Dərman sarımsaqotu (lat. Alliaria petiolata) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin sarımsaqotu cinsinə aid bitki növü.
Dərman sarımsaqotu | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Dərman sarımsaqotu |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Hündürlüyü 20–100 sm, gövdəsi düz budaqlanmış, ikiillik ot bitkisidir. Kökətrafı yarpaqları uzun saplaqlarda yerləşib, böyrəkşəkilli, iri oyuqludişlidir. Gövdə yarpaqları ürəkşəkilliyumurtavaridir, sivri dişli, təpə yarpaqlarıyumurtaşəkilli-üçbucaq, qaidə hissəsi küt və ya pazvaridir. Çiçəkləri uzun salxımdadır. Ləçəkləri ağ rəngdədir, uzunluğu (4) 6–8 mm-dir. Çiçək saplağı meyvə verəndə qalınlaşır, uzunluğu 3–15 mm-dir. Qını köndələn şəkildə üzüyuxarı duran, çılpaq və çoxtoxumludur. Aprel-may aylarında çiçəkləyir, iyun-avqust aylarında meyvə verir.
BQ (Quba), Samur-Şabran oval., Xəzəryanı, Qobustan, Kür düz., BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, KQ cənub, Nax. dağ., Lənk.-dağ., Lənkəran oval. Orta dağ qurşağına qədər.
Meşələrdə, kolluqlarda, bağlarda, hasarların yanında rast gəlinir.
Sarımsaqotunun yarpaqları sarımsağın əvəzinə ədviyyat kimi istifadə olunur.