Azərbaycan rusları

Azərbaycanda ruslarAzərbaycanda üçüncü böyük etnik qrup (azərbaycanlılardantalışlardan sonra) və müasir Rusiyanın hüdudlarından kənarda rusların ən böyük diasporlarından biridir. Sayları 141,7 min nəfərdir (27 yanvar 1999-cu il siyahıyaalmasına əsasən). Əksəriyyəti ölkənin iri şəhərləri olan Bakı, SumqayıtGəncə şəhərlərində yaşayır.

Kompakt halda İsmayıllı rayonunun İvanovka kəndində, Gədəbəy rayonunun Novosaratovka, Novoivanovka, Qorelsk (indiki Daşbulaq)Slavyanka kəndlərində, Lənkəran rayonunun Alekseyevka (indiki Bürcəli), Goranboy rayonunun Rus Borisi kəndində, Şamaxı rayonunun Çuxuryurd, QızmeydanNağaraxana kəndlərində yaşayırlar.

Məskunlaşma tarixi

[redaktə | mənbəni redaktə et]

Ruslar Azərbaycanda 1830-cu illərdən məskunlaşmağa başlamışlar. Çar Rusiyası dövründə minlərlə rus ailəsi Azərbaycanda məqsədli surətdə məskunlaşdırılmışdır. İlk rus məskənləri sektantların yerləşdirilməsinə ehtiyac duyulduğu üçün yaranıb. Onların köçürülməsi 1838-ci ildən başlayıb. Köçürülməyə sanksiya verən ilk qanunvericilik aktı 20 oktyabr 1830-cu ildə raskolnik və sektantların "Zaqafqaziya əyalətləri"nə köçürülməsi barədə hökumət sərəncamının nəşri olub. Ruslar imperiyanın daxili quberniyalarından köçürülürdülər. Rusların ilk könüllü gələnləri 1830-cu ildə Orenburq vilayətindən malakanların köçürülməsi idi.[1] İlk rus kəndləri arasında Vel, Privolnoye, Prişib, Nikolayevka, İvanovka kəndləri var idi.[2] 1833-cü ilin ortalarından başlayaraq rus sektantlarının ŞamaxıŞuşa qəzalarına, daha sonra Lənkəran qəzasına köçürülməsi həyata keçirilir. Bir müddət "sektantlara" şəhərlərdə yerləşmək qadağan edilirdi. Bir qədər sonra onlar ŞamaxıLənkəran qəzalarında qəsəbələrini yaratdılar və yalnız 1859-cu ildə Bakı qəzasında onlara qəsəbə qurmağa icazə verildi.[3] 1841-1847-ci illər ərzində Yelizavetpol quberniyasında əhalisi yalnız duxoborlardan ibarət olan Slavyanka, Novo-Qoreloe, Novo-Troitskoe və Novo-Spasskoye kəndləri yaradıldı.[1]

1917-ci il Oktyabr inqilabından əvvəl burada 100-ə yaxın rus kəndi mövcud idi. Onların əhalisi Rus Pravoslav Kilsəsindən ayrılmış və çar hökuməti tərəfindən Rusiyanın mərkəzindən Qafqaza köçürülmüş təriqətçilərdən (əsasən malakan) ibarət idi. İri şəhərlərdə yaşayan ruslar əsasən hökumət nümayəndələri, sahibkarlar, mütəxəssislər və fəhlələr idi.

XX əsrin əvvəlindən 1940-1950-ci illərə qədər ruslar Bakıda əsas milli azlıqlardan idi. Rusların Azərbaycana mühacirəti sovet zamanı da davam edirdi. 1970-ci ildə rusların sayı 500 mini ötmüşdü və onlar Azərbaycan SSR-in ümumi əhalisinin 10%-ini təşkil edirdilər.

Müasir vəziyyət

[redaktə | mənbəni redaktə et]

SSRİ dağıldıqdan sonra onların bir hissəsi Azərbaycanı tərk etməyə başlasalar da sonradan bu proses dayanmış və hazırda Azərbaycanda ruslar ən böyük etnik qrup təşkil edirlər.

1990-2000-ci illərdə keçmiş rus təriqətçı kəndlərinin bəzilərinin adı dəyişdirilmişdir, əhalisi isə bu gün əsasən ruslardan və azərbaycanlılardan ibarətdir. Rusların böyük qismi pravoslavdırlar, təriqətçilərin (xüsusi ilə malakanların) sayı bir neçə yüz nəfərdir.

  1. 1 2 Bağırov, Fikrət. Azərbaycanda çarizmin köçürmə siyasəti (1830-1914-cü illər). Moskva: Maroseĭka. 2009. səh. 704. ISBN 978-5-903271-26-9. (#accessdate_missing_url)
  2. "Ruslar". 2022-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-19.
  3. Volkova, Nataliya. XIX-XX əsrlərdə Zaqafqaziyada etnik proseslər. Moskva: SSRİ Elmlər Akademiyası. 1969. səh. 7. (#accessdate_missing_url)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]