Ali Texnologiya Kollecləri (ərəb. كليّات التقنيّة العليا) — Birləşmiş Ərəb Əmirliklərində yerləşən dövlət ali təhsil müəssisəsi.[1] Ölkəsinin Birləşmiş Ərəb Əmirlikləri Universiteti və Zayed Universiteti ilə birlikdə 3 dövlət ali təhsil müəssisəsindən biridir.[1]
Ali Texnologiya Kollecləri | |
---|---|
24°30′ şm. e. 54°30′ ş. u.HGYO | |
Əsası qoyulub | 1988 |
Tip | Dövlət |
Tələbə sayı | 22,000 |
Ölkə | |
Sayt | hct.ac.ae |
Ali Texnologiya Kollecləri əsası 1988-ci ildə[1] 2 nömrəli Federal Qanuna əsasən qoyulmuşdur.[2]
Ali Texnologiya Kollecləri hazırda ölkənin bütün əmirliklərini əhatə edən 16 tədris binasında 80 proqram üzrə bakalavr və magistratura təhsili verir.[1]
Ümumilikdə 22.000 nəfərin təhsil aldığı bu kolleclər ölkənin ən böyük ali təhsil müəssisəsi hesab edilir. Kolleclərin tələbə kontingentinin 10.000 nəfərdən çoxu qızlardan ibarətdir.[1]
Ali Texnologiya Kolleclərinin nəzdində fəaliyyət göstərən Tətbiqi Tədqiqat və Təlim üzrə Təcrübə Mərkəzində texniki peşə təhsili və tətbiqi texnologiya üzrə təlim kursları həyata keçirilir.[1] Mərkəz çoxsaylı beynəlxalq şirkətlərlə əməkdaşlıq edir.[1] Tətbiqi Tədqiqat və Təlim üzrə Təcrübə Mərkəzi texniki peşə təhsili və tətbiqi texnologiya üzrə Orta Şərqin ən böyük özəl təhsil müəssisəsi hesab olunur.[1]
Ali Texnologiya Kolleclərinin kampusları da kollec adı ilə fəaliyyət göstərir ki, bunlar da aşağıdakılardır:
Universitet ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |