Alma Zadiç

Alma Zadiç (bosn. Alma Zadić 24 may 1984, Tuzla, Bosniya və Herseqovina Sosialist Respublikası, Yuqoslaviya[2][1][…]) — Avstriyalı hüquqşünas və siyasətçi. Sebastiyan Kurtsun ikinci hökumətdə, 7 yanvar 2020-ci ildən bəri ədliyyə naziri[3] vəzifəsini icra edir.

Alma Zadiç
alm. Alma Zadić
Doğum tarixi 24 may 1984(1984-05-24) (40 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti siyasətçi, vəkil, ətraf mühit fəalı
Elmi dərəcələri
almazadic.at
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatının ilkin mərhələsi

[redaktə | mənbəni redaktə et]

1994-cü ildə Bosniya müharibəsi zamanı Zadiç valideynləri ilə birlikdə Avstriyaya qaçır və Vyanada yerləşirlər. Alma bir müsəlman inanclı olaraq qeydə alınır, ancaq özü hər hansı bir dini mənsubiyyəti rədd edir[4][5].

Vyana Universitetində hüquq təhsili alır. Sonradan Nyu-Yorkdakı (ABŞ) Kolumbiya Universitetini bitirir. Tələbə ikən Zadiç Vyanadakı Beynəlxalq Miqrasiya Təşkilatında kiçik işçi və Haaqada Keçmiş Yuqoslaviya üçün Beynəlxalq Cinayət Məhkəməsində təcrübəçi olaraq çalışmışdır[5].

Siyasətdən əvvəl Zadiç Freshfields Bruckhaus Deringer çoxmillətli hüquq firmasının London qərargahında böyük işçi kimi çalışır.

Siyasi karyerası və qalmaqalları

[redaktə | mənbəni redaktə et]

Zadiç Avstriyanın 2019-cu il parlament seçkilərində Avstriya Yaşıllar Partiyasından namizəd olur və Avstriya Milli Məclisinə seçilir[6].

2019-cu ildə Zadiç internetdə bir nasistin salam göstərdiyi iddia edilən bir gəncin fotosunu yayımlayır. Bunun altında o yazır: "Neonasistlərə, faşistlərə və irqçilərə qarşı tolerantlıq yoxdur". 2019-cu ilin noyabrında Vyanadakı cinayət məhkəməsi Alma Zadiçi böhtan atmaqda təqsirli bilir və ondan 700 avro təzminat tələb edir[7][8]. Zadiç apellyasiyaya müraciət edir, buna görə qərar son deyil[9][10][11].

7 yanvar 2020-ci ildə Alma Zadiç, digər üç partiya üzvü ilə birlikdə Avstriya Xalq Partiyası Kurtsun vitse-kansler vəzifəsini tutan Yaşıllar Partiyası Verner Koqler ilə koalisiya razılaşmasına uyğun olaraq koalisiya hökumətində ədliyyə naziri olaraq Avstriya Prezidenti Aleksandr van der Bellenə and içir. Mediya nəşrlərində Zadiç tez-tez "miqrasiya keçmişi olan Avstriya Respublikasının ilk naziri" adlanırılır[12]. Nazir vəzifəsinə gəldikdən sonra, ksenofobiya əsaslanan İnternetdə təhqir və ölüm təhdidi dalğası ilə qarşılaşdı. Bunun nəticəsində 8 yanvar 2020-ci ildə polis müdafiəsinə verildi[13][14].

  1. 1 2 3 4 5 6 7 8 9 10 Wer ist Wer.
  2. 1 2 https://kurier.at/politik/inland/der-neue-nationalrat-startet-mit-86-neulingen/296.943.695.
  3. red, ORF at/Agenturen. "Alma Zadic: Von JETZT ins Justizministerium". news.ORF.at (alman). 2019-12-31. 2019-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-09.
  4. "Austria minister Alma Zadic targeted by web hate speech". BBC. 9 January 2020. 2020-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-23.
  5. 1 2 "Alma Zadic: The refugee who became a government minister". infomigrants.net. 14 January 2020. 2020-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-23.
  6. "JETZT-Mandatarin Zadic kandidiert für Grüne". news.ORF.at (alman). 2019-07-02. 2019-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-09.
  7. "Grünen-Abgeordnete Zadic wegen übler Nachrede verurteilt" (alman). Wiener Zeitung. 14 November 2019. 2020-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-23.
  8. "Üble Nachrede: Grünen-Abgeordnete Zadic muss 700 Euro zahlen". vienna.at (alman). 14 November 2019. 2019-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-23.
  9. "Grün-Abgeordnete Zadic wegen übler Nachrede verurteilt". Kurier. 2019-11-14. 2020-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-30.
  10. "Twitter-Eintrag bringt Abgeordnete vor Gericht". Die Presse. 2019-10-09. 2020-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-05.
  11. "FPÖ will Zadic als Justizministerin verhindern". krone.at. 2020-01-05. 2020-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-05.
  12. Was die erste österreichische Ministerin mit Migrationshintergrund erreichen will. Arxivləşdirilib 2022-04-01 at the Wayback Machine Handelsblatt.com. 6. Jänner 2020, abgerufen am 9. Jänner 2020.
  13. Fabian Schmid. "Identitäre und FPÖ gegen Alma Zadić: Anatomie einer Kampagne". Der Standard. 2020-01-07. 2020-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-08.
  14. "Bundespräsident Van der Bellen stellt sich hinter Alma Zadić". Die Presse. 2020-01-08. 2020-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-08.