Davud xan Undiladze

Davud xan Allahverdi xan oğlu Undiladze (gürc. დაუდ-ხანი) — Qarabağ bəylərbəyliyinin bəylərbəyi.

Davud xan Undiladze
Davud xan Allahverdi xan oğlu Undiladze
Daud Khan Undiladze
Daud Khan Undiladze
1627 – 1633
ƏvvəlkiMəhəmməd xan Ziyadoğlu-Qacar
SonrakıMəhəmməd xan Ziyadoğlu-Qacar
Şəxsi məlumatlar
Doğum yeri İsfahan, Səfəvilər dövləti
Vəfat tarixi ən tezi 1633
Vəfat səbəbi edam
Fəaliyyəti əsgər
Atası Allahverdi xan
Rütbəsi general
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Davud xan Undiladze gürcü əsilli Səfəvi sərkərdəsidir. Atası Allahverdi xan I Şah Abbas Səfəvinin zərgərbaşısı idi. Davud xan da şahın qulam qvardiyasına qatıldı. Sonra Qarabağ bəylərbəyliyinin bəylərbəyisi oldu.

Gürcü mənbəyinin yazdığına görə ağıldan kəm olan Davud xanı şah bir neçə dəfə ziyafətdən qovmuşdu. Qəfildən Gəncəyə soxulan müttəfiqlər burda Qacarlardan ibarət qala qarnizonunun əskərlərini qətlə yetirdilər və "bütün Azərbaycanı ələ keçirəcəklərinə and içdilər". Müttəfiqlərə qoşulan erməni katolikosu Teymuraza belə bir "ideya" ilə müraciət etdi: "Nə qədər ki xotkarla (Osmanlı sultanı) şah (Səfəvi hökmdarı) öz aralarında düşmənçilik edirlər bu yürüşünüzü Təbrizə qədər davam etdirin. Mən sizə 40 min tüfəngçi verə bilərəm. Şah qoşun yığıb sizə qarşı gələnə qədər Təbrizə yağma edin, Azərbaycanda hakimiyyətdə olan xanları dəyişdirin, sonra məni xotkarın yanına göndərin ki, ondan köməyə qoşun hissələri ala bilim. Şah döyüşə girsə də qələbə qazana bilməyəcək, çünki gürcülər üçün geri qaçmaq mümkün deyil, onlar biləcəklər ki, məğlub olub geri çəkilsələr, bu uzun yolda qızılbaşlar onları haqlayıb axırlarına çıxacaqlar. Ona görə də gürcülər var gücləri ilə vuruşacaqlar və siz qələbə qazanacaqsınız. Siz böyük tacidar olacaq, sizin vasitənizlə xristian dünyası azadlıq və qüdrət qazanacaq". Öz hiyləgərliyi ilə erməni katalikosundan geri qalmayan Teymuraz ona belə cavab verdi: "Mən səni və Davud xanı özümlə Qoriyə aparacağam".

Davud xan 1633-cü ildə əyaləti yağmalayıb Osmanlı səmtinə qaçdığı üçün 1633-cü ildə I Şah Səfi Səfəvi tərəfindən öldürüldü.

  • Valerian N. Gabashvili. The Undiladze Feudal House in the Sixteenth to Seventeenth-Century Iran According to the Georgian Sources. Iranian Studies, Volume 40, Issue 1 March 2007, pp. 37–58.
  • Maeda, H. On the Ethno-Social Background of Four gholem Families from Georgia in Safavid Iran. Studia Iranica, Volume 32, Issue 2 2003, pp. 243–278.