Roza İsaq qızı Otunbayeva (qırğ. Роза Исак кызы Отунбаева; 23 avqust 1950[1][2], Bişkek) — Qırğızıstan Respublikasında baş verən 7 aprel 2010-cu ildə qarşıdurmalardan sonra yaradılan müvəqqəti hökumətin rəhbəri idi. Qırğızıstan Respublikasının 3-cü Prezidenti (03 iyul 2010 – 01 dekabr 2011) idi.
Roza Otunbayeva | |
---|---|
qırğ. Роза Исаковна Отунбаева | |
03 iyul 2010 – 1 dekabr 2011 | |
Əvvəlki | Qurmanbek Bakıyev |
Sonrakı | Almazbek Atambayev |
7 aprel 2010 – 3 iyul 2010 | |
Əvvəlki | Qurmanbek Bakıyev |
Sonrakı | Roza Otunbayeva |
Şəxsi məlumatlar | |
Doğum adı | Роза Исаковна Отунбаева |
Doğum tarixi | 23 avqust 1950[1][2] (74 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, diplomat |
Dini | aqnostisizm |
Vikianbarda əlaqəli mediafayllar |
Roza Otunbayeva 1950-ci ildə Qırğızıstan Respublikasında anadan olub. 1972-ci ildə Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirib. Fəlsəfə elmləri namizədidir. Qırğızıstan Dövlət Universitetinin (indiki Qırğız Milli Universiteti) kafedra müdiri olub.
1981-ci ildə partiya işinə keçib. Frunze (indiki Bişkek) Şəhər Partiya Komitəsinin ikinci katibi işləyib.
1986–1989-cu illərdə Qırğızıstan Respublikasının Nazirlər Soveti Sədrinin Müavini, Qırğızıstan Respublikasının Xarici İşlər Naziri postunu tutub.
1986–1991-ci illərdə SSRİ Xarici İşlər Nazirliyinin YUNESKO məsələləri üzrə komissiyasına rəhbərlik edib.
1992-ci ildə Qırğızıstan Respublikasının Baş Nazirinin Müavini, Qırğızıstan Respublikası Xarici İşlər Naziri, həmin ildən 1994-cü ilə qədər Qırğızıstanın ABŞ və Kanadada səfiri vəzifələrində çalışıb.
1994–1997-ci illərdə yenidən Qırğızıstan Respublikası Xarici İşlər Naziri olan Otunbayeva 1997–2002-ci illərdə ölkəsini Böyük Britaniya və İrlandiyada səfir kimi təmsil edib.
2002-ci ildən BMT baş katibinin Gürcüstandakı xüsusi nümayəndəsinin müavini postunda çalışıb.
2004-cü ildə ölkəsinə dönərək "Ata-Yurt" müxalif hərəkatının yaradıcılarından olub. Əsgər Akayev prezident postundan devriləndən sonra xarici işlər vəzifəsinə gətirilib. Ancaq 2005-ci il prezident seçkisindən sonra parlament onu nazir postuna təsdiqləməyib.
2007-ci ildən Qırğızıstan parlamentinin deputatı, 2009-cu ildən sosial demokrat fraksiyasının rəhbəridir.
Qırğızıstan Respublikasında baş verən 7 aprel 2010-cu ildə qarşıdurmalardan sonra yaradılan müvəqqəti hökumətin rəhbəri idi.
Qırğız, rus, ingilis, alman, fransız dillərini bilir.
Həyat yoldaşından boşanmış Roza Otunbayeva bir qız, bir oğul anasıdır.[3]