Camaldın (əvvəlki adı: Camaldin) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Camaldin kəndi Ərəzin kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Camaldin kənd inzibati ərazi dairəsi yaradılmışdır.[2] Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Camaldin kənd inzibati ərazi dairəsi tərkibindəki Camaldin kəndi Camaldın kəndi, Camaldin kənd inzibati ərazi dairəsi Camaldın kənd inzibati ərazi dairəsi adlandırılmışdır.[3]
Camaldın | |
---|---|
39°05′25″ şm. e. 45°35′49″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Camaldin Camaləddin şəxs adının təhrifə uğramış forması hesab olunur. Əslində, Camal (şəxs adı) və din/ dın (düşərgə, yaylaq) komponentlərindən ibarət olub, adını Camal yaylağının adından almışdır.[4]
Kənddə XII əsrə aid Əliməmməd ibadətgahı var.
Kənd Əlincəçayın sahilində, dağ ətəyində yerləşir.
Əhalisi 1464 nəfərdir.
Culfa rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |