Aliyə Coşar (1976, İsparta ili) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırış deputatı.[1]
Aliyə Coşar | |
---|---|
Türkiyə Böyük Millət Məclisinin XXVIII çağırışının deputatı | |
Vəzifədədir | |
2 iyun 2023-cü ildən | |
Seçki dairəsi | 2023 — Antalya ili |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1976 |
Doğum yeri | |
Vətəndaşlığı | Türkiyə |
Partiya | Cümhuriyyət Xalq Partiyası |
Təhsili |
|
Aliyə Coşar 1976-cı ildə İsparta ilinin Gelendost ilçəsində anadan olub. Şərqi Aralıq dənizi Universitetinin Hüquq bölməsini fərqlənmə ilə bitirib. Şərqi Aralıq dənizi Universitetinin Sosial Elmlər İnstitutunun Özəl hüquq bölməsində magistr dərəcəsi alıb.[1]
Uzun illər Antalya Vəkillər Kollegiyasının Manavgat ilçə nümayəndəliyində Qadın hüquqları və gender bərabərliyi Şurasında çalışıb.[1]
Siyasətə 2012-ci ildə Cümhuriyyət Xalq Partiyasının (CHP) Manavgat ilçə şöbəsində qoşulub. 2012–2015-ci illərdə CHP Manavgat ilçə şöbəsində Hüquq və informasiya texnologiyaları üzrə sədr müavini vəzifəsində çalışıb. 2015–2022-ci illərdə CHP Manavgat ilçə şöbəsinin sədri olub. 2023-cü ildə Antalya ilindən Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. 28-ci çağırışda Kişi və qadınlar üçün bərabər cəmiyyət Komissiyasının üzvü.[1]