Almazbek Şarşen oğlu Atambayev (qırğ. Алмазбек Шаршен уулу Атамбаев) (17 sentyabr 1956[1][2], Araşan[d], Çüy vilayəti) — qırğız dövlət xadimi, Qırğızıstan Respublikasının 4-cü Prezidenti (1 dekabr 2011 – 24 noyabr 2017); Qırğızıstan Sosial-Demokrat Partiyasının sədri.
Almazbek Atambayev | |
---|---|
qırğ. Алмазбек Шаршен уулу Атамбаев | |
1 dekabr 2011 – 24 noyabr 2017 | |
Əvvəlki | Roza Otunbayeva |
Sonrakı | Sooronbay Jeenbekov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Alamudun, Qırğızıstan SSR |
Partiya | Qırğızıstan Sosial-Demokrat Partiyası |
Təhsili | Moskva Dövlət Universiteti |
Fəaliyyəti | siyasətçi, iqtisadçı |
Həyat yoldaşı | Raisa Atambayeva |
Dini | İslam |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasətçi |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Gəncliyində küçə süpürgəçisi, hambal və tərcüməçi işləmişdir[3].
Almazbəy Atambəyovun ilk həyat yoldaşı Buajar Atambəyovadan 4 övladı var: oğlanları Seyidbəy və Seytək, iki əkiz qızı Diana və Dinara.[4]
İkinci həyat yoldaşı Raisa Minəhmədova ilə 1988-ci ildə ailə həyatı qurmuşdur.[4] Onların bu nikahdan 2 övladı dünyaya gəlib: 1993-cü il təvəllüdlü oğulları Kadırbəy və 1997-ci il təvəllüdlü qızları Aliyə.[4] Kadırbəy 2011-ci ildə orta məktəbi qızıl medalla bitirmiş və ali təhsilini Türkiyədə davam etdirmişdir.[4] Ailədə uşaqların əsas zəhmətini birinci xanımın çəkdiyini qeyd edən Prezident oğlu barədə danışarkən belə demişdir:
"Mən bir də onda bildim ki, Kadırbəy artıq orta məktəbi bitirir".[4]