Birləşmiş Ərəb Əmirlikləri Universiteti

Birləşmiş Ərəb Əmirlikləri Universiteti (ərəb. جامعة الإمارات العربية المتحدة‎) — Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi əmirliyinin Əl-Ayn şəhərində, Büreym vahəsində yerləşən dövlət ali təhsil müəssisəsi. Bu ali təhsil müəssisəsi ölkənin ən aparıcı tədris və tədqiqat müəssisəsi hesab olunur.[1] Ölkəsinin Zayed UniversitetiAli Texnologiya Kollecləri ilə birlikdə 3 dövlət ali təhsil müəssisəsindən biridir.[1]

Birləşmiş Ərəb Əmirlikləri Universiteti
UAEU
Map
24°13′43″ şm. e. 55°44′50″ ş. u.
Əsası qoyulub 1976
Tip Dövlət
Şəhər Əl-Ayn
Ölkə

Tarixi[redaktə | mənbəni redaktə et]

Ölkənin təhsil sistemində mühüm rola malik olan Birləşmiş Ərəb Əmirlikləri Universitetinin əsası 1976-cı ildə qoyulmuşdur.[1]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Birləşmiş Ərəb Əmirlikləri Universiteti 9 kollecdən ibarətdir[1]:

  • Biznes və İqtisadiyyat Kolleci;
  • Təhsil Kolleci;
  • Mühəndislik Kolleci;
  • Qida və Kənd Təsərrüfatı Kolleci;
  • Humanitar və Sosial Elmlər Kolleci;
  • İnformasiya Texnologiyaları Kolleci;
  • Hüquq Kolleci;
  • Tibb və Sağlamlıq Elmləri Kolleci;
  • Elm Kolleci.

Universitetdə 70 proqram üzrə bakalavr təhsili verilir.[1]

Təhsil müəssisəsinin pedaqoji heyətinin tərkibinə 700 nəfərdən çox işçi daxildir.[1]

Universitetin akademik proqramları işəgötürənlərlə əməkdaşlıq sahəsində xeyli inkişaf etmişdir. Belə ki, bu ali məktəbin məzunlarına ölkədə yüksək tələbat vardır.[2]

Qadınlar üçün xüsusi bölmə[redaktə | mənbəni redaktə et]

Ölkənin digər ali məktəblərindən fərqli olaraq burada qadınlar üçün xüsusi bölmə fəaliyyət göstərir.[3] Bu bölmədə də bütün fakültələr təmsil olunmuşdur. Mühazirələri eyni professor-müəllim heyəti aparır, qızlar onlar üçün ayrılmış xüsusi günlərdə eyni laboratoriyalardan və kitabxanalardan istifadə edirlər. Bu bölmənin tələbələri idman klublarına getmir. Bunun əvəzində isə onlar qadına ailə həyatında lazım ola biləcək peşələrə yiyələnirlər. Universitetdə demək olar ki, körfəzin ölkələrinin hamısından gələn qızlar oxuyur.[4]

Kitabxanası[redaktə | mənbəni redaktə et]

Universitetin zəngin və müasir kitabxana fondu var. Onun kitabxana şəbəkəsinə Əsas Kitabxana və Milli Tibbi Kitabxana daxildir.[5]

Reytinqi[redaktə | mənbəni redaktə et]

2011-2012-ci tədris ilinin yekununa əsasən Birləşmiş Ərəb Əmirlikləri Universiteti QS World University Rankings[6] tərəfindən tərtib edilmiş "Dünyanın 50 gənc universitetinin reytinq cədvəli"ndə 48-ci pillədə olmuşdur.[7]

Tanınmış məzunları[redaktə | mənbəni redaktə et]

Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar:

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 Bəşarət Məmmədov, Ramil Hüseynov, Dünya təhsili: Birləşmiş Ərəb Əmirliklərinin təhsil sistemi Arxivləşdirilib 2014-09-09 at the Wayback Machine (Yazının hazırlanmasında Birləşmiş Ərəb Əmirliklərinin Təhsil Nazirliyinin, həmçinin Ali Təhsil və Elmi Tədqiqat Nazirliyinin rəsmi materiallarından istifadə olunub.), "Azərbaycan müəllimi" qəzeti, 30.09.2011, № 38.  (az.)
  2. About UAEU Arxivləşdirilib 2022-08-12 at the Wayback Machine. uaeu.ac.ae  (ing.)
  3. Soltanova H.B., Məmmədov C.A.«Yaxın və Orta Şərq ölkələrinin iqtisadi və sosial coğrafiyası»[ölü keçid] (dərslik). Bakı: «Bakı Universiteti» nəşriyyatı, 2008, səh. 58  (az.)
  4. Soltanova H.B., Məmmədov C.A.«Yaxın və Orta Şərq ölkələrinin iqtisadi və sosial coğrafiyası»[ölü keçid] (dərslik). Bakı: «Bakı Universiteti» nəşriyyatı, 2008, səh. 59  (az.)
  5. UAEU Libraries Arxivləşdirilib 2022-08-13 at the Wayback Machine. uaeu.ac.ae  (ing.)
  6. Dünyanın 50 gənc universitetinin reytinqi Arxivləşdirilib 2013-05-29 at the Wayback Machine. muallim.edu.az, 26.04.2013  (az.)
  7. Dünyanın 50 gənc universitetinin reytinq cədvəli[ölü keçid]. muallim.edu.az  (az.)

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  • uaeu.ac.ae — Birləşmiş Ərəb Əmirlikləri Universitetinin rəsmi saytı