Almanların Şimali Qafqazda vəhşilikləri qısametrajlı sənədli filmi rejissor Muxtar Dadaşov tərəfindən 1943-cü ildə çəkilmişdir. Film Bakı Kinostudiyasında istehsal edilmişdir. Film alman-faşist işğalçılarının Şimali Qafqazda törətdikləri vəhşiliklərdən, 1943-cü ildə rus yazıçısı Aleksey Tolstoyun başçılığı ilə bu cinayətləri təhqiq edən dövlət komissiyasının fəaliyyətindən danışır. Çəkilmiş kinokadrlar ifşaedici materiallar kimi Nürnberq məhkəmə prosesində göstərilmiş və "Ordenli Azərbaycan" kinojurnalına da daxil edilmişdir.
Almanların Şimali Qafqazda vəhşilikləri | |
---|---|
Janr |
sənədli qısametrajlı müharibə |
Rejissor | Muxtar Dadaşov |
Ssenari müəllifi | Muxtar Dadaşov |
Operator | Muxtar Dadaşov |
İstehsalçı | Bakı Kinostudiyası |
İlk baxış tarixi | 1943 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkə | Azərbaycan SSR |
İl | 1943 |
Texniki məlumatlar |
1 hissə 180 metr |
Film alman-faşist işğalçılarının Şimali Qafqazda törətdikləri vəhşiliklərdən, 1943-cü ildə rus yazıçısı Aleksey Tolstoyun başçılığı ilə bu cinayətləri təhqiq edən dövlət komissiyasının fəaliyyətindən danışır. Filmdə faşistlərin Mineralnıye Vodı, Kislovodsk, Pyatiqorsk və Nalçik şəhərlərində törətdikləri vəhşiliklər təkzibolunmaz faktlarla ifşa edilir.[1]
Çəkilmiş kinokadrlar ifşaedici materiallar kimi Nürnberq məhkəmə prosesində göstərilmiş və "Ordenli Azərbaycan" kinojurnalına da daxil edilmişdir.[1]
Ssenari müəllifi: Muxtar Dadaşov
Rejissor: Muxtar Dadaşov
Operator: Muxtar Dadaşov
Rejissor köməkçisi: İsmayıl Əfəndiyev
Azərbaycan filmlərinin siyahısı
1943-cü ilin Azərbaycan filmləri
1940-cı illər Azərbaycan filmlərinin siyahısı