Almaz Həsən qızı Hüseynova (d. 24 avqust 1959, Xaçmaz rayonu, Azərbaycan) — folklorşünas, filologiya elmləri doktoru (2014), professor (2019)[1]
Almaz Hüseynova | |
---|---|
Almaz Həsən qızı Hüseynova | |
Doğum tarixi | |
Doğum yeri | Xaçmaz rayonu |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | türk |
Elm sahəsi | filologiya |
Elmi dərəcəsi | filologiya elmləri doktoru |
Elmi adı | professor |
İş yerləri | Bakı Qızlar Universiteti, AMEA Folklor İnstitutu |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
Üzvlüyü |
Azərbaycan Jurnalistlər Birliyi (Bakı, Azərbaycan) |
Almaz Həsənqızı 1959-cu il avqustun 24-də Azərbaycan Respublikası Xaçmaz rayonunda anadan olmuşdur. Naxçıvan Muxtar Respulikası Ordubad şəhər M. Sidqi adına orta məktəbi bitirmişdir (1966–1976). Orta məktəbdə oxuduğu illərdə, eyni zamanda, Ordubad şəhər musiqi məktəbində (fortepiano üzrə) təhsil almışdır (1966–1973). Daha sonra ali təhsil almaq üçün Azərbaycan Dövlət Universitetinə daxil olan Almaz xanım, 1981-ci ildə universitetinin filologiya fakültəsini bitirmişdir.[2]
O, əmək fəaliyyətinə təyinatla göndərildiyi İsmayıllı rayonunun Qalacıq kəndində dil-ədəbiyyat müəllimi (1981–1982) kimi başlamışdır. Sonra da Xalq Maarifi muzeyində elmi işçi (1983–1991), Qızlar Kollecində (1991–1998), Bakı Qızlar Universitetində müəllim (1998–2014), Azərbaycan MEA Folklor İnstitutunda (2014) aparıcı elmi işçi vəzifələrində çalışmışdır.
Almaz Hüseynova 2002-ci ildə "Azərbaycan mühacirət folklorşünaslığında dastançılıq məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. BQU-da müəllim, baş müəllim, dosent işləmişdir (2013–2014). 2013-cü ildə "Azərbaycan mühacirət folklorşünaslığı" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Hazırda Bakı Qızlar Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasında professor (2019) və AMEA Folklor İnstitutunda baş elmi işçi vəzifəsində çalışır.
Ailəlidir, iki övladı var.
Almaz Həsənqızı beş monoqrafiya, üç dərs vəsaiti, bir fənn proqramı, 2 tərtibat, 1 türkcədən çevirmə kitablarının, Azərbaycan, Türkiyə, Amerika Birləşmiş Ştatları, Rusiya, Ukrayna, İsveç, İran, Hindistan, Çin, Türkmənistan, Qazaxıstan, Koreya və b. ölkələrdə nəşr edilən 160-dan çox elmi məqalənin müəllifidir.
Tərtib etdiyi kitablar
1987-ci ildə Azərbaycan SSR Təhsil nazirliyinin fəxri fərmanına layiq görülmüşdür.