Əli Osman Paşa (d. 1858, İstanbul, Osmanlı dövləti - ö. 16 sentyabr 1890, Kuşimoto, Yaponiya) Türk hərbçisi. Ərtoğrul freqatası kapitanı.
Əli Osman Paşa | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | İstanbul, Osmanlı İmperiyası |
Vəfat tarixi | 16 sentyabr, 1890 (32 yaşında) |
Vəfat yeri | Kuşimoto, Yaponiya |
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Osmanlı İmperiyası |
Qoşun növü | Osmanlı donanması |
Xidmət illəri | 1870-1890 |
Rütbəsi | Mirliva |
Vikianbarda əlaqəli mediafayllar |
Krım müharibəsi vaxtı Sinop döyüşündə Osmanlı donanmasının əsir düşmüş komandanı Osman Paşanın nəvəsidi. Atası Miralay Əhməd bəydir.
1870-ci ildə, on iki yaşında "Mekteb-i Fünunu Bahriyei Şahaneyə" daxil oldu. 1874-cü ildə məktəbin hərbi şöbəsinə keçdi. 1877-ci ildə Hərbi Akademiyadan kurs ikincisi olaraq leytenant rütbəsində məzun oldu.
1879-cu ildə kapitan rütbəsinə yüksəldi və atası Miralay Əhməd bəy ilə Bəsrəyə getdi. 1880-ci ildə "Osmaniyə Zirehli Friqat"ına artilleriya kapitanı, 1822-ci ilin 31 iyulunda isə təhsil və təlim məqsədi ilə "Hüdavendigar Friqatına" təyinat aldı. 1883-cü ilin 10 sentyabrında üçüncü dərəcəli kapitan rütbəsi aldı və Paris dəniz attaşeliyinə göndərildi. Parisdən sonra, 1884-cü il martın 1-də Nikolayev konsulluğuna təyin edildi və ikinci dərəcəli kapitan rütbəsi aldı. 3 avqust 1884-cü ildə mayor (minbaşı) rütbəsinə qaldırıldı. Dəniz Naziri Bozcaadalı Həsən Hüsnü Paşanın qızı evləndi.
1887-ci ilin 23 yanvarında Osmanlı padşahının yavərləri arasına alınaraq, kaymakan rütbəsinə yüksəldi. 1887-ci ilin 27 sentyabrında miralay (polkovnik) rütbəsinə yüksəldi.
1889-cu il martın 6-da Yapon İmperatoruna İmtiyaz hüququnu çatdırmaq tapşırığı alaraq "Ərtoğrul Friqarına" kapitan təyin edildi. 1889-cu ilin 14 iyulunda gəmi İstanbuldan yola çıxdı və uzun bir səfərdən sonra Sinqapura çatdı. Gəminin səfər üçün hazırlığı vaxtı və yola çıxmaq üçün külək gözləyən zaman, 1889-cu il noyabrın 25-də mirliva (general-mayor) rütbəsinə yüksəldi və Paşa oldu.
1890-cı il sentyabrın 15-də "Ertoğrul" Yaponiyadan geri dönmək üçün yola çıxdı. Lakin ertəsi gün güclü bir fırtınaya düşdü. Fırtına ilə amansız mübarizədən sonra sentyabrın 16-da Kii yarımadasında yerləşən Kuşimoto qəsəbəsinin Ooşima adasındakı (Büyükada) Kaşinozaki Mayakı yaxınlığındakı qayalarda parçalanaraq batdı. Əli Osman Paşa ilə birlikdə heyətin böyük əksəriyyəti şəhid oldu. Fırtınadan sonrakı günlərdə dənizdən çıxarılan yüz əlli cəsəd arasında Osman Paşanın nəşi yox idi. Sonrakı axtarışlarda da onun meyidi tapılmadı.
"Ərtoğrul 1890"