Alim Paşa Salavatov bədii yaradıcılığa 1914–1915-ci illərdə başlamışdır. Əsərlərini kumuk və rus dillərində yazmışdır.
1925-ci ildə Mahaçqalada müəllifin "Birinci hissə" adlı şeirlər kitabı nəşr olunmuşdur. 1930-cu ildə isə "Seçilmiş əsərləri" yayınlanmışdır.
Alim Paşa Salavatov kumuk məktəbləri üçün ilk ana dili dərsliyinin müəllifidir. Uzun müddət kumuk xalq ədəbiyyatının toplanması ilə məşğul olmuşdur. O, həmçinin kumuk poeziyasının klassiki İrçi kazakın əsərlərini toplayıb nəşr etdirmişdir.
O, kumuk dramaturgiyasının banisidir. Müəllifin "Qırmızı partizanlar" əsəri 1932-ci ildə Dağıstanda keçirilən müsabiqədə birinci mükafata layiq görülmüşdür. Özü də vətəndaş müharibəsinin iştirakçısı olan dramaturq bu əsərdə sinfi mübarizənin mənzərəsini canlandırmağa çalışmışdır.
Folklorun dərin bilicisi və xalqının psixologiyasına yaxından bələd olan Alim-Paşa Salavatov yüksək idealların mənbəyini dəqiq bir şəkildə müəyyənləşdirmişdir — bu "Aygazi" qəhrəmanlıq mahnısıdır. Burada azadlıq ruhu və yüksək, məftunedici sevginin ilahi gücü bənzərsiz təcəssüm tapmışdır. Bir gecədə üç sınaq keçirən (sevgilisinin şərəfini qurtarmaq, atasının qatillərindən intiqam almaq və uzaqdan gələn qonaqları layiqincə qəbul etmək üçün) yoxsul bir kəndli ailəsindən olan gənc Aygazi obrazı müəllifi erkən yaşlarından cəlb etmişdir. Toylarda, səmimi ziyafətlərdə müğənnilərdən tez-tez Aygazi-batır haqqında bir mahnı ifa etmələri istənilirdi. Cəsarətli cavanların kürəyinə vuraraq: "Maşallah, Aygaziyə oxşayır."- deylirdi.
Beləliklə Alim-Paşa Salavatov ilk pyesinin uğurundan ilham alaraq cəsarətli bir addım ataraq Ayqazı obrazına səhnə həyatı vermişdir. Bu əsərlə kumuk teatrının həm konsepsiya, həm də məzmun-forma baxımından yeniləşməsinə təkan verilmişdir. Yeni yaranmış milli teatrın repertuarında hələ etnik mənşəyini, etik əsaslarını və estetik statusunu təyin edəcək bir tamaşa yox idi. Alim-Paşa Salavatovun pyesi əsasında uzun illərdir səhnədən düşməyən "Aygazi" xalq dramı teatrın mənəvi təzahürü kimi dəyərləndilir.
Müəllifin "Karaçaç" pyesi də uğurla tamaşaya qoyulmuşdur.
Alim Paşa Salavatovun əsərləri doğma kumuk dilində dəfələrlə təkrar nəşr olunmuşdur. Onun rus dilinə tərcümə olunmuş şeirləri cəbhəçi şairlərin "Sınıq Simlər" toplusuna daxil edilmışdır.
Абакаров, А. Драматург, педагог, воин: к 90-летию со дня рождения А-П. Салаватова/ А. Абакаров// Дружба.- 1991.- 5 декабря.
Абакаров, А. Драматург, педагог, воин: о творчестве А-П. Салаватова/ А. Абакаров// Дружба.- 1985.- 22 февраля.
Абакаров, А. Поэт, просветитель, педагог: к 85-летию со дня рождения А-П. Салаватова/ А. Абакаров// Дружба.- 1986.- 27 ноября.
Абуков, К. Молнии бьют по вершинам: к 90-летию со дня рождения А-П. Салаватова/ К. Абуков// Дагестанская правда.- 1992.- 9 октября.
Авшалумов, Х. Человек с большой буквы: А-П. Салаватов, каким я его знал и помню / Х. Авшалумов// Дагестанская правда.- 1995.- 5 апреля.
Адилов, Г. Язывчу, драматург, шаир, алим…= Писатель, драматург, поэт, педагог… : к 110-летию А-П. Салаватова/ Г. Адилов// Елдаш.- 2011.- 23 сентября.- Кум.
Акбиев, С. На русский язык переведены пьесы А-П. Салаватова / С. Акбиев// Дагестанская правда.- 1988.- 8 июля.
Акбиев, С. Светить и освещать путь другим : о творчестве А-П. Салаватова/ С. Акбиев// Дагестанская правда.- 2001.- 3 марта.
Акбиев, С. Талант на службе возрождения : к 90-летию со дня рождения А-П. Салаватова/ С. Акбиев// Дагестанская правда.- 1991.- 6 ноября.
Алим-Паша Салаватов // Писатели Дагестана: из века в век.- Махачкала, 2009.- С. 42–43.
Алим-Паша Салаватов // Писатели советского Дагестана (1934–1984 гг.).- Махачкала, 1984.- С. 124–125.
Восемь мгновений жизни : фото из семейного архива А-П. Салаватова// Елдаш.- 2011.- 22 апреля.
Зульфукарова, М.И. А-П. Салаватов / М.И. Зульфукарова// История дагестанской советской литературы: в 2-х т. Т. 2.- Махачкала, 1967.- С. 194–202.
Кривоносова, С. Классика современна всегда : с юбилейного вечера, посвященного 110-летию со дня рождения А-П. Салаватова// Дагестанская правда.- 2011.- 15 июля.
Литературный энциклопедический словарь. – М.: Сов. энциклопедия, 1987. – c. 174, 692.
Митаров, М. Алим-Паша Салаватов / М. Митаров// Оборванные струны.- Махачкала, 1971.- С. 85–87.
Открытие сезона – на родине драматурга : о Кумыкском музыкально-драматическом театре имени А-П. Салаватова// Дружба.- 1976.- 29 октября.
Порсуков, А. Немеркнущий талант : к 80-летию А-П. Салаватова/ А. Порсуков// Дружба.- 1982.- 29 января.
Салаватов Алим Паша // Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров. –3-е изд. – М. : Советская энциклопедия, 1969–1978.