Alisa möcüzələr ölkəsində (ing. Alice in Wonderland) — Luis Kerrollun eyniadlı əsəri əsasında hazırlanmış film,[1] səssiz rejimdə çəkilmişdir.[2]
Alisa möcüzələr ölkəsində | |
---|---|
ing. Alice in Wonderland | |
Janr | Macəra |
Rejissor | V.V. Yanq |
Əsərin müəllifi | Luis Kerroll |
Ssenari müəllifi | V.V. Yanq |
Baş rolda | Viola Savoy |
İstehsalçılar |
American Film Manufacturing Company Nonpareil Feature Film Corp |
İlk baxış tarixi | 19 yanvar 1915 |
Müddət | 52 dəqiqə |
Ölkə | ABŞ |
Dil | İngilis dili |
İl | 1915 |
Rəng | Ağ-qara |
IMDb | ID0004873 |
Vikianbarda əlaqəli mediafayllar |
Alisanın yeddi yaşı vardır. Onun hündür boyu vardır və bəzən uşaq kimi ağlayır. Bu səbəbdən onunla anası və bacısı yaxşı rəftar etmir. Bir dəfə Alisa yuxu görür. Yuxuda Alisa meşədə gəzən zaman Ağ Dovşanı izləməyə başlayır. Alisa Ağ Dovşanı izləyərək gözlənilmədən möcüzələr ölkəsinə düşür. Möcüzələr ölkəsində Alisa qəribə heyvanlar görür. Amma heyvanlar onun səsinin kobudluğu üzündən qaçırlar. Bunun ardınca bağlı qapılı otaqlarda Alisa Ağ Dovşanı yenidən izləməyə başlayır. Otaqda Alisa kiçilməyə başlayır. Sonradan normal boyuna qayıtdıqdan sonra Kraliça ilə qarşılaşır. Onun uşağı isə donuza dönür. Alisa yoluna davam edən zaman Çeşir pişiyi, sonra Ürəklər Kraliçası ilə rastlaşır. Bağda olan zaman qəribə kroket oyunu oynayır. Ardınca Alisa Dəniz Tısbağanı görür. Piroqların oğurlanması səbəbindən Alisa və digər heyvanlar məhkəməyə gəlirlər. Alisa şahid kimi çağırılan zaman Ürəklər Kralı və Ürəklər Kraliçasına qarşı çıxır. Bu zaman Alisa ayılır və bunun bir yuxu olduğunu başa düşür.
Aktyor | Rol |
---|---|
Viola Savoy | Alisa |
Herbert Rays | Ağ Dovşan |