Allil spirti[1] (propen-2-ol-1) – doymamış spirtlər sinfinə daxil olan oksigenli üzvü maddədir.
Allil spirti | |
---|---|
Ümumi | |
Sistematik adı | Allil spirti |
Kimyəvi formulu | C3H6O |
Molyar kütlə | 58.08 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 0.854 q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | −129 °S |
Spirt iyli, rəngsiz mayedir. Bir çox üzvi həlledicilərdə həll olur, bütün nisbətlərdə su ilə qarışaraq azeotrop qarışıq (28,3% Н2О; qayn.t. 89,0 °C) əmələ gətirir.
Allil spirti allil birləşmələri və spirtlərin daxil olduğu reaksiyalara daxil olur. Halogenləri, hidrogenhalogenidləri, HClO-nu özünə birləşdirir. 100°С temperaturda üzvi hidrogenperoksidlərlə (katalizatorlar – Mo və W-ın birləşmələri) qarşılıqlı təsirdə olduqda qlisidola çevrilir. Allil spirtini 1000C-də ZnCl2-in iştirakı ilə və ya 200C–də CuCl2-in iştirakı ilə qatı HCl ilə işlədikdə allilxloridə çevrilir, 200-3000C-də Al2O3 üzərindən keçirtdikdə isə diallilefiri alınır. Allil spirtindən asanlıqla sadə və mürəkkəb efirlər alınır.[3]
Qliserinin, akroleinin, qlisidolun və sadə və polimerləşən mürəkkəb allil efirlərinin, xüsusilə, diallilftalatın sintezində tətbiq edilir. Toksikliyi və təhlükəsizliyi Çox zəhərlidir, gözləri qözyaşına qədər qıcıqlandırır, mərkəzi sinir sisteminə təsir edir, qara çiyəri zədələyir, iş sahəsində buraxıla bilən qatılığı (BBQ) 2 mq/m3-dir.