Alman əsirləri qəbiristanlığı - Mingəçevir şəhərində yerləşən alman əsirlərin qəbiristanlığı. Burada 828 hərbi əsirin məzarı vardır[1][2]. Burada dəfn olunanlar 7444 saylı düşərgədəndir. Əsirlərin işi 1948-ci ildə salnan Mingəçevir şəhərinin tikintisinə kömək etmək idi.
Qəbiristanlıq | |
Alman əsirləri qəbiristanlığı | |
---|---|
| |
Ölkə | Azərbaycan |
Şəhər | Şablon:Gerbifikasiya/Mingəçevir |
Əsası qoyulub | 1948 |
Dəfn sayı | 828 |
Sahəsi | 0,081 km² |
Dini tərkib | Xristianlıq |
40°46′40″ şm. e. 47°03′06″ ş. u. | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Qəbiristanlıq alman əsirləri tərəfindən mərhumları üçün salınıb, Qəbirstanlıq qorunub saxlanılıb və 1999-cu ildə təmir edilib. Qəbirstanlıq divarla əhatə olunub və 8125 kvadratmetr ərazini əhatə edir. Qəbirlər metal lövhələrlə işarələnmişdir. Burada İkinci Dünya müharibəsində əsir düşmüş və Mingəçevir şəhərinin salınmasında iştirak etmiş hərbi əsirlər basdırılıb. 5,5 metr hündürlüyündə metal xaç qəbiristanlıqda basdırılmış hərbi əsirlərin xatirəsinə ucaldılıb.