Alman əsirləri qəbiristanlığı (Sumqayıt)

Alman əsirləri qəbiristanlığı (bəzən "Alman əsgərlərinin məzarlığı kimi qeyd olunur) — Sumqayıt şəhərinin Yeni Kotej qəsəbəsində yerləşən Azərbaycanda alman əsirlərinin qəbiristanlığı.[1] Qəbirstanlıqda 311 məzar var.[2] Qəbiristanlıq ərazisində qara xaç şəklində bir xatirə abidəsi də yerləşir. Xatirə abidəsinin hündürlüyü 5,5 m təşkil edir. Məzarlığın sahəsi 2.700 m²-dir.[3]

Qəbiristanlıq
Alman əsirləri qəbiristanlığı
Ölkə Azərbaycan
Şəhər Sumqayıt Sumqayıt
Əsası qoyulub 1946
Sonuncu dəfn 1949
Dəfn sayı 311
Sahəsi 0,027 km²
Dini tərkib Xristianlıq
40°36′07″ şm. e. 49°39′07″ ş. u.
Alman əsirləri qəbiristanlığı xəritədə
Alman əsirləri qəbiristanlığı
Alman əsirləri qəbiristanlığı

Azərbaycanda İkinci Dünya müharibəsi iştirakçıları olan əsirlərin dəfn olunduğu 11 məzarlıq və 2986 məzar var. Onlardan biridə Sumqayıt şəhərində yerləşir. Məzarlıqda dəfn olunan 311 girovdan 269-u alman əsilli olub, qalanları avstriyalı və macardır. Əsirlər Azərbaycan SSR-də gənclər şəhəri olan Sumayıtın salınmasında iştirak etmiş və müxtəlif səbəblərdən dünyasını dəyişərək burada dəfn olunmuşdur. Sonuncu əsir burada 1949-cu ildə dəfn olunmuşdur. 1949-cu ilin yanvar ayında məzarların birində iki hərbi əsir dəfn olunur. Torpağı don vurduğundan qazmaq olmur, ona görə hər iki meyiti bir məzarda basdırmağa qərar verilir.

Dəfn olunanların siyahısı

[redaktə | mənbəni redaktə et]
  1. Schneirder Joachim Alfred I-1
  2. Ruppert Ritschard I-2
  3. Bednarex Franz Anton I-3
  4. Richter Rrich Otto I-4
  5. Fölker Kurt - Heinz Karl I-5
  6. Moravitz Georg Franz I-6
  7. Beidemann Hranz Anton I-7
  8. Gerdes Ischtvan Ischtvan I-8
  9. Schponholz Wilchelm Karl I-9
  1. ""Alman əsirlərin Sumqayıtdakı məzarlığından - REPORTAJ"". oxu.az. www.oxu.az. 1 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2019.
  2. "Bakı neftinin iyinə gəlmişdilər, Sumqayıtın şoran torpağı qismət oldu". 2021-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-01.
  3. "Немецкие военнопленные в Баку". 2021-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-02.