Aliyə Ramazanova

Aliyə Allahqulu qızı Ramazanova (7 fevral 1941[1], Qusar[1] və ya Piral, Qusar rayonu1 sentyabr 2023[1], Bakı) — Azərbaycan rəqqasəsi, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti, Azərbaycan SSR əməkdar artisti (1982).

Aliyə Ramazanova
Ümumi məlumatlar
Doğum tarixi 7 fevral 1941(1941-02-07)[1]
Doğum yeri
Vəfat tarixi 1 sentyabr 2023(2023-09-01)[1] (82 yaşında)
Vəfat yeri
Dəfn yeri
Musiqiçi məlumatları
Fəaliyyəti rəqqas
Fəaliyyət illəri 1958–1983
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1982

Həyat və yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Aliyə Ramazanova Qusar rayonunun Piral kəndində anadan olub. II Dünya Müharibəsi həm atasını, həm də anasını əlindən alıb. Üç-dörd yaşı olanda onu Qusardan Bakıya — 11 saylı uşaq evinə gətiriblər. 16 yaşında səhnəyə gəlib və ömrünü rəqs sənətinə bağlayıb.

1958–1983-cü illərdə rəqqasəlik fəaliyyəti ilə məşğul olan Aliyə Ramazanova Azərbaycan rəqqaslıq sənətinin görkəmli nümayəndələrindən biri hesab olunub. Onun "Uzundərə", "Sarı gəlin" və digər bu kimi rəqs nümunələri rəqqaslıq sənətinin ən uğurlu nümunələrindəndir.

O, səhnə və mədəni fəaliyyətinə görə, 1982-ci ildə Azərbaycan SSR əməkdar artisti adına layiq görülüb.

Aliyə Ramazanova Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti idi.

Aliyə Ramazanova 1 sentyabr 2023-cü ildə 82 yaşında vəfat edib.[2][3][4][5]

  • Abşeron ritmləri (1970, tammetrajlı sənədli film) – musiqi ifaçısı
  1. 1 2 3 4 5 6 https://apa.az/az/incesenet/emekdar-artist-aliye-ramazanova-vefat-edib-783651.
  2. "Aliyə Ramazanova vəfat etdi". 2023-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-01.
  3. "Tanınmış rəqqasə Aliyə Ramazanova vəfat edib". Medeniyyet.az. 2024-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-06.
  4. "Əməkdar artist Aliyə Ramazanova vəfat edib". Apa.az. 2023-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-06.
  5. "Azərbaycanın əməkdar artisti vəfat etdi". www.Musavat.com.