Allahverdi Hümbətov

Allahverdi Alı oğlu Hümbətov (6 oktyabr 1944, Tbilisi5 fevral 2008, Marneuli, Kvemo-Kartli) — Gürcüstan Respublikasının ictimai-siyasi xadimi. 2004-2008-ci illərdə Gürcüstan parlamentinin deputatı.

Allahverdi Hümbətov
Allahverdi Alı oğlu Hümbətov
Şəxsi məlumatlar
Doğum tarixi 6 oktyabr 1944(1944-10-06)
Doğum yeri
Vəfat tarixi 5 fevral 2008(2008-02-05) (64 yaşında)
Vəfat yeri
Dəfn yeri
Təhsili Gəncə Kənd Təsərrüfatı İnstitutu
Fəaliyyəti siyasətçi
Atası Alı

Allahverdi Hümbətov 1944-cü il 6 oktyabrda Tiflisdə anadan olub. 1961-ci ildə Tiflisdəki 72 nömrəli rus orta məktəbini bitirib. 1962-1968-ci illərdə Gəncə Kənd Təsərrüfatı İnstitutunda ali təhsil alıb.[1]

2008-ci il 5 fevral-də ağır xəstəlikdən sonra 64 yaşında dünyasını dəyişib.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

İlk əmək fəaliyyətinə təyinatla Tacikistandakı Nurek elektrik stansiyasında mühəndis kimi başlayıb. Təyinat müddəti başa çatdıqdan Borçalıya qayıdıb. Marneulidə bir çox vəzifələrdə işləyib. 1973-1975-ci illərdə Marneuli Rayonlararası Enerji Satışı İdarəsinin rəisi, daha sonra isə bir neçə sovxozun direktoru, Marneuli rayon Xalq Nəzarəti Komitəsinin sədri vəzifələrində şərəflə çalışıb, Marneuli rayon bələdiyyəsinin sədri seçilib.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Ötən əsrin 90-cı illərində Gürcüstanda baş vermiş qeyri-sabitlik dövründə gürcü soyadı daşıyan etnik ermənilərin və etnik svan cinayətkar birləşmələrinin Borçalının bir çox yerlərində təxribatlar törədərək azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmağa çalışdıqları zaman Allahverdi Hümbətov həmin təxribatların qarşısının alınmasında böyük xidmətlər göstərmişdir. İxtişaşların elə ilk günlərindən əsasən Marneuli (Sarvan) şəhəri və ətraf kəndlərdə, kəndlilərdən ibarət xüsusi briqadalar yaratmış, bütün kəndlərin giriş-çıxışına postlar qoydurmuş, soyuq silahlarla (kənd təsərrüfatı alətləri: balta, bel, yaba və s.) silahlanmış əhali təxribatçıları evlərinə qədər qovmuşdur. Daha sonra isə o, öz şəxsi vəsaiti hesabına aldıgı 6 ədəd "Kalaşnikov" avtomatı ilə təchiz edilmiş on iki nəfərdən ibarət xüsusi xalq mühafizə dəstəsi (drujinası) yaratmış, həmin silahları rayon polis şöbəsində qeydiyyatdan keçirtmiş və Xalq drujinasının üzvü olan həmin 12 nəfərlik dəstəyə avtomat silah daşımaq üçün rəsmi icazə almışdı. Hökumət həmin dövrdə təxribatçılarla özü bacara bilmədiyinə və öz vətəndaşlarını həmin təxribatçılardan qorunmaqda aciz olduğuna görə Allahverdi Hümbətovun bu təklif-müraciətlərinə müsbət cavab verməyə məcbur olmuşdu.[1]

Dünya Azərbaycanlılarının I və II Qurultaylarının nümayəndəsi olub.

2004-cü ildə Burcanadze-Demokratlar blokundan Gürcüstan Parlamentinə deputat seçilib.[2]

Xatirəsinin ədəbiləşdirilməsi

[redaktə | mənbəni redaktə et]

Haqqında kitablar

[redaktə | mənbəni redaktə et]

Haqqında "Dostluq körpüsü" adı kitab yazılıb, mətbuatda onlarla məqalə işıqüzü görüb.

Haqqında filmlər

[redaktə | mənbəni redaktə et]

İctimai Televiziyada " Ömür dedikləri bir karvan yolu…" (Ssenari müəllifləri: Qərənfil Xəlilova və Natiq Hümbətov), Gürcüstan TV-də (Art-studiya) "Liderin məsuliyyəti" ( Senari müəllifləri Tengiz Txilava və Natiq Hümbətov. Prodüsser Şahismayıl Şəmmədoğlu) adı ilə yayımlanıb.

  1. 1 2 "Borçalının el ağsaqqalı, tanınmış ictimai-siyasi xadim ALLAHVERDİ HÜMBƏTOV (1944-2008)". 2020-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-05.
  2. ALLAHVERDİ HÜMBƏTOVun vəfatından 13 il keçir

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]