Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Allahverdi xan Undiladze (gürc. ალავერდი-ხანი; 1560, Gürcüstan – 3 iyun 1613, İsfahan) — əvvəlcə I Şah Abbasın sarayında zərgərbaşı, sonra qullarağası, Azərbaycan nağıllarının qəhrəmanlarından biri olan Vəzir Allahverdi xan.
Allahverdi xan | |
---|---|
Allahverdi xan Undiladze gürc. ალავერდი-ხანი | |
1595/1596 – 1613 | |
Əvvəlki | Fərhad xan Qaramanlı |
Sonrakı | İmamqulu xan Undiladze |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1560 |
Doğum yeri | |
Vəfat tarixi | 3 iyun 1613 |
Vəfat yeri |
|
Fəaliyyəti | əsgər |
Uşaqları | Davud xan Undiladze, İmamqulu xan Undiladze |
Dini | şiəlik |
Hərbi xidmət | |
Xidmət illəri | 1570-ci illər — 1613 |
Mənsubiyyəti | Səfəvilər |
Rütbəsi | general |
Vikianbarda əlaqəli mediafayllar |
I Şah Abbasın vəfatından sonra Səfəvi sarayında xidmət göstərən islamı qəbul etmiş gürcülər iki qrupa ayrılmışdılar. Birinci qrupa Xosrov Mirzə ilə Rüstəm xan Saakadze, ikinci qrupa isə Allahverdi xan Undiladze başçılıq edirdi. Şah Abbasın hakimiyyəti dövründə Allahverdi xanın böyük oğlu İmamqulu xan Fars, kiçik oğlu Davud xan isə Gəncə-Qarabağ bəylərbəyliyinə başçılıq edirdi. Lakin Davud xan xəyanət edərək, 1632-ci ildə yenidən Gəncə Səfəvilərə qarşı çıxan Teymurazın üzərinə yürüş edərkən tərəfinə keçdi. Gürcü mənbəyinin yazdığına görə ağıldan kəm olan Davud xanı şah bir neçə dəfə ziyafətdən qovmuşdu. Qəfildən Gəncəyə soxulan müttəfiqlər burda Qacarlardan ibarət qala qarnizonunun əskərlərini qətlə yetirdilər və "bütün Azərbaycanı ələ keçirəcəklərinə and içdilər". Müttəfiqlərə qoşulan erməni katolikosu Teymuraza belə bir "ideya" ilə müraciət etdi: "Nə qədər ki xotkarla (Osmanlı sultanı) şah (Səfəvi hökmdarı) öz aralarında düşmənçilik edirlər bu yürüşünüzü Təbrizə qədər davam etdirin. Mən sizə 40 min tüfəngçi verə bilərəm. Şah qoşun yığıb sizə qarşı gələnə qədər Təbrizə yağma edin, Azərbaycanda hakimiyyətdə olan xanları dəyişdirin, sonra məni xotkarın yanına göndərin ki, ondan köməyə qoşun hissələri ala bilim. Şah döyüşə girsə də qələbə qazana bilməyəcək, çünki gürcülər üçün geri qaçmaq mümkün deyil, onlar biləcəklər ki, məğlub olub geri çəkilsələr, bu uzun yolda qızılbaşlar onları haqlayıb axırlarına çıxacaqlar. Ona görə də gürcülər var gücləri ilə vuruşacaqlar və siz qələbə qazanacaqsınız. Siz böyük tacidar olacaq, sizin vasitənizlə xristian dünyası azadlıq və qüdrət qazanacaq". Öz hiyləgərliyi ilə erməni katalikosundan geri qalmayan Teymuraz ona belə cavab verdi: "Mən səni və Davud xanı özümlə Qoriyə aparacağam". Şah Davud xanın qardaşı İmamqulu xanı və onun uşaqlarını edam etdirdi, Osmanlıya qaçmış xain Davud xanın uşaqlarını isə axtalatdırdı.
Oğlanları: