçməli olur. Pirə gələnlər mücövürün cənazəsini daxmanın həyətində dəfn edirlər. Bundan sonra Ali Məhəmməd piri ərazidə şöhrət taparaq ziyarətgaha çevrilmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]