Aliyə Nurmuhambetovna Moldaqulova (qaz. Әлия Нұрмухамбетқызы Молдағұлова, 25 oktyabr 1925–4 yanvar 1944) — Sovet İttifaqı qəhrəmanı, snayper.
Aliyə Moldaqulova | |
---|---|
qaz. Әлия Нұрмұхамедқызы Молдағұлова | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 oktyabr 1925 |
Vəfat tarixi | 14 yanvar 1944 (19 yaşında) |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Qoşun növü | Qızıl Ordu |
Xidmət illəri | 1942-ci ildən |
Rütbəsi | yefreytor |
Döyüşlər | |
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Aliyə Moldaqulova 1925-ci ilin oktyabrın 25-də Qazaxıstanın Xodbinsk rayonunun Bulak aulunda anadan olub. Hələ uşaq ikən valideynlərini itirən qızcığaz 8 yaşından əmisi Əbubəkrin ailəsində yaşayıb. Anası aclıq illərində kolxoz tarlasında qeyri qanuni buğda yığımı zamanı güllələnib, atası isə bəy nəslindən olub.
1935-ci ildə qızın əmisi Əbubəkr Hərbi Nəqliyyat Akademiyasına qəbul oldu. Bu səbəbdən ailənin bütün üzvləri Aliyə da başda olmaqla, Moskvaya köçdülər.
Bir neçə ildən sonra isə Akademiya Leninqrada köçürüldü, buna görə də ailə bu şəhərə gəlmək məcburiyyətində qaldı. Aliyənin Leninqrad həyatı başlayır…
Az keçmir ki, qızcığazın əmi sarıdan da bəxti gətirmir, doğma ocaqdan uzaqlaşmalı olur. Belə ki, 1939-cu ilin payızında əmisi ailə vəziyyətinə görə 14 yaşlı Aliyəni 46 №-li uşaq evinə qoyur. Buradaki bütün uşaqlar, eləcə də balaca Aliyə 9 № -li Leninqrad məktəbində oxuyurdular. Lakin 1941-ci ildə Faşist Almaniyası Sovet Rusiyasına qəfil hücum etməklə hamını müharibənin alovuna qərq etdi. Faşistlərin Leninqradı uzun müddət mühasirədə saxlaması əhaliyə təhlükə törədirdi. Ona görə də camaat daha uzaq yerə köçürülməyə başlandı. Odur ki, Əbubəkrin ailəsi də bir çoxları kimi evakuasiya olundu, ancaq balaca Aliyə Leninqradda uşaq evində qaldı. Həmin ilin sentyabrın 8-i Leninqradın blokadası başladı… 1942-ci ilin martında uşaq evi də Yaroslav əyalətinin Vyatskoe kəndinə köçürüldü. Vyatsko orta məktəbinin 7-ci sinfini bitirəndən sonra 1942-ci ilin oktyabrında Aliyə Rıbinskiy aviasiya texnikmuna qəbul olundu. Pribaltika cəbhəsində qazax snayper.. Artıq onun 17 yaşı vardı. Ancaq üç ay sonra cəbhəyə getmək üçün hərbi komissarlığa ərizə yazdı. Dekabrın 21-i Aliyə Moldaqulova texnikumdan uzaqlaşdırıldı. Çünki o, cəbhəyə yollanırdı. 1943-cü ilin mayında Moskvada qadınlar üçün Mərkəzi snayper hazırlığı məktəbinin açılması bir çox qadınlar, gənc qızlar kimi Aliyənin də həyatını dəyişir. Elə ilk yığımdan onun istedad və zirəkliyini bəyənib məktəbə qəbul edirlər. Beləliklə Aliyə snayper kimi sərrast atıcılığın sirlərinə yiyələnir. Həmin ilin fevralın 23-də kursant qızlar hərbi andiçməsi başladı. Bundan sonra isə onun cəbhə günləri başlanacaqdı.. 1943-cü ilin iyulunda Aliyə öz həmkarları, kurs rəfiqələriylə, İkinci Pribaltika cəbhəsinə 54-cü atıcı briqadaya göndərildi.
Alman əsgərini diri əsir tutan qız Döyüşlərdən birində 5 alman əsgəri bir neçə qız snayperin neytral əraziylə onlar tərəfə irəlilədiyini görəndə pusqu qurmağa başladılar. Birinci əsgəri Aliyə hədəfə ala bilir. Digər ikisini Zina və Nadya öldürür. Sağ qalan iki alman əsgərini isə qızlar yük maşınıyla komanda məntəqəsinə gətirirlər. 1944-cü il yanvarın 14-də baş vermiş döyüşdə Novosokolnikdə həlak olub. 1944-cü ilin yanvarında Novosokolnikov rayonunda yerləşən Kazaçixa kəndi uğrunda gedən döyüşlərdə iştirakı onun döyüş yolunda xüsusi yer tutur. Səhər açılar-açılmaz batalyon hücuma keçdi. Səngərlərə bir neçə metr qalmış faşist əsgərlərinin pulemyotunun səsi sükutu pozdu. Aliyə cavab atəşi kimi sərrast qranat atışıyla onu susmağa məcbur etdi. Gün ərzində Aliyəgilin batalyonu iki əks-hücum edə bildi, səhər növbəti gün yenidən fəaliyyətlərini davam etdilər. Qarın üzərində uzanan Aliyə avtomatıyla soyuqqanlılıqla və dəqiq düşmənə snayper atəşi açırdı. Hər açılan sərrast atəş düşmənin əsgələrini məhv edir, ya da onlarda vahimə yaradırdı.
Üçüncü gün. Aliyə avtomatıyla olsa da, güllə onun tüfənginin optik nişangahını dağıdır. Buna baxmayaraq, o, düşmənə qarşı mübarizəsini davam etdirir. Mina qəlpəsi ilə yaralanmış əli ilə alman zabitləri ylə əlbəyaxa döyüşür, ikinci dəfə düşmən zabit onu yaralasa da, Aliyə onu məhv edə bilir. Ancaq ikinci yara digərindən daha ölümcül olduğundan bu Aliyənin son döyüşü olur.. Bu igid qazax qızı Novoskolnik rayonunun Monakovo kəndində dəfn edilib. İkinci Dünya mühribəsində 91 faşist əsgəri və zabitini məhv edib.
1944-cü il 4 iyul tarixində Aliyə Moldaqulovaya ölümündən sonra müharibədə göstərdiyi qəhrəmanlığa və şücaətinə görə Sovet İttifaqı Qəhrəmanı adı verilib, eləcə də Lenin ordeniylə təltif edilib. Aliyənin xatirəsi bir çox məkanlarda əbədiləşdirilib. Adına küçə, məktəb var. Moskva, Almatı, Astana, Aktyubinsk və doğulduğu şəhərdə abidələr ucaldılıb. Şəhid olduğu məkanda Novosokolnikdə memorial kompleks buranı ziyarət edənləri valeh edir. Aktyubinskdə ərazi memorial muzey yaradılıb. Aliyənin şücaəti və həyatı barədə sənədli film "Aliyə" (rejissor M.Saqatov) və "Snayperlər" adlı bədii film çəkilib. (rejissor B.Şamşiyev) Müğənni Roza Rımbayevanın ifa etdiyi "Aliyə" adlı mahnı tamaşaçı sevgisi qazanıb.